Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Azər-Türk Bank”ın 100 mln. manatlıq krediti “Aqrarkredit”ə ötürülüb

Tarix 23.05.17, 0:39

Font ölçüsü : - / +
bitmap-img6


2016-cı ilin iyul ayında “Azər-Türk Bank” ASC həmin dövrdə ciddi likvidlik problemi olan “Bank Standard” QSC-yə 100 mln. manat məbləğində kredit verib.”APA-Economics” xəbər verir ki, bu barədə bankın 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat “Ernst&Young CIS” audit şirkəti tərəfindən aparılıb.

Kredit dövlət proqramı əsasında, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən təqdim edilən maliyyələşmə hesabına verilib.
2016-cı ilin sentyabr ayında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Bank Standard” QSC-ni müflis elan edib və lisenziyasını ləğv edib.

Kredit 31 dekabr 2016-cı il tarixinə ödənilməmiş qalıb. Rəhbərlik hesab edir ki, “Azər-Türk Bank” “Bank Standard” QSC-yə kreditin verilməsindən etibarən həmin kredit üzrə kredit riski daşımayıb. Bu fərziyyə 2016-cı il ərzində dövlət orqanlarından əldə edilən müxtəlif sübutlarla əsaslandırılır. 31 dekabr 2016-cı il tarixinə “BankStandard” QSC-yə verilmiş kreditin qalığı 103,319 mln. manat təşkil edib. Bundan sonra, Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən “Bank Standard” QSC-yə verilmiş kreditlər və “Azər-Türk Bank”ın AMB qarşısındakı öhdəlikləri “Aqrarkredit” QSC-yə ötürülüb.

Qeyd edək ki, 2016-cı ilin oktyabr ayının 4-dən “Bank Standard” QSC-də sığorta hadisəsi baş verib. “Əmanətlərin sığortalanması haqqında” qanunun 28.1-ci maddəsinə uyğun olaraq bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə həmin ilin oktyabrın 11-dən etibarən başlanıb. 2017-ci ilin mayın 16-dək “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 437 mln. 345 min manatdan artıq kompensasiya ödənilib ki, bu da ümumi kompensasiya öhdəliyinin 99,1%-dir.



Xəbərin oxunma sayı : 148




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap