|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Anar: “Feysbuk“a baxmıram, Yazıçılar Birliyinin üzvlərinin hamısını tanımıram” – MÜSAHİBƏ
Tarix 07.07.17, 21:12 |
|
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar APA-ya müsahibə verib. Yazıçı bir sıra maraqlı məsələlərə toxunub, birliyin problemlərindən danışıb.
AzFakt.com müsahibəni oxucularına təqdim edir
– Anar müəllim, müsahibə Ermənistan ordusu tərəfindən günahsız soydaşlarımız Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürüldüyü vaxta təsadüf edir. Söhbətə elə bu faciəyə münasibətinizdən başlamaq istərdik…
– Bir günahsız qadın iki yaşlı nəvəsi ilə erməni caniləri tərəfindən qətl ediliblər. Yazıçılar Birliyinin bu barədə bəyanatı var, amma mən bir daha bu xəbərdən keçirdiyim dərin sarsıntını bildirmək istəyirəm. Qərb şəhərlərinin hansı zooparkındasa bir heyvan qayğısızlıq ya səhlənkarlıq ucbatından məhv olursa, bütün dünyanın sözdə “humanistləri” vay-şivən qoparırlar. Azərbaycan ərazisində təcavüzkarın dinc əhalini qırmasını, dünyaya yeni göz açmış çocuğu amansızcasına qətl etməsini sanki kar və kor olmuş “humanstlər” eşitmək, görmək istəmir.
Qarabağ müsibəti başlanandan bəri Ermənistan ərazisinə Azərbaycan tərəfindən bir mərmi düşməyib, bir güllə atılmayıb. Bizim dədə-baba torpağımızda dinc əhalimizin acımasızcasına məhv edilməsinə nə zamana qədər dözəcəyik? Bu faciələrin baiskarlarının, çocuq qatillərinin beynəlxalq Haqq və Ədalət məhkəməsi qarşısında cavab verməli olacağına inanıram.
– Bu il Yazıçılar Birliyinə sədr seçilməyinizdən 30 il keçir. Sizin bu haqda geniş yazınızı oxudum. Deyirsiniz, otuz il mənim həyatımda nə idi: düşmən qazanmaq şansı, dost itirmək səbəbi, yüz sifətə düşənləri tanımağın acısı? Dost itirib düşmən qazanmaq, yüz sifət tanımaq “şansınız” davam edir, yoxsa geridə qaldı?
– Həyat davam edirsə, deməli onun fəsadları da davam edir. Bəzi mətbuat orqanlarını və bəzi saytları izləyirsinizsə cavab sizə aydın olmalıdır.
– 1981-ci ildə Sizin sədr kimi namizədliyiniz müzakirə olunub. Yazırsınız ki, xəstəxanada ölüm yatağında yatan anam seçilmədiyimi biləndə yastığının altından üç manat çıxarıb mənə uzatdı ki, dilənçilərə payla, nəzir etmişdim səni bu vəzifəyə seçməsinlər. Sizdən ad çəkib bu haqda geniş danışmağınızı xahiş edirəm. Mehdi Hüseynin ürəyini partladanlar, İmran Qasımovu xərçəngə tutduranlar, İsmayıl Şıxlını şəkər edənlər kimlər idi?
– Mehdi Hüseyn Yazıçılar İttifaqının sədri olarkən elə öz iş otağında, Rəyasət Heyətinin iclasında Rəyasət Heyəti üzvlərindən bəzilərinin hücumlarından əsəbiləşərək ürək böhranından keçindi. O vaxt Rəyasət Heyətinə kimlərin daxil olduğu məlumdur. Mehdi Hüseynin ölümü barədə rəsmi nekroloqun altında Rəyasət Heyəti üzvlərindən kimlərin adının olmaması da elə o səbəbkarlara işarədir. Bu fakt o dövrün qəzetlərində əks olunub. Bununla maraqlanan hər kəs kitabxanada həmin qəzetlərlə tanış ola bilər. İndi mənim çoxdan dünyasını dəyişmiş adamların adlarını çəkib qalmaqal yaratmağım yerinə düşməz. Qan çıxmayan yerdən qaşıyıb qan çıxarmaq lazım deyil. Başa düşürəm ki, hər saytın oxunması üçün qalmaqala ehtiyacı var, amma etikadan kənar hərəkət edib özünü müdafiə edə bilməyəcək adamların adını pisliyə çəkmək mənim əxlaq prinsiplərimə ziddir.
– Sədrlik üçün namizədliyinizi Əkrəm Əylisli təklif edib. Amma siz yazıçı həmkarınızın Mərkəzi Komitənin katibi Həsən Həsənovdan Əylisdə tikdirdiyi evə bir maşın daş göndərmək xahişi kimi kiçik məsələni unutmursunuz. Bu cür “unutmazlıq” olan yerdə iki yazıçının hansı barışığından söhbət gedə bilər? Etiraf edim ki, bütün körpülər yanandan sonra “barışıq” söhbətini salmağıma görə nə qədər sadəlövh göründüyümün fərqindəyəm…
– Özünüzün kiçik məsələ adlandırığınız bu olayı niyə belə şişirtməyinizin səbəbi mənə aydın deyil. Ev tikdirmək üçün daş istəməsi nə böyük qəbahətmiş ki, onu gizlətmək lazım olsun? Mən o vaxt da bu xahişə təbii baxırdım, indi də elə baxıram. Xüsusi vurğulayırsınız, amma onun fərqinə varmırsınız ki, Əkrəmin məni birinci təklif etməsi indi mənim özümdən və bəlkə üç beş adamdan başqa heç kəsin yadında deyil və mən də bunu xatırlatmasaydım, kimsə mənə irad tutmazdı.
Yazımı diqqətlə oxumusunuzsa, orda dediyim kimi katibin “səni kim təklif edər bilər” sualına, tərəddüdsüz: “Əkrəm Əylisli” deməyimə də, gərək diqqət edəydiniz. Bu da mənim o vaxt ona necə ərk etdiyimi göstərir. Mənim heç vaxt keçmişə aid hər hansı faktı başqalaşdırmaq, dəyişmək və ya uydurmaq niyyətim heç vaxt olmayıb. Bu kiçik daş məsələsinin yadımda qalmasına gəlincə, o günlərin bütün təfərrütlarını gündəliyimdə qeyd etdiyim üçün bunu da unutmamışam. O ki qaldı “barışmağa”, mən heç kəsdən küsməmişəm ki, barışmağa da cəhd edim. Körpüləri yandıran də mən deyiləm.
– Sizə qarşı çıxan “Nankorlar” komandası dediyiniz on bir nəfər haqqında çox düşünürsünüzmü? Onları doğrudanmı unutmaq olmur? Hətta sizin ədəbi siyasətinizi bəyənməyən qadın yazıçıları da yaddan çıxarmırsınız…
– Nankorlar ancaq onlar yenidən nankorluq edən zaman yadıma düşürlər. Xatirələrə dalmağa o qədər xoş məqamlar var ki, on bir nəfərin üzüdönüklüyü yaddaşda saxlanılanlar sırasında deyil. Mənim ədəbi siyasətim Yazıçılar Birliyini qoruyub saxlamaq, parçalanmağa qoymamaq, onun qəzet və jurnallarının nəşrini təmin etmək, yaşlılara qayğıyla yanaşmaq, cavanlar üçün bütün imkanları yaratmaq siyasətidir. Kim bu siyasəti bəyənmir, öz işidir. İstər kişi olsun, istər qadın…
Sizin nankor dediyiniz yazıçı həmkarlarının haqlı olduğu məqamlar doğrudanmı yoxdur? Axı necə ola bilər ki, bir nəfər haqlı, on bir nəfər haqsız olsun?
– Əvvəla “nankor” sözünü sizin üçün izah etməyə məcburam. Nankorluq mənim ədəbi siyasətimi bəyənib-bəyənməmək məsələsi deyil, nankorluq həmişə yaxşılıq etdiyim, həmişə səndən xeyir görən birisinin birdən dönük çıxması, çörəyi dizinin üstündə olmasıdır. Bu isə tamamilə başqa məsələdir. İkincisi, on bir yox, yüz on bir nəfər də haqsız ola bilər. Mənim tək bir özümü haqlı saymağım haqqında sizin fikrinizin müqabilində onu deyə bilərəm ki, bu məsələdə mən heç də tək deyiləm. Məni dörd qurultayda açıq səsvermədə yekdilliklə sədr seçən, mənim ədəbi siyasətimi qəbul edən yüzlərlə yazıçı hər halda on bir nəfərdən çoxdur. Moskvada və bir çox respublikada dağılıb parçalanan yazıçı təşkilatlarından fərqli olaraq, Azərbaycan Yazıçılar Birliyini parçalanmağa, dağılmağa qoymadığımız üçün fəaliyyətimizi təqdir edən ölkəmizin rəhbərləri, çox sayda ziyalımız, Türkiyənin, Rusiyanın, başqa ölkələrin neçə-neçə yazıçı var ki, onların arasında Çingiz Aytmatovun və Oljas Süleymenovun da adlarını iftixarla çəkə bilərəm. On bir nəfərlə bu qədər nüfuzlu adamın tənasübü haqqında özünüz nəticə çıxarın.
– Anar müəllim, mən Teyyub Qurbanın Mircəfər Bağırov haqqında yazdığı kitabı oxudum. Kitab Bağırovun müdafiəsinə həsr olunub. Mircəfər Bağırov hər yerdə “mirqəzəb”, “mircəllad” kimi təqdim edilsə də, sizin valideynlərinizin həyatında böyük rol oynayıb. Məsələn, Nigar Rəfibəyli hələ gənc olanda karyerasının qarşısını kəsmək üçün Bağırova məktublar yazılsa da, o nə Rəsul Rza, nə də Nigar xanım haqqında mənfi dərkənar yazıb. Mircəfər Bağırovun ailənizin həyatındakı rolunu necə qiymətləndirirsiniz? Və ümumiyyətlə “mircəllad” deyilən bu insan haqqında nə düşünürsünüz?
– Əvvəlcə bir neçə dəqiqləşdirmə. 1930-cu ildə Nigar xanımın on yeddi yaşı olanda ona qarşı ağır siyasi hökm kimi səslənən məqaləni o vaxt Mərkəzi Komitənin katibi Əliheydər Qarayev yazmışdı. 40-cı illərdə anam artıq orta yaşlarda olanda isə NKVD-nin müavini, sonra Bağırovla bir yerdə güllələnən Xoren Qriqoryan Nigar Rəfibəylinin və anası Cəvahir xanımın sürgün edilməsi haqqında Bağırova raport yazıb və bu raportun üstündə Mircəfər Bağırov “ostavit", yəni sürgün edilməsinlər dərkənarı qoyaraq, ailəmizi xilas edib. Yəni bu dərkənar olmasaydı, mən indi bu gün sizin suallarınıza cavab verən olmazdım. Allah bilir harda, hansı sürgündə çürüyüb getmişdim. Buna görə əlbəttə, Mircəfər Bağırova minnətdaram. Valideynlərimin əfsus ki, bu sənəddən xəbərləri olmadı. O ki qaldı ümumən Mircəfər Bağırova münasibətimə, mənim “LİK Azerbaydjana” kitabımın üçüncü cildinə daxil olan “Pravo na jizn” (“Yaşamaq haqqı”) yazımla tanış olmağınızı tövsiyə edirəm. İndi bu yazım Azərbaycan türkcəsində nəşrə hazırlanır.
Bu yazıda mən Mircəfər Bağırovun Cənubi Azərbaycan, Qarabağ məsələlərində prinsipial patriotik mövqeyini yüksək dəyərləndirməklə bərabər, minlərlə insanın faciəsinə bais olmuş şəxsiyyət kimi cinayətlərini unutmadığımızı yazmışam. Hətta ailəmizə olan əvəzsiz xeyirxahlığı da mənim gözümdə bu cinayətləri unutdura bilməz. Ümumiyyətlə, tarixi şəxsiyyətləri, o cümlədən, Mircəfər Bağırovu da nə tünd qara boyalarla təqdim etmək lazımdı, nə də süddən çıxmış qaşıq kimi tər-təmiz. Nə damğalamaq, nə idealizə etmək – obyektiv tarixilik prinsipi məncə belə olmalıdır. Onu da deyim ki, Bağırov özü məhkəməsində baisi olduğu cinayətlərdən dolayı “Mən dizəcən qan içindəyəm, məni güllələmək azdır, şaqqalamaq lazımdır” demişdi. Biz də bu tarixi faciəyə ciddi və obyektiv yanaşmalıyıq.
– Yaydır, yazmaq üçün yaxşı fürsət düşüb. Planlarınız nədən ibarətdir?
– Planlarımı yalnız yerinə yetəndən sonra açıqlamağı tərcih edirəm.
– Ötən müsahibəmizdə demişdiniz ki, gəncləri oxuya bilməmisiniz. İki ilə yaxın vaxt keçib, bu müddətdə gəncləri oxumaq imkanınız olub?
– Gənclərin kitablarını tədricən, vaxtaşırı oxuyuram, mətbuatda çıxan yazılarını mütəmadi izləyirəm.
-Niyə pyes yazmırsınız? Bir neçə dəfə olub ki, aktyorlar, rejissorlar Sizin pyes yazmamağınızı mənfi hal kimi dəyərləndiriblər…
-Sağ olsunlar. Amma həmin bu rejissorlar, ya teatr rəhbərləri nə üçün uzun müddətdi pyes yazmamağımla maraqlanmırlar? Anşlaqlar verən tamaşlarımı niyə repertuardan səssiz-səmirsiz çıxarılmasının səbəblərini araşdırmırlar? Yaxud TV kanalları. Elə həftə olmur ki, mənim köhnə tamaşalarımı, filmlərimi nümayiş etdirməsinlər. Amma hər hansı TV kanalının rəhbərliyi “bəlkə siz də az-çox peşəkar dramaturq kimi bizə bir şey təklif edəsiniz?” deyə, mənə müraciət edibmi? Əfsus ki, yox.
– Yazıçılar Birliyinin əməkdaşları evsizlikdən yaxud mənzil şəraitinin yaxşı olmamasından əziyyət çəkirlər. Birlikdə çalışanların ev almaq şansları yenə varmı?
-Əlbəttə var.
– “Yazıçılar Birliyi müasir düşüncə ilə ayaqlaşmır, jurnalları oxunmur, yaradıcı təşəbbüskarlıq yoxdur. Bunun da səbəbi rəhbər vəzifələrin əksərən yaşlıların əlində olması ilə bağlıdır” fikrini yazılı-şifahi tirajlayanlara cavabınız nədir?
– Əgər “müasir düşüncə” dediyiniz böhtan atmaq, “yaradıcı təşəbbüskarlıq” yalan danışmaqdırsa, Yazıçılar Birliyi həqiqətən bu üsullarla ayaqlaşa bilmir də, istəmir də… Amma bu “gərəksiz” təşkilata niyə yüzlərlə adam üzv olmağa can atır və onlarla adam da onun rəhbəri olmaq arzusundadır?
Cavabsız suallardır. “Jurnalları oxunmur” fikrini tirajlayanlar niyə məhz bu jurnallarda çap olunmağa belə can atırlar? Oxunmamaq üçün? O ki qaldı ildən ilə təkrar olunan “qocalar-cavanlar” məsələsinə, bütün qocalar haçansa cavan olub, amma məlum deyil bütün cavanlar qoca ola biləcəkmi? Allah eləsin hamısı bizim yaşımıza çatsın və yeni cavanlardan özlərinin bizə qarşı olan münasibəti görsünlər. Bu sözlər çox az sayda cavanlara, ya özünü cavan sayanlara aiddir. İstedadlı cavanların əksəriyyəti bizimlədir, bizim sıralarımızdadır. Bütün rəhbər vəzifələrin yaşlılarda olması da düz deyil. Katiblikdə də cavanlar təmsil olunublar, redaksiyalarımızın başında da, Tərcümə Mərkəzimizdə də, seksiya rəhbərliyində də. Gənclərin kitablarının təqdimatları, imza günləri keçirilir, onlar mükafatlar alırlar, səfərlərə göndərilirlər. Görünür, məsələ bunda deyil, məsələ “niyə mən cavan yox, o cavan” narazılığındadır. Eyb etməz. Bu da keçər.
– Qurultaydan sonra və Birliyin yubileyi ərəfəsində yazıçılara fəxri adlar verilmədi. Belə fikir formalaşdı ki, Sizin bəzi vəzifəli məmurlarla münasibətlərinizdəki neqativ çalar yazıçılara lazımınca dövlət qayğısı göstərilməsinə mane olur. Bu nə dərəcədə ciddi arqumentdir?
– Son dərəcədə qeyri-ciddi arqumentdir. Mənim əlaqədar məmurların hamısı ilə normal münasibətlərim var. Bir də dövlətin qayğısı məgər yalnız fəxri adlar verməklə təsdiq olunur?
Yazıçıların yaşayış binası üçün sahə ayrılması dövlət qayğısı deyil? Qəribədir, gah məni hökumətə yaxın olmaqda suçlayırlar, gah da hökumətin məmurları ilə neqativ münasibətlərdə. Fikirləşib, axır birinin üstündə dayansınlar da. Dövlətin, şəxsən cənab Prezidentimizin yazıçılara qayğısının ən bariz nümunəsi odur ki, hər il 50 yaşlı yazıçıya və 20 gəncə Prezident təqaüdü verilir.
– Bir müddət əvvəl Müdafiə Nazirliyində görüş keçirildi. Hər hansı yazıçını cəbhə xəttindən yazmaq üçün ezam etmisinizmi? Ya da özünüz cəbhə xəttinə getməyi planlaşdırırsınız?
– Mən özüm də, başqa yazıçılarımız da dəfələrlə cəbhə xəttində olmuşuq. Hələ atəşkəs olmayan vaxtlarda da. Əsgərlərlə görüşmüşük, kitablarımızı hədiyyə etmişik. Müdafiə Nazirliyi ilə əməkdaşlıq edərək yenə də cəbhə bölgələrinə gedəcəyik. Yazıçılar Birliyində yaratdığımız hərbi vətənpərvərlik komissiyası bu məsələləri Müdafiə Nazirliyi ilə birlikdə təşkil edir.
– Bir sıra istedadlar, xüsusən gənclər sizin sədrliyiniz müddətində Yazıçılar Birliyini tərk edib. Onların gedişinə təəssüflənirsinizmi?
– Həqiqətən istedadlıdırlarsa, əlbəttə, təəsüflənirəm Amma xatırlatmaq istəyirəm ki, mənim sədr seçildiyim ildə doğulanlar indi otuz yaşındadırlar. Həyatın amansız qanunu var.
Bu gün gənc olan sabah artıq gənc sayılmır. Bir qəribə fokus da var. Bəziləri birliyimizə sanki ona görə girirlər ki, bir müddətdən sonra ordan çıxdıqlarını bəyan etsinlər. Birliyə üzv olmaları heç kəsin diqqətini çəkmədiyi halda, çıxmaqları bəzi qəzetlər və saytlar üçün göydəndüşmə sensasiyadır. Həqiqi istedad yazılarıyla diqqət çəkməlidir, girib-çıxmaqları ilə yox. Belə tanınmağın ömrü də çox sürmür. Bu gün “eşitdin, filankəs də birlikdən çıxdı” söz-söhbəti üç aydan sonra “Kim? O da yazıçıdı?” sualı ilə əvəz olunur.
– Yazıçılar Birliyinə üzv qəbulu davam edir. Nəinki mənim, ümumiyyətlə, ədəbi mühitin tanımadığı şəxslər tez-tez “feysbuk"da şəkil paylaşıb birliyə üzv olmalarını sevinclə qeyd edirlər. Üzv qəbul etməkdə prinsiplər nədən ibarətdir?
– "Feysbuk"a baxmıram. Yazıçılar Birliyinin 1500-dən artıq üzvünü sizin tanımamağınız təəccüblü deyil. Heç mən də hamısını tanımıram. Amma kimsə Yazıçılar Birliyinə üzv olmasına sevinirsə, bu sevinci nədən onunla paylaşmayaq?
Xəbərin oxunma sayı : 385
Müsahibə
Xəbərlər
-
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama
-
Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi - TƏFƏRRÜAT
-
İstanbulda Azərbaycan nömrə nişanı ilə “Niva” - qayda pozdu, görün nə dedilər- VİDEO
-
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
-
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
TOP 10
ARXİV