Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Azərbaycanı idarə edən məmurlar: kim neçə yaşındadır? - SİYAHI

Tarix 11.06.17, 21:22

Font ölçüsü : - / +
bitmap-img6


Yüksək rütbəli məmurların yaşı hər zaman müzakirə mövzusu olub. Azərbaycanda daha çox müzakirə edilən məqam isə yaşlı məmurların vəzifə başında oturmasıdır.

Ölkəmizi idarə edən nazirlər, komitə sədrləri, xidmət rəhbərləri və digər yüksək rütbəli məmurlar neçə yaşındadır? "Qaynarinfo" məmurlarımızın yaşlarını təqdim edir.

Qeyd edək ki, 1964-cü ildə dünyaya gələn Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 55 yaşındadır. Ölkənin birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyevanın isə 52 yaşı var.

Ən yaşlı məmurumuz baş nazir Artur Rəsizadədir. Baş nazir fevralın 26-da 82 yaşını qeyd edib. Ən gənc məmurlarımızın isə 40 yaşı var. Belə ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, təhsil naziri Mikayıl Cabbarov və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov bu il 40 yaşını qeyd edib.

Baş nazir və müavinləri

Rəsizadə Artur Tahir oğlu (Baş nazir) - 82 yaş

Eyyubov Yaqub Abdulla oğlu (Baş nazirin birinci müavini) - 71 yaş

Əfəndiyev Elçin İlyas oğlu (Baş nazirin müavini) - 74 yaş

Həsənov Əli Şamil oğlu (Baş nazirin müavini, "Qacqınkom"un sədri) - 69 yaş

Şərifov Abid Qoca oğlu (Baş nazirin müavini) - 77 yaş

Əhmədov Əli Cavad oğlu (Baş nazirin müavini) - 64 yaş

Abasov İsmət Dursun oğlu (Baş nazirin müavini) - 63 yaş

Nazirlər

Usubov Ramil İdris oğlu (Daxili işlər naziri) - 68 yaş

Camalov Yavər Talıb oğlu (Müdafiə sənayesi naziri) - 67 yaş

Şirəliyev Oqtay Kazım oğlu (Səhiyyə naziri) - 67 yaş

Bağırov Hüseynqulu Seyid oğlu (Ekologiya və təbii sərvətlər naziri) - 62 yaş

Məmmədov Fikrət Fərrux oğlu (Ədliyyə naziri) - 62 yaş

Qarayev Əbülfəz Mürsəl oğlu (Mədəniyyət və turizm naziri) - 60 yaş

Əsədov Heydər Xanış oğlu (Kənd təsərrüfatı naziri) - 57 yaş

Məmmədyarov Elmar Məhərrəm oğlu (Xarici işlər naziri) - 56 yaş

Heydərov Kəmaləddin Fəttah oğlu (Fövqəladə Hallar naziri) - 55 yaş

Müslümov Səlim Yanvar oğlu (Əmək və əhalinin sosial müdafiəsi naziri) - 55 yaş

Məmmədov Fazil Əsəd oğlu (Vergilər naziri) - 53 yaş

Şərifov Samir Rauf oğlu (Maliyyə naziri) - 55 yaş

Rəhimov Azad Arif oğlu (Gənclər və idman naziri) - 52 yaş

Mustafayev Şahin Abdulla oğlu (İqtisadiyyat və sənaye naziri) - 52 yaş

Həsənov Zakir Əsgər oğlu (Müdafiə naziri) - 48 yaş

Quluzadə Ramin Namiq oğlu (Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri) - 40 yaş

Cabbarov Mikayıl Çingiz oğlu (Təhsil naziri) - 40 yaş

Qeyd: İki gün əvvəl vəfat edən energetika naziri Natiq Əliyev 69 yaşında dünyasını dəyişib. Onun postu boşdur.

Xidmət rəisləri 

Quliyev Mədət Qəzənfər oğlu (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi) - 58 yaş

Nəbiyev Firudin Hilal oğlu (Dövlət Miqrasiya Xidmətinin rəisi) - 56 yaş

Rəhimov Arzu Yusif oğlu - (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi) - 52 yaş

Quliyev Elçin İsağa oğlu (Dövlət Sərhəd Xidmətinin rəisi) - 49 yaş

Sultanov Orxan Sedyar oğlu (Xarici Kəşfiyyat Xidmətinin rəisi) - 40 yaş

Dövlət komitələri 

Həsənov Kərəm Əvəz oğlu (Əmlak Məsələləri Dövlət Komitəsinin sədri) - 47 yaş

Budaqov Tahir Yaqub oğlu (Dövlət Statistika Komitəsinin sədri) - 52 yaş

İbrahimov Nazim Hüseyn oğlu (Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri) - 53 yaş

Həsənov Ramiz Ayvaz oğlu (Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri) - 55 yaş

Əliyev Aydın Əli oğlu (Dövlət Gömrük Komitəsinin sədri) - 60 yaş

Hüseynova Hicran Kamran qızı (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri) - 61 yaş

Qurbanlı Mübariz Qəhrəman oğlu (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri) - 63 yaş

Ələsgərov Abbas Abbas oğlu (Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri) - 79 yaş

Prezident Administrasiyası

Ramiz Mehdiyev (Prezident Administrasiyasının rəhbəri) - 79 yaş

Dilarə Seyidzadə (Prezidentin köməkçisi) - 77 yaş

Novruz Məmmədov (Prezidentin köməkçisi, şöbə müdiri) - 70 yaş

Əli Əsədov (Prezidentin köməkçisi, şöbə müdiri) - 60 yaş

Fuad Ələsgərov (Prezidentin köməkçisi, şöbə müdiri) - 58 yaş

Əli Həsənov (Prezidentin köməkçisi, şöbə müdiri) - 57 yaş

Natiq Əmirov (Prezidentin köməkçisi, şöbə müdiri) - 50 yaş

Zeynal Nağdəliyev (Prezidentin köməkçisi, şöbə müdiri) - 49 yaş

Azər Əmiraslanov (Prezidentin köməkçisi, şöbə müdiri) - 45 yaş

Cəmilə Abbasova (Prezidentin köməkçisi) - məlumat yoxdur






Xəbərin oxunma sayı : 2179




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap