Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kərəm Həsənovun əmisi oğlu vətəndaşı qanına qəltan edib! – ŞİKAYƏT

Tarix 17.07.17, 2:55

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət başçısı çıxışlarında hər dəfə məmur özbaşınalığına, vəzifəli şəxslərin yaxınlarının harın davranışlarına sərt münasibət göstərəcəyini bəyan etsə də, zaman-zaman belə sərt münasibəti göstərsə, bir neçə məmur buna görə işdən çıxarılsa da, hələ də belə hallara yol verənlər var.

Belələrindən biri ilə bağlı Biləsuvar rayon Ovçubərə kənd sakinləri Eyniyeva Gülsabah Havarxan qızı “AzPolitika.info” saytı vasitəsilə ölkə Prezidenti İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova, daxili işlr naziri Ramil Usubova , Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət ünvanlayıb. Onun şikayəti Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Nurməmməd oğlu Həsənovdandır. O, Kamal Həsənovu və ətrafını qanunsuzluqda, övladlarını vəhşicəsinə döyməkdə ittiham edir. Həmin məktubu kiçik ixtisar və zəruri redaktə ilə diqqətinizə çatdırırıq:

“Hazırda Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun doğma əmisi oğlu Kamal Həsənov qulluq mövqeyindən sui-istifadə etməklə, aldatma yolu ilə əhalinin kasıb təbəqəsinə ziyan vuraraq, onları dövlətdən narazı salmağa çalışır. Kamal Həsənov sübut etməyə çalışır ki, insanları aldadıb, onların əmək hüquqlarını əlindən alıb, bunun müqabilində cəzasız qalmaq olar. Ancaq biz inanırıq ki, belə deyil. Kamal Həsənovun əməllərinin bir qurbanı da mənəm. Mən orta təhsilliyəm, məşğuliyyətim maldarlıqdır. Buna görə də, qış otlaq sahəsinə ehtiyacım olduğundan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Mahir Quliyevə rəsmən müraciət etdik.
Müraciətimizi nəzərə alaraq, M.Quliyev 2011-ci ildə 100 ha otlaq sahəsinin 5 illiyə bizə icarəyə verilməsinə dair sərəncam verdi. Həmin torpaq sahəsindən 4 il istifadə etdikdən sonra Kamal Həsənov bizi aldadaraq, etibarımızdan sui-istifadə edərək 2016-cı ilin yaz aylarında bizə məxsus torpaq sahəsini öz yaxın qohumunun adına sənədləşdirmişdir. Məlumat üçün bildirək ki, biz həmin torpaq sahəsi üzərində 2 otaqlı yaşayış evi, mal-qaranın saxlanılması üçün 2 ədəd 108 kv.m sahəsi olan tövlə inşa etmişdik.
Bundan əlavə Kamal Həsənov bizim məlumatımız olmadan icarəyə götürdüyümüz torpaq sahəsinin 4,48 hektarını başqa şəxslərə satmışdır.

Bunlar azmış kimi, bu yaxınlarda, yəni 22 iyun 2017-ci il tarixdə övladım İmanov Əhlimanı öz fermasının yaxınlığında, otlaqda heç bir səbəb olmadan ölümcül döyərək, ona ağır bədən xəsarəti yetirmişdir (həmin foto görüntünü də təqdim edirəm)”.

Müraciətdə daha sonra bildirilir ki, Kamal Həsənov Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğlu olmasından istifadə edərə, belə əməllər edir, cəzasız qalır. Eyni zamanda insanların halal pullarını mənimsəyib, kütləvi narazılıq yaratmağa çalışır: “Hazırda yaşadığımız Ovçubərə kəndinin əhalisi mal-qarasının örüş-otlaq sahəsini ələ keçirərək, kənd sakinlərini hökumətdən narazı salmaq istəyir. Ona görə də, Sizlərdən xahiş edirəm ki, Kamal Həsənovun əməllərinə lazımı qiymət verilməsini təmin edəsiniz. Mənim kimi sadə vətəndaşların tapdanmış hüquqlarının bərpasına göstəriş verəsiniz”.

P.S. Müraciətdə səslənən ittihamlarla bağlı Kamal Həsənovun da mövqeyini işıqlandırmağa hazırıq.

IMG-20170714-WA0002







Xəbərin oxunma sayı : 1723




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap