Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Lotu Quli“ Sabirabadlı Hikmətin qohumuna niyə “oğru“ adı vermədi? - Düşmənliyin tarixi

Tarix 19.07.17, 19:02

Font ölçüsü : - / +
bitmap-img6


"Lotu Quli"nin mərhum Sabirabadlı Hikmətin qardaşı oğlu Məmmədqulu Muxtarova “qanuni oğru” adı verilməsinin əleyhinə olmasının təfərrüatı bəlli olub.

Lent.az-ın məlumatına görə, məsələnin kökü çox uzaqlara gedib çıxır. Söhbət ondan gedir ki, avtoritetlərin hər ikisi eyni vaxtda Bayıl həbsxanasında cəza çəkərkən Quliylə Hikmət arasında insident baş verib. Quli oğru qanunlarına zidd gedərək Azərbaycan kriminal avtoritetlərinin arasında “böyük qardaş” kimi çağırılan “Sabirabadlı Hikmət”ə əl qaldırıb.

Bu hadisədən sonra Moskvada 11 nəfər qanuni oğrunun toplaşdığı “sxodka” keçirilib. Həmin “sxodka”da Qulidən qanuni oğru adının alınması ilə bağlı qərar qəbul olunub. Bu qərar Azərbaycanının və MDB ölkələrinin bütün həbsxanalarına göndərilib.

Məhz bu hadisədən sonra azərbaycanlı “qanuni oğru”lar arasında ikitirəlik yaranıb, Quliylə Hikmət isə düşmənə çevriliblər. Quli və onu dəstəkləyən avtoritetlər qeyd etdiyimiz “sxodka”da çıxarılan qərarı indi də qəbul etmirlər.

Yeri gəlmişkən, həmin qərarı dəstəkləyənlərdən biri də Rövşən Lənkəranski olub.



Xəbərin oxunma sayı : 196




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap