Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Naxçıvanda gözlənilməz kadr dəyişikliyi

Tarix 25.06.17, 0:46

Font ölçüsü : - / +
bitmap-img6


Sədərək Gömrük Məntəqəsinin məşhur rəisi Mirməhəmməd Seyidov 3 gün əvvəl vəzifəsindən azad olunub

Bu barədə “AzPolitika.info”ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub. M.Seyidovun və daha bir neçə vəzifəli şəxsin vəzifəsindən azad olunmasının səbəbi məlum deyil. 

Məlumata görə, artıq Sədərək Gömrük Məntəqəsinə yeni rəis də təyin olunub.

M.Seyidov Azərbaycan cəmiyyətinə 2013-cü ilin dekabrında Türkiyədə qalmaqallı həbsi ilə tanışdır. Belə ki, həmin il dekabrın 17-də Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı həbs olunan Sədərək gömrüyünün rəisi, gömrük xidməti polkovniki Mirməhəmməd Seyidov bir neçə aylıq həbsdən sonra – 04 iyul 2014-cü ildə azadlığa çıxmış və nə qədər qəribə də olsa, bu həbsdən sonra işinin başına qayıtmışdı.

4 il əvvəl belə böyük qalmaqaldan vəzifəsini qorumaqla çıxan M.Seyidovun indi vəzifəsindən azad olunması maraq doğurur.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap