Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur “Maşın” şoudan MTRŞ-yə cavab Toy vaxtını açıqladılar
Axtar
 
  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

  • / Maqazin / — 14 Oktyabr 2017

    Maral Tahirqızı həbsdən azad olundu

  • / Maqazin / — 13 Oktyabr 2017

    “25 il həyat yoldaşıma nifrət etmişəm“ - Kərim

Erməni vəhşiliyini əks etdirən yeni FOTOLAR – Qisas alınacaqmı?

Tarix 05.07.17, 16:51

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində həlak olan mülki sakinlərin-2 yaşlı Zəhranın və onun nənəsinin meyitlərinin yeni fotoları yayılıb. “Trend” agentliyinin yaydığı fotolara əsasən erməni vəhşiliyinin yeni qurbanları çoxsaylı qəlpə yaraları alıblar. 

Bu kadrlar başda Serj Sərkisyan olmaqla ermənilərin 1992-ci ilin fevralında Xocalıda törətdikləri vəhşilikləri bir daha yada salır. Sərkisyan və onun əli qanlı rejimi o vaxtdan bəri heç dəyişməyib, onlar yenə də təkcə bir səbəbə-azərbaycanlı olduqlarına görə qadınları və körpələri öldürməkdən həzz alırlar.

Bu qurbanların fotolarının tirajlanması hansı məqsəd güdür? Bir tərəfdən erməni vəhşiliyinə qurban getmiş, heç bir günahı olmayan insanların, 2 yaşlı körpənin meyitinin dəhşətli kadrlarını yaymaq olduqca ağırdır, sarsıdıcıdır. Lakin bu kadrların yayılması təkcə erməni vəhşiliyinin qurbanlarına görə ağlamaq, sızlamaq məqsədi daşımamalıdır. Bu kadrlar azərbaycanlıları qisasa səsləməlidir. 

199558_src

Elə qisasa ki, ermənilərin sinəsinə bundan daha betər dağ çəkilsin və onlar törətdikləri vəhşiliklərin cavabsız qalacağına arxayınlaşmasın.

Yoxsa 25 ildir qisası alınmayan Xocalı qətliamı kimi bu vəhşilik də erməniləri ruhlandıracaq, onlar Alxanlıda törətdikləri cinayətə dair fotoların yayılmasından qətiyyən narahat olmayacaqlar, əksinə, yeni günahsız qanlar tökməyə həvəslənəcəklər. Sosial şəbəkələrin erməni seqmentində Alxanlı qurbanlarının cəsədlərinin fotolarının altından yazılan şərhlər bunu göstərir və məlum olur ki, ermənilər, hətta erməni anaları 2 yaşlı Zəhranın sarsıdıcı fotolarından xeyli məmnundur. Onlar tökdükləri qandan ruhlanıblar və yeni qanlar tökməyə çağırırlar.

199559_src

Belə vəziyyətdə Azərbaycanın cavabı soyuqqanlı, eyni zamanda olduqca sərt və sarsıdıcı olmalıdır. Elə cavab ki, nəinki Alxanlıya atəş əmrini vermiş  və bu əmri həyata keçirmiş erməni işğalçı qüvvələri mənsubları, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşıb bu torpaqları sümürən mülki ermənilər qisasın qiyamətə qalmayacağına əmin olsunlar.

Azərbaycan silahlı qüvvələri nəinki təmas xətti boyu, eləcə də təmas xəttindən xeyli aralıda erməni hərbi infrastrukturuna, yaşayış məntəqələrinə sərrast zərbələr endirmək imkanındadır. Və bu imkanları tərəddüd etmədən nümayiş etdirmək lazımdır. Hansı ki, Alxanlıda tökülən günahsız qanlardan hiddətlənən ictimaiyyətin də çağırışı, gözləntisi budur. 

199560_src

Əks halda qurbanların fotolarının tirajlanması ancaq və ancaq onların yaxınlarının əzablarını daha da artırmaqdan başqa heç bir effektə malik olmayacaq. Çünki bu regionda maraqları olan aparıcı beynəlxalq oyunçuları ermənilərin günahsız körpələri, qadınları, qocaları necə öldürdüklərinə dair faktlarla təəcübləndirmək mümkün deyil. Onlara on illərdir kifayət qədər faktlar, dəlillər təqdim olunub, ancaq mövqeləri dəyişməyib…(virtualaz.org)

1499238460_zehraaa

Ermənistan tərəfinin təxribatı nəticəsində həlak olan 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının morqdan fotoları yayılıb.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan ürəkparçalayan fotoları Füzuli rayon məhkəmə-tibbi ekspertizası tərəfindən təqdim edilib.

Erməni vəhşiliyini əks etdirən şəkilləri təqdim edirik:

6d8b2a41af168f705764fce89d8417e9
198325151406674366093184417086866njpg
19642381_1354179558033683_7790270205815194500_n
1xz
3qz




Xəbərin oxunma sayı : 1357

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda