Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycanın xarici borc yükü artır

Tarix 26.07.17, 22:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın xarici borcları durmadan artır. Hazırda Respublikamızın xarici dövlətlərə və maliyyə istitutlarına borcu 12 mlrd. 241 mln. manat təşkil edir

İllər üzrə Azərbaycanın xarici borclarının qrafik üzrə dəyişməsinə nəzər salaq:

Qeyd edək ki, xarici borc qrafiki illər üzrə 1 yanvar göstəricilərinə uyğun tərtib edilmiş və manat valyutası ilə göstərilmişdir.

Qrafikdən də gördüyünüz kimi 2015-ci il yanvarın 1-i tarixinə qədər dövlət borcu tədricən artır, lakin 2015-ci ildən 2016-cı il arasında borclarda kəskin artım müşahidə olunur. Əslində həmin dövrdə manat valyutasında ifadə olunmuş xarici borcların kəskin artımının əsas səbəbi 2015-ci ildə ardarda həyata keçirilən devalvasiyalar olmuşdur ki, bu da manatı dollara qarşı dəyərdən salmış və manat ifadəsində xarici borcu kəskin artırmışdır. Lakin bu, dollar valyutasında xarici borcun artımını istisna etmir.

Qeyd edək ki, 2017-ci il yanvarın 1-ə olan göstəricilərə əsasən Azərbaycanda adambaşına düşən xarici dövlət borcu 704,7 ABŞ dollarıdır.

Xarici borcun Ümumi Daxili Məhsula nisbətində də artım müşahidə olunur. Bu nisbət 2017-ci ildə 2012-ci ilə nəzərən 8,6%-dən 20,4%-ə qədər qalxmışdır. Bu isə xarici borcun  ÜDM-nin 1/5-i qədər olduğunu göstərir.

Azərbaycan üçün bu nisbətin təhlükəli həddi 30-40% qəbul olunur. /”Banco.az”



Xəbərin oxunma sayı : 148




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap