Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

700 minlik dələduzluq etdi, şərti cəza aldı - ŞOK

Tarix 23.05.17, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


700 min dollardan artıq dələduzluq etməkdə təqsirləndirilən şəxsə şərti cəza verilib. O, dəymiş zərəri ödəyib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cəlal Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə kollegiyasının hökmü ilə ev dustaqlığında olan M.Hüseynova şərti cəza verilib.

M.Hüseynov çoxsaylı şikayətlərdən sonra 2015-ci ildə şübhəli şəxs kimi saxlanılıb. Onun barəsində polis nəzarətinə verilməklə başqa yerə getməmək haqda qərar çıxarılıb. 2016-cı ildə isə barəsində həbs-qətimkan tədbiri seçilib. 3 ay sonra isə Səbael Rayon Məhkəməsi onun barəsində olan həbs-qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə dəyişib. Məhkəmə istintaqı dövründə də ev dustaqlığında olub.

İttihama görə, C.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilib. O, birgə iş qurmaq və qazancı bölüşdürmək və xaricdən ucuz qiymətə maşın almaq adı ilə vətəndaşlara qarşı dələduzluq edib. O, iş qurmaq adı ilə Məhəmməd İbrahimovdan 73 min dollar, Mehdixan Həsənovdan 35 min dollar, Əhliman İsmayılovdan 42 min dollar, Faiq Quliyevdən 10 min dollar, Rəfael Tağıyevdən 35 min dollar alıb. Onlarln etibarından sui-istifadə edərək həmin məbləğləri mənimsəyib.

Həmçinin C.Hüseynov xaricdən maşın alıb gətirmək işi ilə məşğul olduğunu deyib və bu vədlə Saməddin İsayevdən 329 min dollar, Abdulla Fətullayevdən 100 min dollar, Faiq Əlizadədən 63 min dollar, Rəfael Tağıyevdən 35 min dollar alıb və onlara bu işdən qazanc vəd etsə də, heç bir vədinə əməl etməyib. Digər zərərçəkmiş Elvin Şahmuradov üçün "BMW X6" markalı avtomobil gətirəcəyini deyərək ondan 20 min dollar alıb.

C.Hüseynov istintaq dövründə zərərçəkənlərə dəyən ziyanı ödəyib və onlarla barışıq əldə edib. Amma hazırda zərərçəkənlərdən Məmməd İbrahimov və Əhliman İsmayılov onlara dəymiş zərərin manatla ödənildiyini deyərək pullarını dollarla geri istəyirlər.

Məhkəmənin yekun qərarında C.Hüseynova 8 il cəza təyin edilib. Ona Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 ili sınaq müddəti olmaqla şərti cəza verilib.



Xəbərin oxunma sayı : 472




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap