Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İcra başçısına açıq məktub – “Belə laqeydliyi hardan əxz etmisiniz?”

Tarix 24.07.17, 19:48

Font ölçüsü : - / +
bitmap-img6


Mənzil tikintisilə məşğul olan şirkətlərin əhalini aldatması haqda çox yazılıb. Əhalinin mənzilə olan tələbatından istifadə edən fırıldaqçılar cəlbedici vədlər verməklə insanları tora salır, onların minbir əziyyətlə ev üçün yığdıqları pulları əllərindən çıxarırlar. Bəzən isə vətəndaşları ala bilmədikləri evlərə görə banklara borclu salırlar. Şirkətlərin fırıldaq sxemləri isə, təxminən eynidir.

 Bəziləri mənzillərin pulunun böyük hissəsini əvvəlcədən aldıqları halda binanı yarımçıq qoyaraq “aradan çıxıblar”, bəzləri eyni mənzili bir neçə şəxsə sataraq, 100-lərlə ailəni üz-üzə qoyublar, bəziləri də vədlərinin əksinə olaraq, illər uzunu binanın tikintisini başa çatdırmayaraq, əlavə pul yığmaqla məşğul olur, ya da yarımçıq təhvil verirlər.  Fırıldaqçıların toruna düşən insanların şikayətləri isə bir çox hallarda onların haqqının özünə qaytarılmasına səbəb olmur. Ən yaxşı halda tikinti şirkətləri sahiblərinin əvvəlcədən “qurbanlıq” seçərək, şirkətin icraçı direktoru vəzifəsinə qoyduğu “peşkalar” həbsə atılır. Onu da bir müddətən sonra “üçdə ikiyə”, “üçdə birə” salaraq azadlığa çıxarırlar. Zərbə sadə vətəndaşa dəyir. İllər uzunu vəzifəli şəxslərin qapılarında “bəlkə köməyi oldu” deyə növbə çəkirlər.

Belə kömək axtaran şəxslərdən bir qrupu “AzPolitika.info” saytı vasitəsilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya Açıq Məktub ünvanlayıb. 60 nəfər bina sakini tərəfindən yazılan və “Kristal M.V.U” MMC-nin “toruna düşən”  200 vətəndaşın dərdini ifadə edən həmin məktubu qısa ixtisar  və zəruri redaktə ilə dərc edirik:

“Binanı ala-yarımçıq qoyaraq aradan çıxıblar…”

1499840031_bez-imeni-1

“Hörmətli İradə xanım!

Biz, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 1 saylı çoxmərtəbəli yaşayış binasının sakinləri, artıq illərdir ki, cinayətkar “Kristal M.V.U” MMC-nin sahiblərinin qurduqları “tələyə düşərək”, olan-qalan pullarımızı müqavilə əsasında onların hesabına keçirmişik. Müqavilənin şərtlərinə görə, bina artıq 5 il bundan qabaq təhvil verilməli, biz də mənzillərimizi təmir edərək, məskunlaşmalı idik. Təəssüf ki, həmin qrup binanı ala-yarımçıq qoyaraq, aradan çıxıb. Biz də, yaşamağa digər yerimiz olmadığından, mənzillərimizi təmir edərək, burda yaşamağa məcbur edilmişik.

Bina rəsmi təhvil alınmadığından, heç kəs, təbii ki, öz mənzlinin hüquqi sahibinə çevrilə bilmir. Buna müvafiq olaraq qaz da çəkilməyib. Binanın ikinci liftinin yeri qoyulsa da, hələ quraşdırılmayıb. Yeganə olan liftlə vətəndaşlar zorən ağır yük qaldıranda, onların təyin etdiyi əlahəzrət komendant dərhal peyda olaraq “bac” tələb edir. Bu, binadan xeyli sonra özülü qoyulan yanaşı göydələnlərin hamısının qarşısı asfaltlanmışdır. Lakin bizim bina və onunla üzbəüz olan, məlum dələduzların tikdikləri (…!?) binaların hər ikisinin qarşısı, bəlağətsiz olaraq, yanaşı gözəlliklərin ortasında zibilliyi xatırladır. Təkrar edirik: hər iki bina, digərlərindən əvvəl tikilməyə başlanıb.

“Mərkəzi sayğac “borc “istehsal etməklə məşğuldur”

1498915891_clipboard01-1

Əziz, İradə xanım!
Biz sakinlər, yuxarıda sadalanan qüsurlara bir təhər duruş gətirərək, necə deyərlər, kasıbçılığımızı davam etdirərdik. Amma işıq məsələsində bizə yaşadılan təşbehsiz faciələr, artıq zəncirlərin qırılmasına səbəb oldu. Bina təhvil verilmədiyindən,”Azərişıq”ın yerli idarəsi ilə vətəndaşlar birbaşa müqavilə bağlamaq imkanından məhrumdurlar. Deməli,  işıq müqaviləsi yalnız “Kristal -M.V.U” MMC ilə bağlanmalıdır. Vətəndaşların hər birinə aid sayğacların olmasına baxmayaraq, mərkəzi sayğacın göstəricisi yerli işıq idarəsi tərəfindən yeganə hesablaşma mənbəyi kimi qəbul olunmuşdur. Bu sayğac isə, hətta vətəndaşlar öz şəxsi sayğacları ilə ödənişləri intizamla yerinə yetirdikləri halda da, “borc “istehsal etməklə məşğuldur. Beləliklə, paradoksal vəziyyət əmələ gəlmişdir: sakinlərin az bir qisminin (bu, hər yerdə adi haldır) cüzi borcları olmasına baxmayaraq, işıq idarəsi artıq bir ildən çoxdur ki, bütün pulu tam ödəyənləri də, həbs düşərgələrində olduğu kimi, “hamı bir nəfərə görə” prinsipi ilə cəzalandıraraq, günün doxsan faizi işıqsız qoyur.

60 ailə başcısı, dəfələrlə sizə və yerli işıq idarəsinə ardıcıl şikayətlər etsək də, qulaqardına vurulmuşdur. Sakinlər icra hakimiyyətinin binasına ümid məbədgahı kimi baxdıqları halda, oradan mənzillərinə dönərək, qışın soyuğunda körpələrinin donmasına, yemək bişirməyə belə ciblərinin pulunu ödədikləri işığın verilməməsinə Sizin  soyuqqanlılığınız onları dəhşətə gətirmişdir.

Onlar, axı Sizdən nə istəyirdilər? Yeganə tələbləri o idi ki, fırıldaqçı qrupun ucbatından 19-cu əsr həyat tərzinə yuvarlanmış iki yüzdən çox ölkə əhalisinin (məntiqlə desək, bir kəndin) haqlı şikayətinə niyə reaksiya vermirsiniz? Yerli işıq idarəsi rəhbərinin əhalinin ajiotajına rəğmən – mən qanundan kənara çıxa bilmərəm – deyə camaata sitəm etməsinə necə haqq qazandırırdınız? Niyə bilməyiniz vacib olduğu halda, bilmirdiniz ki, həmin  “qanun” deyən Nemət (İşıq İdarəsinin rəisi-red), bəzən sakinlərdən xəlvət iyirmi-otuz manat alan kimi, həmin əlahəzrət “qanun”u pozmalı olurdu? İnsanları qul psixologiyası səviyyəsinə zorən düşürmək, əcəba hardan qaynaqlanır? 

“Prezident Administrasiyasından Sizə zəng olundu…”

prezident-adminstrasiyasi

Nəhayət, dalğa şişdi. 40 nəfər ailə nümayəndələri cənab Prezidentə şikayət məktubu ünvanladılar. Məktubun ardınca da, qırx nəfərlik heyət Prezident Administrasiyasının binasına qəbula getdilər. Orada nümayəndə heyətinin tərkibindən üç nəfər seçilərək, cənab Prezident adından dinlənildi. Elə nümayəndələrin yanında Sizin iqamətgahınıza zəng olundu. Və biz sakinlərə sizin şəxsi qəbulunuzda olmaqla, məsələnin fundamental həll olunacağı bildirildi. Və qırx nəfərlik fəqir geri dönərək, Abşeron rayon İcra Hakimiyyəti binası qarşısında toplaşdıq. Polis işciləri Prezident Administrasiyası qarşısında bizi yüksək nəzakətlə yerləşdirmişdilər Ancaq Sizin əyləşdiyiniz iqamətgahın qarşısında bizə elə təpki göstərildi ki, sanki binaya düşmən qüvvələri daxil olurdular. Nəhayət, Siz xidməti avtomobillə gəldiniz və məlum bina sakinlərinin arasından keçmək məcburiyətində qaldınız. Ən dəhşətlisi də elə bu idi ki, avtomobildən düşərək, camaata qıyqacı baxaraq, tələsik binanın foyesinə keçdiniz .Yəni, ən yaxşı halda, onlarla elə kücədə – rəhmətlik Heydər Əliyev sayağı, soyuqqanlı halda rəhmətliyin iri şəkli asılmış otağınızda onlardan bir neçəsini qəbul etməyi özünüzə rəva bilmədiniz. Biz ki, Prezident Administrasiyasından qırx nəfərlə sizə dönmüşdük! Belə, laqeydliyi hardan əxz etmisiniz? Cənab prezident İlham Əliyevlə yanaşı şəklinizdə bu qədər məsum görünməyimiz, bəyəm məşq olunmuş süni görüntü imiş?

“Əgər, icra hakimiyyəti başcısı sahibkarların işinə qarışmırsa”

IRADE

Hörmətli İradə xanım!
Sakinlər Sizin bu demarşınızdan şok effekti alaraq, yenidən, elə həmin anda Prezident Administrasiyasının qarşısına qayıtdılar. Siz bunu bilərək, insan kütləsinin geri dönüşü üçün cəhd belə etmədiniz. Bəs, cənab Prezidentlə şəkildəki məsum və gözlərindən xalqa qayğı tökülən İradə xanım necə belə edə bilərdi?

Ən nəhayətdə, təkrar Sizə dönüş məsləhət bilindi. Axı, başqa cür necə ola bilər? Prezident cənablarının Abşeron rayonunun əhalisinin problemlərinin həlli üçün sərəncam verdiyi nümayəndəsi Sizsiniz! Sizin, yenə bizi qəbul etməyi özünüzə sığışdırmayacaq dərəcədə imkansızlığınıza öyrəncəli olduğumuzdan, müavininiz İlham müəllimin qəbuluna da şükür etdik. Düzdür, o kişi qəbula binanı tikən (…..) sahibkarları da dəvət etmişdi, onları danladı da. Amma, onlar yalandan söz verib qaçdılar. Qısası,”qalocka” qoyuldu ki, tədbir görüldü. Hələ, bizə şablonun apogeyi səviyyəsində məktub da göndərildi. Bununla da, vətəndaşların ərizə və şikayətlərinə baxılması barədə Prezident cənablarının çoxsaylı tapşırıqlarına əməl olunması fonu yaradıldı…

İlham müəllim həmin mərasimdə, təbii ki, Sizin adınızdan söz edərək, bildirdi ki, İcra Hakimiyyəti sahibkarların işinə qarışa bilməz. Belə anlaşıldı ki, qarışa bilməz, amma daha Prezident Administrasiyasının deyiblər də – aşıq Şakir demiş “neynək, a dərdin aldığım?”

Hörmətli İradə xanım!
Əgər, icra hakimiyyəti başcısı sahibkarların işinə qarışmırsa, onda, gəlin gözlərimizi yumaraq, bir anda Allah adına, insan əliylə yazılan şablonlardan kənar suallanaq?! Xırdalanda çoxmərtəbəli bina tikmək ücün sahibkarlar müraciəti kimə edirlər? Həmin müracətin müsbət həllinin şəffaflıq əmsalını ölcən cihaz varmı? Təkrar edirik – Allahın adına düzün deyin!

Elə isə, bəzi yaramaz adamlara verdiyiniz icazənin arxasında niyə məcburiyyət tədbirləri dayanmır?Necə olur ki, tikintiyə sərəncam veriləndə əlahəzrət tumarlanmasa olmur, təbəəyə zülm olanda isə “qırdım-qaçdım” olur?

Biz, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 1 saylı çoxmərtəbəli binanın sakinləri olan iki yüz nəfər insan adından Sizə müraciət edirik : XXI əsrdə, neft-qaz ölkəsində əhalini işıqsız qalmağa zorlamaq qədər soyuqanlı olmaq həm cənab  Prezidentin tapşırıqlarına qarşı çıxmaqdı, həm də uca Allahın  dərgahında günahdır”.

İcra Hakimiyyətinin cavabı:  “Məhkəməyə müraciət etsinlər”

1445097768_ilham-muellim

Məktubda səslənən iradlarla bağlı Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlham Quliyev redaksiyamızla əlaqə saxladı. Bildirdi ki, həmin binanın sakinləri Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin rəisi, eyni zamanda MTK-nın təmsilçiləri ilə birlikdə qəbul edilib:“Həmin dövrdə bunların işıqları borca görə tez-tez kəsilirdi. MTK nümayədələri ilə gedərək həmin borcun məbləği müəyyənləşdirildi və ödənildi. Ondan sonra işıq problemi həllini tapdı. Hazırda onların problemi fərdi sayğacların quraşdırılması ilə bağlıdır. Biz o məsələni də araşdırdıq. Belədir ki, MTK rəhbərliyi “Azərişıq”dan Texnikl Şərt almalıdır. Həmin Texnikl Şərtin tələbləri ödəndikdən sonra vətəndaşların mənzillərinə MTK tərəfindən sayğaclar quraşdırıla bilər. Burada İcra Hakimiyyəti ilə bağlı heç bir problem yoxdur. Biz fərdi sayğacların qoyulmamasının səbəbini də araşdırdıq. Məlum oldu ki, MTK rəhbərliyi hələ “Azərenerji”nin dövründə Texniki Şərt götürüb, ancaq əməl etməyib. Buna görə də, belə problem yaranıb. Yəni, bu İcra Hakimiyyəti ilə bağlı bir problem deyil. Buna baxmayaraq, biz onların qarşısında tələb qoymuşuq ki, Texnikl Şərtin tələblərinə əməl edin və vətəndaşların mənzillərini sayğacla təmin edin. Yəni, bunun İcra Hakimiyyəti ilə əlaqələndirilməsi doğru deyil. Həmin vətəndaşlar MTK ilə müqavilə bağlayıb. Əgər MTK tərəfindən onların hüquqları pozulursa, öhdəliklərə əməl olunmursa, məhkəməyə müraciət etsinlər”.

İlham Quluyev bildirdi ki, İcra Hakimiyyəti öz üzərinə düşən vəzifəni yerinə yetirib: “Tərəfləri bir yerdə qəbul edərək, problemi onların diqqətinə çatdırmışıq. MTK rəhbərliyindən də problemin həlli tələb olunub. Eyni zamanda İcra Hakimiyətinin lazımı köməklik göstərməyə hazır olduğu bildirilib.”

Rasim

AzPolitika.info





Xəbərin oxunma sayı : 856




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap