Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Prezident Trampla bağlı daha bir qalmaqal – Oğlunun QRU-nun keçmiş əməkdaşı ilə görüşdüyü üzə çıxdı – Araşdırma

Tarix 16.07.17, 5:07

Font ölçüsü : - / +
bitmap-img6


Stefani Kirhgessner

The Guardian (Böyük Britaniya), 15.07.2017


Rinat Ahmetşin Rusiya xüsusi xidmətləri ilə əlaqələrini gizlətməyi sevmir. Korporativ kəşfiyyatın qaranlıq Vaşinqton dünyasında işlədiyi bir il ərzində onun Rusiyanın keçmiş agentləri ilə əlaqələri özəl müştərilər qabağında qiymətli keyfiyyət kimi qələmə verilib. Jurnalistlər və siyasətçilərin rəğbətini qazanmış Ahmetşin bununla ad çıxaıb ki, Əfqanıstandakı hərbi qulluq illəri haqda Kapitoliya təpələrində (Ağ Evin yerləşdiyi ərazi-tərc.) izlədiyi məqsədlər haqda danışdığı kimi açıq danışır.

Amerika vətəndaşı olan Ahmetşin cümə günü bildirib ki, kiçik Donald Trampın 2016-cı ildəki görüşünə o da qatılıb – bu görüşü Rusiya hökumətinin Hillari Klintonun seçki kampaniyasını pozmaq məqsədilə keçirdiyi əməliyyatın tərkib hissəsi sayırlar. Bu qalmaqallı məlumatdan sonra bu görüşün məqsədi və (Tramp Qülləsindəki görüşə aid məsələdə “maksimal şəkildə səmimi” olacağını vəd edən) prezident oğlunun Ahmetşinin də orada iştirakını niyə etiraf etmədiyi haqda bir sıra yeni suallar meydana çıxır.

Ahmetşin öz karyerasını Mərkəzi Asiyadan Vaşinqtonda bu və ya digər problemi həll etmək üçün köməkçi lazım gələn oliqarxlara işləməklə başlayıb. Lakin hər şeyə əsasən, onun lobbiçilik fəaliyyətinin son illəri bir məsələyə – Maqnitski qanununun ləğvinə cəmlənib. Barak Obamanın 2012-ci ildə imzaladığı və Rusiya prezidenti Vladimir Putini hiddətləndirən bu qanun Rusiya hüquqşünası Sergey Maqnitskinin  2009-cu ildə həbsxanadakı həlakına görə Rusiyanı cəzalandırmaq məqsədilə hazırlanıb.

Ahmetşini tanıyan və keçmişdə onun xidmətindən yararlanan bir hüquqşünas deyir ki, rus mənşəli bu Amerika lobbiçisi heç də Putinyönlü sayılacaq adam deyil və siyasətdən ciddi-cəhdlə yayınır. Düzdür, potensial müştərilərlə işgüzar münasibətlərində Rusiya xüsusi xidmətləri ilə əlaqələrini üstünlük və öz xeyrinə həlledici “kommersiya dəlili ”kimi istifadə edir.

“Onun ixtisası, əlaqələri, xidməti siyahısı, hər kim olur-olsun, müştərilərə satdığı aktivlər, qiymətli keyfiyyətlər idi. Onun kifayət qədər çeşid-çeşid müştərilər qrupu var, – həmsöhbətimiz deyir. – Mən bilirəm ki, Maqnitski qanunundan “qurtulmaq” istəyən müştərilər  onu tuturlar”.

Vəkil qımışaraq əlavə edir: “Yəqin ki, o, QRU-nun (Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi-tərc.) keçmiş əməkdaşıdır, amma  bir dəfə dedi ki, “keçmiş” anlayışı yoxdur”.

Haçansa sovet əks-kəşfiyyatınınn zabiti olduğunu keçən il “Politico” nəşrinə deyən Ahmetşinin ABŞ vətəndaşı olması həmçinin ondan xəbər verir ki, bu, Amerika rəsmilərinə məlum idi.

Ahmetşin “The Guardian” redaksiyasının nə zənglərinə, nə də elektron məktublarına cavab verir. Lakin lobbiçi mayda jurnalistlə söhbətdə Trampın Rusiya ilə əlaqəsi ətrafında qalmaqalın önəmini azaldıb. O bildirib ki, Kremlin Trampın seçki qərargahı ilə işbirliyinə dəxli olduğuna inanmır və Rusiya agentləri ilə Trampın seçki qərargahı məmurları arasındakı sıx təmaslar ittihamı, ehtimal ki, quraşdırmadır. O, eyni zamanda etiraf edib ki, Maqnitski qanununun ləğvinə can atdığı üçün sürəkli diqqət və Kapitoliya təpələrində tənqid obyekti olub. Bu səbəbdən  Ayova ştatından respublikaçı Çak Qrassli tərəfndən həmləyə məruz qalıb.

Bu, Ahmetşinin çətin duruma düşdüyü birinci hadisə deyil. O, xarici agent qismində qeydə alnmayıb, lakin müştərilərinin siyahısı yetərincə böyükdür. Bu illər ərzində Qazaxıstan siyasi müxalifətinin üzvləri bu siyahıya daxil olub. ABŞ-da keçən məhkəmə prosesinin gedişində onu həmçinin məqsədi ABŞ hökumətini Rusiya Dövlət Dumasının keçmiş deputatı Aşot Yegiazaryana qaçqın statusu verməkdən imtinaya çağırmaq olan kampaniyaya qatılmaqda ittiham ediblər.

Parlament əməkdaşı Kayl Parker Ahmetşini keçən il Konqres binasının dəhlizində görüb. “Politico” nəşrinin yazdığı kimi, Parker Maqnitski qanununun ilkin variantının müəllifi olub. Nəşrdəki məlumatlara görə, Parker həmkarlarına öz narahatlığını bildirib, çünki Ahmetşin “fəal tədbirlərdə” ixtisaslaşması ilə məşhurdur.

Ahmetşin “Politico”ya şərhində bu ittihamları rədd edərək deyib: “Mən Rusiyada doğulmuşamsa, bu, hələ o demək deyil ki, Kremlin agentiyəm”.

Tərcümə Strateq.az-ındır.    



Xəbərin oxunma sayı : 295




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap