|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Mahmud Məmmədquliyev: “Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar başlayıb” – MÜSAHİBƏ
Tarix 19.05.17, 20:17 |
|
XİN başçısının müavini: "1996-cı ildə Azərbaycan ilə Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalananda ölkəmizin vəziyyəti başqa idi. Onlar həmin sənədi təqdim etmişdilər və biz də baxıb 80-90 faiz qəbul etdik"
AzFakt.com Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin “Report”un Şərqi Avropa bürosuna müsahibəsini oxucularına təqdim edir:
– Avropa İttifaqı və Azərbaycan arasında yeni saziş üzrə danışıqların başlanmasını necə qiymətləndirirsiniz?
– Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar başlayıb. Sazişdə 3 əsas blok var. Birincisi, siyasi və təhlükəsizlik məsələləri, ikincisi, ticarət və sərmayə, üçüncüsü isə digər sahə və sektorlardır (nəqliyyat, energetika, mədəniyyət, insan hüquqları və s.) Biz ilk növbədə Azərbaycan üçün əsas olan siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsinə başladıq. Qarşı tərəf də bununla bağlı razılaşdı və aprelin 25-26-da ilk görüşümüz baş tutdu. Şübhəsiz, bəzi məsələlər hələlik açıq qalır. Çünki biz blokun hamısını keçməmişik, bu blokun bir hissəsidir, preambula, hansı sahədə əməkdaşlıq və s. Ola bilsin ki, yaxın zamanlarda bu blok üzrə videokonfrans keçirək. Onlar təxminən bir neçə gün bundan əvvəl ticarət və investisiya sahəsi ilə bağlı öz şərhlərini göndəriblər. Ümumiyyətlə, danışıqlar Azərbaycanın hazırlayıb təqdim etdiyi layihə üzərində gedir və onlar bu layihəyə yalnız öz təklif və şərhlərini verirlər. Artıq ticarətlə bağlı 60 vərəqdən çox şərh almışıq. Azərbaycan Xarici İşlər Nazirliyi siyasi və təhüləkəsizlik, İqtisadiyyat Nazirliyi isə ticarət və sərmayələr sahəsində danışıqları aparır. Biz aldığımız şərhləri onlara göndərmişik, bu günlərdə videokonfrans keçirməlidirlər. Əlbəttə, Azərbaycan XİN-in təmsilçiləri də orada iştirak edəcəklər. Artıq üçüncü blokda videokonfans olub, bir neçə məsələlər müzakirə edilib və mənim üçün burada daha çox əhəmiyyətli olanı elm sahəsidir. Mayın 22-də siyasi və təhlükəsizlik məsələlərinə aid növbəti videokonfransımız olacaq. Bundan başqa, Aİ ilə əməkdaşlıq komitəsi kimi bir mexanizmimiz var və mayın 30-31-də Bakıda görüşün keçirilməsi gözlənilir. Biz danışıqları davam etdiririk.
– Danışıqlar nə vaxt yekunlaşa bilər?
– Aİ ilə Azərbaycan arasında danışıqlar həm Bakıda, həm də Brüsseldə aparılacaq. Biz bununla yanaşı bütün texnologiyalardan istifadə edəcəyik. Videokonfranslar, videogörüşlər və s. Əgər hər hansı bir məsələnin üzbəüz müzakirəsinə ehtiyac yaranacağı təqdirdə lazım olarsa gediş-gəliş olacaq. O ki, qaldı müddətə mən hesab edirəm ki, bu vacib nüans deyil. Onsuz da bu ilin noyabrında “Şərq Tərəfdaşlığı” sammitinin zirvə görüşü olacaq. Çox güman ki, bu işləri sammitə qədər çatdırmayacağıq. Bizim üçün sənədin mahiyyəti və keyfiyyəti əsasdır. Bundan əvvəlki əməkdaşlıq və tərəfdaşlıq sazişində öz əksini tapan maddələr yeni sənəddə təkrarlanmamalıdır. Biz istəyirik ki, bu, strateji xarakter daşısın. Danışıqların bir və ya iki il uzanması da mümkündür. Düzdür, 1996-cı ildə Azərbaycan ilə Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalananda ölkəmizin vəziyyəti başqa idi. Onlar həmin sənədi təqdim etmişdilər və biz də baxıb 80-90 faiz qəbul elədik. Amma burada biz strateji məsələni qoyuruq, sənədi hazırlayırıq. Ona görə də mənim üçün sənədin keyfiyyəti daha çox vacibdir.
– Bəs Aİ və Azərbaycan arasında viza rejiminin ləğvi ilə bağlı müzakirələr necə gedir? Bununla bağlı hər hansı bir irəliləyiş varmı və bu qərar nə zaman qəbul oluna bilər?
– Biz Aİ ilə vizaların sadələşdirilməsi və readmissiya sənədini bir-iki il əvvəl imzalamışq. Hazırda bu sənədin icrası monitorinq altındadır. Hər iki tərəfdən Rəhbər Komitənin bu yaxınlarda baş tutacaq üçüncü görüşündə bu işlərin necə icra olunduğuna baxılacaq. Bəzi məsələlər var ki, onları aradan qaldırmaq lazımdır. Mən istəyərdim ki, üçüncü görüşdən sonra bütün məsələlər bitsin və artıq Azərbaycan və Aİ tərəfindən qarşılıqlı iradlar olmasın. Əgər iradlar aradan qaldırılsa, artıq vizanın götürülməsi ilə bağlı dialoqa başlayacağıq. Bundan sonra onların hazırlayacaqları fəaliyyət planını icra edə və ondan sonra vizanın aradan qaldırılmasına tam keçə bilərik. Bu proses baş verəcək, amma bunun üçün müəyyən vaxt lazımdır.
– Bu ilin noyabrında Brüsseldə keçiriləcək Aİ-nin “Şərq Tərəfdaşlığı” sammitindən Azərbaycanın gözləntiləri nədir? Azərbaycanla bağlı hər hansı bir sənədin imzalanması gözlənilirmi?
– Zirvə görüşü çərçivəsində hansısa bir sənədin imzalanması yaxşı olardı. Azərbaycan Riqa sammitinin təkrarlanmamasını vacib sayır. Çünki həmin sammitdə çox pis vəziyyət yaranmışdı. Belə ki, həmin sammitdə münaqişədən əziyyət çəkən 4 ölkə ilə bağlı sənəd müzakirə edildi. Ancaq üç ölkə ilə bağlı məsələdə eyni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində isə fərqli mövqe ortaya qoyuldu. Biz bunu tənqid etdik və öz mövqeyimizi ayrıca sənəd şəklində yazaraq onlara təqdim etdik. Ümumiyyətlə, bütün münaqişələrə yanaşma eyni olmalıdır. Məsələn, Avropa İttifaqı Ukraynaya dəstək verir, münaqişənin beynəlxalq prinsip və normalar əsasında həll olunmasını tələb edir. Biz hesab edirik ki, belə bir yanaşma Azərbaycana da şamil olunmalıdır. Bu, bizim üçün ciddi məsələdir, ikili standartlar olmamalıdır. Azərbaycanın gözləntiləri 4 ölkəyə da eyni yanaşmanın sərgilənməsidir. Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hörmətlə yanaşır və Dağlıq Qarabağ münaqişənin beynəlxalq prinsiplər əsasında həllinin vacibliyini hesab edirlər. Ancaq indiyədək belə bir mövqe ortaya qoyulmurdu. Aİ əvvəllər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə ATƏT-in Minsk qrupunun fəaliyyət göstərdiyini və problemin həlli ilə bağlı hansısa əldə olunacaq nəticələri dəstəkləyəcəyini bildirirdi. Bundan sonra Azərbaycan üçün vacib olan enerji, nəqliyyat və digər məsələlər barədə öz təkliflərimizi vermişik. Yəqin sentyabr və oktyabrda bu məsələlər müzakirə olunacaq. Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərlə bağlı sənəd qəbul olunmalıdır. Məsələn, Ukrayna məsələsində Krıma qeyri-qanuni səfərlər edilməməsi, iqtisadi-ticarət fəaliyyəti aparılmaması ilə bağlı sənəd qəbul edildi. Azərbaycan tərəfi isə bir neçə dəfə bu məsələni qaldırmasına baxmayaraq hələlik heç bir nəticə yoxdur. Hazırda belə bir sənədin qəbul olunması üçün bir çox ölkələrlə işləyirik. Ancaq hər şey Avropa İttifaqından asılıdır. Bu qurumun Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətin qadağan olunması ilə bağlı sənəd qəbul etməsi zəruridir. Ona görə də “Şərq Tərəfdaşlığı” sammitində belə bir sənədin qəbul olunmasına çalışacağıq.
– İyunun 19-da Lüksemburqda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşündə Azərbaycanı kim təmsil edəcək? Görüşdə hansı məsələlər müzakirə olunacaq?
– Bu cür görüşlər xarici işlər nazirləri səviyyəsində keçirilir. Ona görə də Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Lüksemburqda növbəti zirvə görüşünə hazırlıq və digər məsələlər müzakirə olunacaq.
– Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı danışıqlar necə gedir? Bu istiqamətdə hər hansı bir irəliləyiş varmı?
– Bu istiqamətdə işlər davam edir, amma məni o qədər də qane etmir. Son görüşümüz ötən ilin iyununda olmuşdu. Hazırda Ümumdünya Ticarət Təşkilatından iyunun 28-29-da Cenevrədə İşçi Qrupun növbəti görüşünün keçirilməsi ilə bağlı məktub almışıq. Eyni zamanda, çoxtərəfli danışıqlarda kənd təsərrüfatında subsidiyalara dəstəyin verilməsi (Domestic support) müzakirə olunur. Biz İşçi Qrupun son görüşündən sonra hazırladığımız sənədləri onlara təqdim etmişik, yaxın günlərdə kənd təsərrüfatı ilə bağlı sənədləri, ən vacibi isə müəyyən qanunvericilik sənədlərini də hazırlayıb təqdim edəcəyik. Hazırda İqtisadiyyat Nazirliyi lə danışıqlar aparırıq. Əgər mallar və xidmətlər üzrə yeni təkliflər olarsa, iyunun sonlarında müzakirə edə bilərik.
– Azərbaycanla-Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasınını 25-ci ildönümü tamam olur. Bolqarıstana səfəriniz çərçivəsində bir çox nazirliklərdə görüşlər keçirdiniz. İki ölkə arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?
– Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamışıq və bu sənədi icra etmək lazımdır. Bizim birgə işləməyimiz üçün bəzi prioritet sahələr var, Nəqliyyat, Energetika, Turizm nazirliklərində keçirdiyimiz görüşlərdə də bunu açıqladıq. Əsas prioritet sahə enerji sektorudur – təbii ki, Azərbaycan qazının Yunanıstan vasitəsi ilə Bolqarıstana çatdırılmasıdır. İkinci prioritet sahə nəqliyyatdır. Bolqarıstan tərəfi Azərbaycan qazını qəbul edəcək Yunanıstan-Bolqarıstan interkonnektorunun qrafikə uyğun tikilib istifadəyə verilməsinə və 2020-ci ildə ilk "mavi yanacağ"ın qəbuluna çalışır. Həmçinin, “Şərq-Qərb”, “Cənub-Şimal” dəmiryolu xətti, Çindən Avropaya daşınacaq yüklərin Bolqarıstan üzərindən keçməsinə ciddi yanaşırlar. Üçüncü prioritet sahə turizmdir. Burada da birgə proqramın qəbul edilməsi, həmçinin, kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi müzakirə olundu. Bolqarıstan Prezident Aparatı və Xarici İşlər Nazirliyində keçirdiyimiz görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, həmçinin, işğal olunmuş ərazilərə bolqar rəsmiləri və vətəndaşlarının qeyri-qanuni səfərlərinin qarşısının alınması da vurğulandı.
Xəbərin oxunma sayı : 133
Müsahibə
Xəbərlər
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
TOP 10
ARXİV