Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Aygün Səmədzadə bu müğənnilərə qadağa qoydu

Tarix 21.06.17, 20:26

Font ölçüsü : - / +
bitmap-img6


"Mahnılarımı müğənnilərdən çox istəyirəm. Heç vaxt fikirləşməmişəm ki, bəstələrimi bütün müğənnilər oxusun. Fikirləşirəm ki, kimsə mahnımı gözəl oxumayacaqsa, ona heç vaxt qulaq asmayacam. Bəyənməsəm, qəbul etməyəcəm"

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar incəsənət xadimi Aygün Səmədzadə “100-dən 1-i” verilişində deyib. 

Bəstəkar aparıcının "Mahnılarınızı oxumağı Flora Kərimova, Aygün Kazımova, Nazpəri Dostəliyeva və Nüşabə Ələsgərliyə qadağan etmisiniz" sualına belə cavab verib:

"Adlarını çəkdiklərinizin heç biri ilə rəsmi qadağamız yoxdur, amma oxumalarını istəmirəm. Müəyyən incikliklərim olur. Əgər həmin müğənnilərin ifasında mahnımı eşitmək istəmirəmsə, onu başqasına verəcəm. Müğənni bəstəkara yaradıcılıq gecəsində, təşkil etdiyi konsertdə lazımdır. Mənim yaradıcılıq gecəmdə onların gəlib oxuması lazım idi. Gəlmirsə, mahnıma başqa ifaçı tapmalıyam ki, təqdim etsin. Onlar da hiss edir ki, istəmirəm oxusunlar".

A.Səmədzadə hər ifaçıya mahnı vermədiyini deyib:

"Səsi olmayan, səhnədə özünü aparmaq qabiliyyəti olmayan insanlarla çalışrıam işləməyim. Azərbaycan dinləyicisinə, onun qulağına və mahnıya heyfim gəlir. Hər pis mahnı ilə tamaşaçıya ağır enerji ötürürük. Dua edirəm ki, Allah heç vaxt yaxşı bəstəkarı müğənniyə möhtac eləməsin".

Bəstəkar ifaçıların efirdə davranışını qınayıb:

"Müğənnilərin bəstəkara münasibətinə heyrət edirəm. Onlar efirdə aldıqları evlə, maşınla, pulla, əşyalarla bir-birinə acıq verirlər. Şöhrətin pik nöqtəsini əşyalar almaqda görürlər. Yaradıcıqlarına sərf etdikləri maliyyə az olur. Müəyyən mərhələyə çatırlar və orada dayanırlar".



Xəbərin oxunma sayı : 268




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap