Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

İraqın qaranlıq gələcəyi:İŞİD-dən sonra fərqli etnik-dini qrupların savaş ehtimalı yüksəkdir - Təhlil

Tarix 05.08.17, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


Bilqay Duman

“Anadolu News Agency“


İŞİD-lə mübarizə prosesi İraqda xüsusilə iki aktyoru ön plana çıxarıb və onların üstünlüyünü təmin edib: şiələr və kürdlər.

İraq mərkəzi hökumətinə bağlı güclərin İŞİD qarşısında gücsüzlüyü və bir çox bölgədən geri çəkilməsi nəticəsində kürd peşmərgələr və şiə milis qrupları təhlükəsizlik güclərinə dəstək verərək əhəmiyyətli irəliləyişi təmin edib və bu müddətdə siyasi, hərbi və inzibati zəfərlər qazanıb.


İŞİD-lə mübarizdə qazananlar

Kürdlər 2003-cü ildən sonra başda Kərkük olmaqla mübahisəli bölgələr sayılan, Mosulun şərqində azlıqların yaşadığı Tilkeyf, Hamdaniyə, Akre, Bartilla, Başika, Sincar kimi bölgələrlə yanaşı, Diyalaya bağlı Xanakın və Celevle, Səlahaddinə bağlı Tuzhurmatu kimi yaşayış məskənlərində üstünlüyə yiyələniblər.

Bu yöndə kürdlərin Ərbil, Süleymaniyyə və Duhok istisna olmaqla hədəfə aldıqları torpaqların böyük hissəsində nəzarəti ələ keçirdiyi görünür. Hətta ondan kənara çıxdıqları söylənir.

Digər tərəfdən, şiə milis qruplar da İŞİD-lə mübarizə prosesində yenidən təsirli aktyor olaraq önə çıxıblar.

İraqda şiələrin ən böyük dini avtoriteti sayılan Ayətullah Əli Sistaninin fitvası ilə ortaya çıxan şiə milis quruluşlar hakim mövqeyə gəlib. İraq mərkəzi hökumətinin nüfuzundan faydalanan bu milis qrupları, az qala, İraq daxilində siyasi-inzibati fəaliyyət imkanı qazanıb.

“Haşdi Şəabi” damı altında bir araya gətirilən bu qüvvə leqallaşdırılır. Ancaq mərkəzi hökumətin bu istiqamətdəki səylərinə baxmayaraq “Haşdi Şəabi” xaricindəki şiə milis qrupları da varlıqlarını saxlayır və öz planlarına uyğun hərəkət edirlər.

Bu vəziyyət İraq mərkəzi hökumətinin baxışında ciddi problemdir, çünki həmin təşkilatlar qeyri-rəsmidir. Onlar İŞİD-dən geri alınan bölgələrdə qarşıdurma riskini artırır və yeni qarşıdurmalara zəmin yaradırlar. Məsələn, Tuzhurmatu və Celevle olmaqla milis qruplar və peşmərgələrin qarşı-qarşıya gəldiyi sahələr olub. Önümüzdəki müddətdə hələ də İŞİD-ın əlində olan Təlafər və Havicənin azad edilməsi yönündə əməliyyatlar zamanı və bundan sonra “Haşdi Şəabi” və peşmərgələrin qarşı-qarşıya gəlmə ehtimalı da yüksəkdir.

Digər tərəfdən, “Haşdi Şəabi”nin və digər şiə milis qrupların idarə etdiyi, ya da İraq təhlükəsizlik güclərinə əməliyyat dəstəyi verdiyi sahələrdə qarşıdurmaların yaşanması ehtimalı var. Bu, daha çox sünni əhaliyə sahib Tikrit, Diyala, Ənbar kimi bölgələrə aiddir. İŞİD bu vilayətlərdən təmizlənsə də, köç edən əhalinin geri dönüşünə bağlı ciddi çətinliklər yaşanır. Eyni vəziyyət son əməliyyatla İŞİD-dən geri alınan Mosul üçün də deyilə bilər.

Milis qrupların idarə etdikləri bölgələrdə etnik tarazlığı pozduqlarına və xalqın geri dönüşünə icazə vermədiklərinə istiqamətli xəbərlər gəlir. Bu bölgələrdəki demoqrafik quruluşun qəsdən dəyişdirildiyi iddiası ortaya çıxır. Belə bir vəziyyət İŞİD-ə bənzəri terror təşkilatlarının yaranmasına səbəb olacaq. PKK və əlaqəli strukturların da güc boşluğundan faydalanaraq başda Sincar, Kərkük və Tuzhurmatu olmaqla, İraqın müxtəlif bölgələrini əldə etmə axtarışında olduğu görünür.


Qrup bölünmələri və türkmənlərin vəziyyəti


Bütün bu qarşıdurma dinamikasının mənfi təsir etdiyi başlıca iki aktyor sünnilər və türkmənlərdir. Sünni seqment onsuz da İŞİD-ə görə İraqın günah keçisi halına gətirilmiş vəziyyətdədir.

İşğal sonrası dövrdə təzyiqlərə məruz qalan və rəhbərlikdən məhrum bu seqmentdən bəzi qrupların İŞİD-ə dəstək verdiyi həqiqət olsa da, mövcud vəziyyətdə sünnilərə qarşı kütləvi cəzalandırmanın mövcudluğunu söyləmək səhv olmaz.

Digər tərəfdən, İraqın şimal-qərbindən cənub-şərqinə qədər Bağdadla paralel xətt üzərində yaşayan türkmənlər İraqda ən asan hədəf halına gətirilib.

İŞİD-lə qarşıdurma sahələrinin böyük hissəsini türkmənlərin yaşadığı bölgələr təşkil edir və bu, türkmənləri qarşıdurmaların mərkəzinə çevirib. İŞİD sonrası müddətdə də Təlafər, Tuzhurmatu, Kərkük, Celevle kimi türkmən bölgələri hakimiyyət mübarizəsinə səhnə olub. Peşmərgələrlə şiə milis qrupları, İraq Kürdüstanı Regional Rəhbərliyi (İKRR) və rəsmi Bağdad arasındakı gərginlik, məzhəbi əsaslı qarşıdurmalarla türkmənlər üçün vəziyyəti daha da çətinləşir.

İraqda qrupdaxili mübarizələr də fərqli didişmədir. Şiə milis qrupları, habelə iqtidardakı Dava Partiyası içərisindəki çatlar artıq yaxşıca diqqətə çarpır. Buna görə də post-İŞİD dövründə şiələr arasında getdikcə dərinləşən parçalanma prosesi tam ortaya çıxaracaq.


İraqı gözləyən təhlükə


Sünni kəsimdəki dağınıqlıq da davam edir. 2003-cü ildən sonrakı müddətdə sünniləri bir dam altında toplayan lider olmayıb, İŞİD faktoru bu kəsimdəki ayrışmaları dərinləşdirib. Təşkilatla birlikdə bəzi radikal qruplar İraqdakı sünnilər üçün ciddi narahatlığa yol açıb.

Kürdlər isə İKRR daxili dağınıqlıq, çəkişmə və mücərrədliyə görə ortaq cəbhə halında hərəkət etməkdə çətinlik çəkir. Məsud Bərzaninin müstəqillik referendumu addımı gözlənilməz təpki yaradıb. Gözlədiyi xarici dəstəyi təmin edə bilmədiyi üçün KDP ilə KVB rəqabəti davam edərkən, “Goran” və digər islamçı partiyaların ən azından bir hissəsi Bərzaniyə qarşı çıxır.

İŞİD-lə mübarizənin gözlənilənin əksinə, İraqdakı ayrışma, çəkişmə və qarşıdurmaları sürətləndirdiyi və dərinləşdiyi şəksizdir. Tarazlıqlar saxlanana qədər fərqli bölgələrdə fərqli qarşıdurma İraqdakı gündəmi müəyyən edəcək.

Baş naziri Heydər İbadi İŞİD-in tam məğlubiyyətinə qədər gündəmdə seçkinin olmadığını desə də, 2018-ci il İraq üçün seçki ilidir və bütün seqmentlər bu seçkilərə hazırlaşır.

Siyasi və hərbi rəqabət bir-birini körüklədikcə idarəolunmaz mühitin meydana gəlməsi qarşıdakı dövrdə İraqın üz-üzə qalacağı başlıca təhlükədir.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 250




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap