Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Nazirin qardaşı deputatın 654 min dollarını “yeyib”?! – Mənzil fırıldağı

Tarix 27.07.17, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


Lerikin deputatı tikinti şirkətini və 3 vətəndaşı məhkəməyə verib. Deputat 654 min dollar ödədiyini dediyi mənzilləri tələb edir. Amma məhkəmə deputatın iddiasını tələb etməyib.Musavat.com xəbər verir ki, Lerikin deputatı İqbal Məmmədov bir neçə aydır ki, Xətai Rayon Məhkəməsində rayon sakinləri ilə çəkişmədədir.

Bildirək ki, deputat rayonun F.Bayramov küçəsi 1156 ünvanında yerləşən yeni tikilmiş 24 mərtəbəli dörd binadan 3 mənzil aldığını deyib.
Deputat həmin mənzillərin ikisinun üçotaqlı, birinin isə dörd otaqlı olduğunu və hələ 2008-ci ildə bu mənzillərə görə 654 min dollar pul ödədiyini söyləyir.
Deputat mənzillərdən ikisinin pulunu tam ödədiyini, üçotaqlılardan birinin pulundan isə 7940 manat borclu qaldığını deyir.
İ.Məmmədov evlər üçün 2008-ci ildə “STS” şirkətinin baş direktoru Məzahir Cəfərovla müqavilə bağladığını və pulu da ona verdiyini bildirir.
Məhkəməyə İqbal Məmmədov özü müraciət edib. Deputat məhkəməyə müraciətində deyir ki, “STS” şirkəti ilə bağladığı üç müqavilə dəyişdirilərək, həmin binaların tikintisində iştirak etmiş başqa bir şirkətlə – “Sahil-D Company” ilə bağlanmış hesab edilsin, hər üç mənzil də ona verilsin.
Deputat 7 min 940 dollarlıq qalıq borcu da ödəməyə hazır olduğunu deyir.
Amma məsələ burasındadır ki, deputatın tələb etdiyi mənzillər xeyli vaxtdır ki, başqa adamların mülkiyyətindədir. Onlar mənzilləri “Sahil-D Company”dən alıblar.
İşə Xətai Rayon Məhkəməsində baxılarkən həmin evlərdə yaşayan Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədov da qarşılıqlı iddia qaldırıb.
Onlar bildirirlər ki, mübahisə predmeti olan mənzilləri qanuni şəkildə alıblar, indi həmin mənzillərin deputata verilməsi mülkiyyət hüququnun pozulmasıdır.
Deputat iddiasını belə əsaslandırır ki, mənzilləri tələb etdiyi “Sahil-D Company”in də baş direktoru Məzahir Cəfərov olub. Bu şirkətlərin hüquqi ünvanı da eynidir. Yəni eyni adamlarındır.

Evlərin sahibləri isə deyir ki, “STS” şirkətinin səlahiyyətli şəxsləri həbs olunub, binanın tikintisini başa çatdıra bilməyiblər. Ona görə də “Sahil-D Company” bu işi davam etdirib və qanuni şəkildə mənzilləri satıb.

İşə baxan hakim Səadət Səlimova deputatın iddiasını təmin etməyib.
Məhkəmə belə nəticəyə gəlib ki, İqbal Məmmədov pulu “STS” şirkətinə ödədiyinə görə pulu da bu şirkətdən alınıb ona qaytarılmalıdır. Deputat qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Eyni zamanda, şirkətlərin hüquqi ünvanının Nərimanov rayonu ərazisində olduğunu nəzərə alaraq, bu rayonun məhkəməsinə də müraciət edən deputat bu dəfə cavabdeh qismində şirkətlərlə yanaşı, sözügedən üç evin mülkiyyətçilərini də məhkəməyə cəlb edib.

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin icraatındadıe və avqustun 8-də məhkəmə keçiriləcək.

Qeyd edək ki, bu işdə adı keçən Məzahir Cəfərov 2015-ci ildə intihar edib.  Bakı şəhəri Həsən Əliyev ünvanındakı mənzilində işadamı Məzahir Cəfərovun aslımış vəziyyətdə tapılıb.
Məzahir Cəfərov Hacı İbrahim Nehrəmlinin qohumudur.  Daha dəqiqi mərhum Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynıdır.
Məzahir Cəfərovun adı bir neçə dəfə tikinti dələduzluğunda hallanmışdı.  Məzahir Cəfərovun baş direktoru olduğu şirkət Hacı İbrahim Nehrəmlinin digər qardaşı Sahib İbrahimova məxsus idi. “AzPolitika.info” qeyd edir ki, bəzi idialara görə,  mənzil fırıldaqklarını arxasında da elə Sahib İbrahimov dayanıb.

143495155155879f7f1eeb0

Xatırladaq ki,  Sahib İbrahimov da hazırda həbsdə olan iş adamı İlham Qasımovla şərik idi. Tərəflərin şərikliyi pozularkən Sahib İbrahimov və Məzahir Cəfərov həbs edilmiş, daha sonra azadlığa buraxılmışdı.

Binalar isə İlham Qasımovun nəzarətinə keçmişdi. İlham Qasımov isə MTN ləğv edildikdən sonra həbs edilmişdi.

“BizimYol” qəzeti baş verənlərlə bağlı Sahib İbrahimov və İlham Qasımovdan müsahibə almışdı. Həmin müsahibədən məlum olur ki, əslində bu şirkətlərin sahibləri Sahib İbrahimov, İlham Qasımov və Taleh Abdullayev olublar. Məzahir Cəfərovun adı isə yalnız icra direktor kimi keçib. Sahib İbrahimov həmin müsahibədə İlham Qasımovu itiham edib.

İlham Qasımov isə əksinə Məzahir Cəfərovu Sahib İbrahimovun “qurbanı” adlandırıb. İ.Qasımov verdiyi müsahibəsində iddia edirdi ki, 71 mənzili S.İbrahimov təkrar satıb. O iddia edib ki, bütün bunlara baxmayaraq, komitə sədrinin qardaşı həbs olunmayıb: “Komitə sədri qardaşını qoruyur. Sahib İbrahimov bir qəpik qoymasa da, mənzil satışından daxil olan vəsaiti götürüb özünə, qardaşı Nazim İbrahimova 150 min dollarlıq saat alır, binalardan evlər verir, cürbəcür avtomobillər- “Rolls-Royce”, “Bentley”, “BMW”lər əldə edirdi. “

Bu baxımdan deputatın pullarının da nazir qardaşı tərədfindən mənimsənilməsi də istisna edilmir.

AzPolitika.info



Xəbərin oxunma sayı : 322




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap