Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ prezidentinin mətbuat katibi işdən çıxanda Ağ Evdən soyuducu oğurladı

Tarix 23.07.17, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ prezidenti Donald Trampın bu günlərdə gözlənilmədən işdən çıxarılan mətbuat katibi Şon Spayser Ağ Evi tərk edərkən işçilərin otağındakı mini-soyuducunu da xəlvəti şəkildə özüylə aparıb

Virtualaz.org xəbər verir ki, bu heyrətamiz hadisə barədə “The Wall Street Journal” Ağ Evdəki mənbələrə istinadla yazır.

Qəzetin yazdığına görə Şon Spayser Ağ Evin mətbuat xidmətinin  aşağı rütbəli əməkdaşlarından köməkçisi vasitəsilə xahiş edib ki, otaqlarında yeməkləri və içkiləri saxlamaq üçün istifadə etdikləri mini-soyuducunu ona bağışlasınlar. Lakin əməkdaşlar bundan qəti imtina ediblər, bildiriblər ki, soyuducu onların özlərinə lazımdır.

Bundan sonra Şon Spayser axşamın düşməsini və işçilərin Ağ Evi tərk etməsini gözləyərək soyuducunu özüylə aparıb. Ağ Evdəki mənbələr bildiriblər ki, təxminən axşam saat 8 radələrində Şon Spayseri soyuducunu pilləkənlərlə aşağı küçəyə tərəf aparanda görüblər. Bu hadisəni həmin gün işdə ləngiyən Ağ Ev əməkdaşlarından biri görüb. İşçilər səhər işə gələndə soyuducu yerində olmayıb. Həmin soyuducu Spayserin Ağ Evdə işə başlamasından bir ay sonra alınıbmış.

Xəbər verildiyi kimi Şon Spayser prezient Donald Trampla fikir ayrılığına görə işdən çıxıb. Onun Ağ Evin kommunikasiyalar üzrə direktoru vəzifəsinə Entoni Skaramuççinin təyinatına etiraz etdiyi bildirilir. 45 yaşlı keçmiş Hərbi Dəniz Qüvvələri zabitini işdən çıxarkən Ağ Evdən soyuducu oğurlamağa vadar edən səbəblər məlum deyil, Spayserin özü də xəbər yayılandan bu yana soyuducu məsələsi ilə bağlı heç bir şərh verməyib.

Trampın mətbuat katibinin Ağ Evdən soyuducu oğurlaması sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. İstifadəçilər Spayseri ələ salan çoxsaylı kommentlər və fotomontajlar paylaşıblar. Yazar İvan Hernandez Tvitter-də yazıb ki, Spayserin Ağ Evdən soyuducu oğurlayarkən çəkilmiş fotoşəklinə 1 milyon dollar ödəməyə hazırdır.

Qeyd edək ki, Şon Spayserin Ağ Evin mətbuat katibi kimi təxminən 6 aylıq işi zamanı onunla jurnalistlər arasında dəfələrlə qalmaqallar yaranıb, Spayser jurnalistlərin dolaşıq sualları qarşısında dəfələrlə çaşıb, ziddiyətli bəyanatlar verib. O, jurnalistləri “YouTube-də məşhurlaşmaq üçün dolaşıq suallar verməkdə” ittiham edirdi.







Xəbərin oxunma sayı : 151




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap