Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanda poliklinikalar pullu xidmətə keçir – Hökumət hazırlıq görür

Tarix 24.05.17, 1:18

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanda qanunvericiliyin tələbinə uyğun olaraq, bütün dövlət tibb müəssisələri publik hüquqi şəxs olacaq”

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.

Publik hüquqi şəxs kimi tibb müəssisələrinin pullu xidmət göstərmək imkanlarının olacağını açıqlayan E.Əzizov hazırda mərkəzi xəstəxanaların publik hüquqi şəxs olması üçün işlərin aparıldığını açıqlayıb: “Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir. Amma bu, ilkin mərhələdir. Yerli poliklinikalar da publik hüquqi şəxs olacaqlar. Bu iş tədricən həyata keçiriləcək”.

Nazirlik rəsmisi qeyd edib ki, publik hüquqi şəxs olan tibb müəssisələrinin göstərəcəyi pullu xidmətlərin siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir:

“Nazirlər Kabineti “Pullu xidmət növləri”ni təsdiqlədikdən sonra tariflər müəyyən ediləcək. Qiymətlərin müəyyənləşdirilməsi səlahiyyəti yəqin ki, Tarif Şurasına veriləcək. Qiymətlər müəyyənləşdirildikdən sonra müəssisə pullu xidmət göstərə biləcək. Yəqin ki, harada yerləşməsindən asılı olmayaraq, bütün tibb müəssisələri üçün eyni xidmətə görə vahid qiymət tətbiq ediləcək”.

Qeyd edək ki, E.Əzizov daha əvvəl verdiyi açıqlamasında bildirib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: “Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, pul keçiriləndə də artıq bu, rəsmi olacaq, pul əldən-ələ verilməyəcək”.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap