“Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad Aygünün toy tarixi açıqlandı Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir Tarkan həyat yoldaşını klipinə çəkəcək
Axtar
 
  • / Maqazin / — 09 Dekabr 2017

    “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad

  • / Maqazin / — 09 Dekabr 2017

    Aygünün toy tarixi açıqlandı

  • / Maqazin / — 09 Dekabr 2017

    Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir

  • / Maqazin / — 30 Noyabr 2017

    Tarkan həyat yoldaşını klipinə çəkəcək

  • / Maqazin / — 28 Noyabr 2017

    Emin Ağalarovun anası ilə bu görüntüsü rekord qırır - Video

  • / Maqazin / — 26 Noyabr 2017

    “Çalıquşu”nun “Kamran”ı özünə İspaniyada biznes qurub

“Gilan Holdinq” in innovasiya mərkəzlərində “müəmmalı” yoxlamalar - Faktlar niyə gizlədilir?

Tarix 29.06.17, 13:06

Font ölçüsü : - / +
bitmap-img6


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın iş adamlarından hesab olunan Əsabil Qasımovun bacısı oğlu Həşim Camalovun İmişli innovasiya mərkəzindəki külli miqdarda maliyyə yeyintisi rəhbərlikdən niyə gizlədilib?

AzFakt.com-un üç həftə öncə “Gilan Holdinq” haqqında yaydığı məlumatdan sonra şirkətin rəhbərliyi Samux, Beyləqan, Biləsuvar, İmişli rayonlarındakı innovasiya mərkəzlərində yoxlamlar apardığı barədə məlumat vermişdik. 

İnnovasiya mərkəzlərində baş verən yoxlamalarla bağlı AzFakt.com-a məlumat verən şəxsin bildirdiyinə görə, qurumun İmişli rayonundakı idarəsində ciddi şəkildə yeyintilər ortaya çıxıb. Belə ki, “Gilan Holdinq”in ən çox əkin sahələrindən biri olan İmişli inovvasiya mərkəzində torpaqların becərilməsi üçün ayrılan vəsaitlərin bir hissəsinin mənimsənilməsi və bəzi gübrələrin əkilən bitkilərə verilmədiyi ortaya çıxıb. Məlumatda qeyd edilir ki, İmişlidəki innovasiya mərkəzinə rayonun deputatı, ölkədə əsas ən un istehsalı sahəsində monopoliyaya  sahib olan Əsabil Qasımovun bacısı oğlu Həşim Camalov rəhbərlik edir. Qeyd edək ki, Əsabil Qasımov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın iş adamlarından hesab olunur. 

Adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə görə Əsabil Qasımovun bacısı oğlunun rəhbərlik etdiyi mərkəzdə böyük miqdara yeyintilər üzə çıxsada “Gilan Holdinq” dən gələn yoxlama heyyəti hansısa bilinməyən səbəblərdən bu faktı yuxarı rəhbərlikdən gizlədib. Yəni yoxlamanın yekun sənədində İmişli innovasiya mərkəzində çox kiçik çatışmamazlıqların olduğu qeyd edilib. 

Baş verənlərin bir hissəsinin gizlədilməsində innovasiya mərkəzlərinə nəzarət edən Fövqalədə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanovun xəbərinin olub olmadığını isə dəqiqləşdirə bilmədik. 

Məsələ ilə bağlı araşdırmamız davam edir.

AzFakt.com



Xəbərin oxunma sayı : 655

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda