Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Kəmaləddin Heydərov “Gilan Holdinq”in innovasiya mərkəzlərini YOXLATDIRIR

Tarix 06.06.17, 17:09

Font ölçüsü : - / +
bitmap-img6


AzFakt.com-un bir həftə öncə “Gilan Holdinq” haqqında yaydığı məlumatdan sonra şirkətin Samux, Beyləqan, Biləsuvar, İmişli rayonlarındakı innovasiya mərkəzlərinə Bakıdan yoxlamalar gedib.

Bu barədə adı yuxarıda adı keçən rayonlardan saytımıza daxil olan məlumatda bildirilir ki, Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov bir sıra rayonlarda fəaliyyət göstərən innovasiya mərkəzlərinə yoxlamalar yollayıb. Yoxlamalarda məqsəd rayonlarda fəaliyyət göstərən innovasiya mərkəzlərinnin rəhbərlikləri tərəfindən yol verilən mənimsəmə faktlarını araşdırmaqdır.

Xatırladaq ki, AzFakt.com-un mayın 31-də yayımladığı məlumatda bildirilirdi ki, hazırda “Gilan Holdinq”ə bağlı şirkətlər tərəfindən bir çox rayonlarda, o cümlədən Samux, Beyləqan, Biləsuvar, İmişli rayonlarında kənd təsərrüfatı məhsullarının becəriliməsi adı altında çox ciddi maliyyə maxinasiyaları baş verir və şirkətin rayon innovasiya mərkəzlərinin rəhbərləri Gilan Holdinq”in vəsaitlərindən ciddi mənimsəmələrə yol verirlər.

Qeyd edək ki, əldə etdimiz məlumata əsasən “Gilan Holdinq “ şirkətlər qrupunun kənd təsərrüfatı sahələrinə nəzarəti FHN nazirinin müavini Tapdıq Əmiraslanov innovasiya mərkəzlərinin rayon rəhbərlərini tez-tez dəyişir. Bu dəyişiliklərin bir çox i hallarda məhz mənimsəmə faktlarının aşkarlanması ilə bağlı olduğu iddia olunur. Maraqlıdır ki, buna baxmayaraq, rayonlarda mənimsəmə halları getdikcə vüsət almaqdadır. 

Qarşı tərəfin münasibətini verməyə hazırıq.

AzFakt.com



Xəbərin oxunma sayı : 1594




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap