|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Kərəm Həsənov-Fərhad Əliyev savaşı: “timsahın göz yaşları” və “qisas qiyamətə qalmaz”
Tarix 07.08.17, 4:45 |
|
Çağdaş Azərbaycan siyasətində həm iqtidar, həm müxalifət düşərgəsinə aid xeyli sayda xəyanət nümunələri saymaq olar. Bu siyasətin islaholunmaz qaydasına çevrilib. Belə məqamlardan biri də Fərhad Əliyev-Kərəm Həsənov nümunəsidir.
Bu haqda xeyli yazılıb. Mövzuya cumhuriyyet.az olaraq yenidən qayıtmağımızın səbəbi isə Fərhad Əliyev ölkəyə qayıtdıqdan sonra sabiq nazirin qisas planının və komitə sədrinin qorxu keçirməsinin gündəmə gəlməsidir. Belə ki, mətbuatda K.Həsənov-F.Əliyev işi üzrə yeni informasiyalar meydana çıxıb. Media yazır ki, komitə sədri keçmiş nazirlə barışmaq üçün təşəbbüs göstərib: “K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münasibətlərini sahmana salmağa çalışır”. Köhnə düşmənlərin gələcək münasibətlərinin necə olacağını təxmin etmək üçün bu iki məmurun ilkin tanışlığından məlum satqınçılığa qədər olan dövrə qısa nəzər yetirmək vacibdir. Cumhuriyyet.az olaraq mediada yer alan məlumatlar əsasında həmin münasibətlərin tarixçəsini təqdim edirik;
İlkin tanışlıq
Kərəm Həsənov 1992-ci ildən xarici təşkilatların tələbi və məsləhəti ilə bütün keçmiş SSRİ respublikalarında yaradılmış formal bir qurum olan Anti-inhisar Komitəsində sıradan bir məsləhətçi işləyirdi. 90-cı illərin sonlarında o, sabiq iqtisadi inkişaf nazri Fərhad Əliyevin qardaşı, “Azpetrol” Şirkətinin rəhbəri Rafiq Əliyevlə tanış olur. Kərəm Həsənovun odlu-alovlu çıxışları Rafiq Əliyevin xoşuna gəlir.
K.Həsənov vaxtaşırı uzun illərdir işlədiyi Komitədəki əməkhaqqının azlığından, Yasamalda kirayədə yaşamasından, rayondan yardım olmasa dolanışığının çətinliyindən R.Əliyevə gileylənərək, əlverişli variant olsa həmyerli kimi onun da nəzərə alınmasını xahiş edirdi. Fərhad Əliyev Dövlət Əmlak naziri təyin olunduqdan sonra R.Əliyev qardaşından K.Həsənovu məsul bir vəzifəyə təyin etməyi xahiş edir. Qardaşının sözünü eşidən F.Əliyev K.Həsənovu qəbul edir. Onu başdan–ayağa süzdükdən sonra ilk tapşırığını verir: “Əynindəki nimdaş pal-paltarını dəyiş, məmura yaraşan tərzdə geyin…”
Kərəm Həsənov “barmaq gətirmək” üçün göndərilən yerdən “qol gətirir”
Fərhad Əliyev bu görüşdən sonra Kərəm Həsənovu sınaq müddətinə departament direktorunun müavini təyin etdi. Həmin müddətdə “barmaq gətirmək” üçün göndərdiyi yerdən Kərəm Həsənovun “qol gətirdiyini” müşahidə edən Fərhad Əliyev qardaşının zamin durduğu bu gəncdə qeyri–adi “istedad” olduğunu görür. Kərəm Həsənovla bağlı qardaşının səhv etmədiyini, onun karyera xatirinə istənilən addımı atmağa hazır bir şəxs olduğunu başa düşür. Lakin Kərəm Həsənovdakı bu “keyfiyyətin” sonradan onun özünə qarşı da çevrilə biləcəyini nəzərə almır…
Sınaq müddəti başa çatdıqdan sonra Fərhad Əliyev Kərəm Həsənovu Orta və İri Müəssisələrin Özəlləşdirilməsinin Təşkili Departamentinin direktoru təyin edir. Respublikada ən məsuliyyətli sahələrdən birinin etibar edildiyi vaxtda belə bir şəxs F.Əliyev üçün çox lazım idi. O, F.Əliyevin ona olan inamından, etimadından istifadə edib digər həmyerliləri – Anti-inhisar Komitəsində işləyən Rüstəm Şahbazovu özünə müavin təyin etdirir və beləliklə “Cəlilabad triosu” yaranır…
Fərhad Əliyev Kərən Həsənovu, o da dostlarını özəlləşdirmənin başına keçirir
K.Həsənovun canfəşanlığı və fədakarlığı Fərhad Əliyev tərəfindən qiymətləndirildi. Onun təqdimatı ilə 2000-ci ildə K.Həsənov Dövlət Əmlakı Nazirinin müavini vəzifəsinə təyin olundu. 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi yaradıldı. Yeni strukturda Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ayrıca bir komitə səlahiyyətli qurum oldu.
F.Əliyevin təqdimatı ilə onun etibarlı adamı hesab etdiyi K.Həsənov da bu departamentin direktoru təyin olundu. ƏMDK-i Sədrinin hazırki müavinləri Rüstəm Şahbazov departamentin Orta və İri Müəssisələrin Özəlləşdirilməsi İdarəsinin rəisi, Rafiq Cəlilov isə Yarımçıq Tikililərin Özəlləşdirilməsi Şöbəsinin rəisi təyin olundular. Onu da qeyd edək ki, Fərhad Əliyevə Rafiq Cəlilovun da namizədliyini qardaşı Rafiq Əliyev vermişdi…
İqtisadi İnkişaf naziri işlədiyi dövrlərdə F.Əliyev həm nazirliyin Əsasnaməsinə, həm də öz şəxsi marağına uyğun olaraq, respublikada inhisarçılığa qarşı fəal mübarizə aparırdı. Bu mübarizədə F.Əliyevlə o zaman Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyən Kəmaləddin Heydərovun və idxal-ixracda süni inhisar yaradan digər iri ranqlı məmurların mübarizəsi tam kəskinləşmişdi. F.Əliyev bir tərəfdən də müxtəlif dövlət və hökumət tədbirlərində iştirakı, digər tərəfdən xarici ölkələrə işgüzar səfərləri ilə əlaqədar K.Həsənovun rəhbərlik etdiyi departamenti demək olar ki, nəzarətsiz buraxmışdı. Bu səhvi F.Əliyevi gözləmədiyi halda uçuruma apardı…
Kərəm Həsənov və Rafiq Cəlilovun “kotyol”dan 25 500 dollar gizlətdikləri aşkarlanır
Belə ki, 02 sentyabr 2003-cü ildə Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən Mingəçevir avtomobillərə qazdoldurma stansiyasının yarımçıq tikilisinin, 0.64 ha torpaq sahəsinin və avadanlığının sənədlərdə 57 milyon 330 min manata (11466 AZN və ya 14500 ABŞ dolları) satılması ortaya çıxdı. 3 vaqona yüklənmiş qazdoldurma stansiyasının avadanlığının Azərbaycan-Gürcüstan sərhəddində gömrükçülər tərəfindən qiymətinin real olmamasına görə saxlanılması Fərhad Əliyevi çıxılmaz vəziyyətdə qoydu. O vaxt Gömrük Komitəsinin sədri işləyən Kəmaləddin Heydərov bu faktla bağlı “yuxarıya” məlumat verdi. Fərhad Əliyevdən bununla bağlı izahat tələb olundu. Sabiq nazirin araşdırmasından sonra avadanlığın faktiki 50 000 ABŞ dollarına satıldığı, 14500 ABŞ dollarının manat kursu ilə departamentin Beynəlxalq Bankdakı hesabına ödənildiyi müəyyənləşdi. Bu alış-verişdən “ümumi kotyol”a 10 000 ABŞ dollarının daxil olduğu, qalan 25 500 ABŞ dollarının isə Kərəm Həsənovla dostu Rafiq Cəlilov arasında “itdiyi” müəyyən olundu.
Fərhad Əliyevin Kərəm Həsənova etimadı itir, onu yoxlamağa komissiya göndərir
Fərhad Əliyev Kərəm Həsənovu kabinetinə çağırıb izahat tələb etdi. Onlardan başqa kabinetdə olan şəxsin sonralar ətrafına dediyinə görə, Fərhad Əliyev K.Həsənova hər ay 20 min ABŞ dolları “paket” verdiyini, bunun məgər ona bəs etmədiyini, nə üçün ona kələk gəldiyini soruşub. Kərəm Həsənov isə bu faktı qətiyyətlə boynundan ataraq, alqı-satqı müqaviləsindən, özü imzaladığı şəhadətnamədən xəbərsiz olduğunu bildirib.
Kərəm Həsənovu həmin vaxt F.Əliyev deyil, hazırda müavini olan Rafiq Cəlilov qurtarır. Belə ki, həmin vaxt Rafiq Cəlilov “jest” edərək bu işi tək gördüyünü, K.Həsənovun bundan xəbərsiz olduğunu bildirir. Sonra da qalıq məbləği “kotyol”a ödəyərək, ərizə yazıb öz xahişi ilə işdən azad olunur.
Ancaq təbii ki, bu hadisədən sonra Fərhad Əliyevin Kərəm Həsənova etimadı azalır. F.Əliyev şəxsi araşdırmadan sonra K.Həsənovun müştərək müəssisələrdən topladığı rüblük vəsaitlə “kotyol”a daxil olma arasında da ciddi fərq olduğunu müəyyən edir. O, K.Həsənovun rəhbərlik etdiyi Departamentin fəaliyyətini, aylıq dövriyyənin məbləğini, vətəndaşların özəlləşdirmədən narazılığının səbəblərini araşdırmaq üçün İİN-nin kadrlar şöbəsinin müdiri Arif Abdullayevin rəhbərliyi ilə komissiya göndərir.
Faiq Məlikov sonradan “şapka”sız özəlləşdirilən obyektlərdən “haqq” yığır
Yoxlama gedən vaxt K.Həsənova Departamentə gəlmək qadağan olunur. Onun tünd şüşəli, qara rəngli Qaz-31 markalı xidməti avtomobili arxa qapıdan həyətə boş gəlib, boş gedirdi. Artıq əməkdaşlar da onun fəaliyyətinin dayandırıldığını güman edirdilər. Komissiya işlədiyi müddətdə vətəndaşların haqlı şikayət və tələbləri diqqətlə araşdırıldı, özəlləşdirilən obyekt, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələrindən “şapka” alınmadı.
Lakin elə burdaca bir haşiyə çıxaraq qeyd edək ki, sonradan K.Həsənov bu “şapka”sız özəlləşdirilən obyektlərdən də “haqqını” yığdı. Belə ki, onun tapşırığı ilə həmin dövrdə Bakı şəhəri üzrə Kiçik Özəlləşdirmənin Təşkili Şöbəsinin müdiri işləmiş Faiq Məlikov mülkiyyət sahiblərindən komissiyanın fəaliyyəti dövründə özəlləşdirdiyi əmlakın “şirinliyini” və ya “şapka”sını tələb edərək alırdı. Təbii ki, gətirib K.Həsənova çatdırdı. Sonralar onun bu “fədakarlığı” və “riskli” əməyi K.Həsənov tərəfindən qiymətləndirildi. Faiq Məlikov İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə direktor təyin olundu.
Yoxlamadan sonra Kərəm Həsənovun səlahiyyət çərçivəsi məhdudlaşdırılır
Yoxlama başa çatdıqdan – təxminən bir aydan sonra K.Həsənov yenidən departamentdə göründü. Lakin onun səlahiyyət çərçivəsi məhdudlaşdırılmışdı. Yeni müavin Maarif Qurbanov kiçik özəlləşdirmə, torpaq və icarəyə aid sənədləri, Rüstəm Şahbazov ASC-lərə aid və maliyyə sənədlərini, Mehman Rzayev isə investisiya müsabiqəsinə aid sənədləri imzalayırdılar. K.Həsənov əvvəllər özü imzaladığı mülkiyyət haqqında şəhadətnamələrin təkrar alqı-satqıdan sonra M.Qurbanov tərəfindən imzalanmasına qısqanclıqla mane olurdu. Əməkdaşlar və mülk almaq arzusunda olmaq istəyən şəxslər dəfələrlə onlar arasındakı mübahisənin şahidi olmuşdular.
Bu mübahisələrin nəticəsi cəmi 6-7 ay müavin işləmiş M.Qurbanov üçün ağır nəticələndi. K.Həsənovun sifarişi və israrlı tələbi ilə M.Qurbanov Fərhad Əliyevlə birlikdə həbsə alındı və uzun müddət həbsxanada cəza çəkməyə məhkum edildi. Qəribə də olsa, K.Həsənovun əvvəllər imzaladığı özəlləşdirmə sənədlərini eyni təlimata əsasən M.Qurbanov da imzalamağına baxmayaraq, biri komitə sədri vəzifəsində işləyir, digəri cəza çəkir!…
Digər müavin, həmin dövrdə bir neçə ayı çıxmaq şərti ilə hər ay 10 min dollar “paket” maaşı alan Rüstəm Şahbazov isə F.Əliyev tərəfindən verilən tapşırıqların icrasını bacardığı qədər vaxt uzatmaqla həll etməyə çalışırdı. Rüstəm Şahbazovun o dövr Həsənovun yanında yer alması sonradan onun I müavin təyin olunmasına gətirib çıxardı.
Fərhad Əliyev toplantıda “Kərəm Həsənov, özünü yığışdır!” deyə xəbərdarlıq edir
Yoxlamadan sonra F.Əliyevin K.Həsənova olan bütün etimadı itmişdi. O da bunu başa düşərək, F.Əliyevə düşmən münasibət bəsləyən hakimiyyətdaxili qruplaşmalarla əməkdaşlığa başlamışdı. K.Həsənovun başqa qruplaşmaya yaxınlaşdığını eşidən F.Əliyev İİN-nin rəhbər işçiləri ilə olan toplantıda K.Həsənovu ayağa qaldıraraq, ona “özünü yığışdır” deyə yenidən xəbərdarlıq etdi. Hətta növbəti kollegiya iclaslarının birində xüsusi ironiya ilə “dur sən danış görək nə deyəcəksən” deyib onun çıxışına qulaq asmayaraq, müavini M.Cabbarovla ucadan söhbət etdi.
Kərəm Həsənov rəqib qrupla birləşərək Fərhad Əliyevin “quyusunu” qazır
Artıq əməkdaşlar K.Həsənov erasının bitdiyini güman edirdilər. Ancaq K.Həsənov gizlində görüşdüyü yaxınlarına hər şeyin yaxşı olacağını, səbrli olmalarını, bir qədər gözləmələrini tapşırdı. F.Əliyev isə onun yerini bərkitdiyini, kimə güvəndiyini başa düşmüşdü. K.Həsənov boş dayanmamışdı, F.Əliyevin “quyusunu” qazmaqla məşğuldu. Onunla bağl hazırlanan gizli dosyedə əsas şahid kimi rəqib qruplaşmanın bütün təlimatlarını yerinə yetirirdi.
Bunun üçün F.Əliyevlə bağlı bütün bildiklərini bir qədər də şişirdərək və siyasiləşdirərək “yuxarılara” çatdırırdı. Məsələn, həmin vaxtlar F.Əliyev sahibkar Əli Evsenlə birlikdə “Elit” ticarət mərkəzinin yaxınlığında, iri torpaq sahəsində yerləşən “Bakışəhərtikintimexanikləşdirmə” ASC-nin, həmçinin 1,2,3 №-li Evtikmə kombinatlarının, “Bakı Dəmir Beton-8” ASC-nin və həmin ətrafda digər özəlləşdirilmiş müəssisələrin yerində yeni ailə qurmaq istəyən gənclərə simvolik kredit faizi ilə, uzun müddətə satılmaq üçün 10-cu mikrorayon salmaq niyyətində idi. Onun bu ideyasının K.Həsənov tərəfindən başqa formada “yuxarıya” ötürüldüyü məlum olmuşdu. Belə təqdim olunmuşdu ki, bununla F.Əliyev özü üçün siyasi kapital toplamağı düşünür…
Fərhad Əliyevin həbsi, Kərəm Həsənovun yüksəlişi
Bundan əlavə K.Həsənov tərəfindən F.Əliyevin ona məlum olan planları, qohum-əqrabasının, dostlarının adına özəlləşdirdiyi obyektlər, torpaq sahələri, ASC-lərdəki səhm paketləri haqqında məlumatlar həm rəqib qruplaşmaya, həm Prezident Administrasiyasına, həm də mətbuata ötürüldü. Hətta F.Əliyevin əmlakının siyahısını belə hazırlayaraq mətbutda dərc etdirdi. Həsənovun əsas rol aldığı bu kampaniyanın nəticəsi olaraq F.Əliyev həbs olundu. K.Həsənov üçün isə çoxdan arzuladığı, həsrətində olduğu yeni bir yüksəliş yolu açıldı…
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu günə qədər vəzifədə qalmasını mənəvi cəhətdən həmyerlisinə borcludur. İqtidar rəhbərliyi məhz komitə sədrinin illər əvvəl göstərdiyi xidmətə görə mükafatlandırıb və vəzifədə saxlayıb. Hakimiyyət bu yaxşılıqları əsla unutmur, di gəl ki, haçansa K.Həsənovun hökumətə arxa çevirəcəyinə də güman edir. Əslində, həmyerlisinə xəyanət etmiş bir şəxsə hakimiyyət daxilində müsbət münasibət yoxdur. Sadəcə, hakimiyyətin idarə olunması prosesində belə lazımdır..
K.Həsənov bu gün də həmyerlisi, həbs həyatı yaşamış keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə etdiklərinə görə daxilən əzab çəkir. Amma bunu “timsahın göz yaşları” adlandırmaq olar. Komitə sədri onun bir zamanlar əlindən tutub karyera pilləsində yüksəldən həmyerlisi olan naziri istintaqda ələ verir, dost əlini uzatmış F.Əliyevin biləyindən kəsir.
“Onu bağışlamaq olarmı?”
Komitə sədrinin F.Əliyevə etdiklərinin MTN şefi Eldar Mahmudov işində də təkrarlaması istisna edilmir. Bir müddət əvvəl MTN işi ilə bağlı “quyruğu qapı arasında qalmış”, Mahmudov-Çovdarov bandası ilə işbirliyi de-şifrə olmuş, barəsində ifaşedici materiallar yayımlanmış K.Həsənov vəziyyətdən sivişib çıxmağa müvəffəq oldu. Hətta mətbuata da minnətçi düşən və media emissarlarının hesabına təşkil etdiyi kampaniya ilə Mahmudov-Həsənov əlbirliyini ört-basdır etməyə çalışan komitə sədri kim bilir ki, istintaqa nələr açıqlayıb. Elə bu iş üzrə Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovu qurban verən Kərəm Həsənov üçün bir həyat kredosu var – silahdaşlarını, ona dəstək verənlər ən dar anda ələ vermək olar, təki kreslosunu itirməsin…Hər halda faktlar bunu deməyə əsas verir.
K.Həsənov vəzifədən çıxarılmaq qorxusu qarşısında köhnə düşmənçiliklərdən yaxa qurtarmaq üçün F.Əliyev və onun qardaşı Rafiq Əliyevlə münasibətlərini sahmana salmağa çalışır. Komitə rəhbəri ümid edir ki, vəzifəsindən gedəcəyi halda sabiqlərin Cəlilabad qruplaşması yaratmaq olar. Cəlilabadda da K.Həsənova F.Əliyevi satmış biri kimi baxırlar. Yəni, iqtidarla Cəlilabad camaatının komitə sədrinə münasibəti adekvatdır. O baxımdan K.Həsənov öz reputasiyasını bərpa etmək, günahlarını yumaq və bağışlanmaq arzusundadır. Yalnız bu məqamda da K.Həsənov öz məqsədlərini güdür. Əliyev qardaşlarının isə onu əfv edəcəyi ağlabatan deyil. Digər tərəfdən, Əliyev qardaşları olanları unutmayıblar və yaşadıqları onlara həyat dərsi olub.
Hakimiyyət isə K.Həsənovun həmyerlisinə qarşı etdiyi hərəkəti əsla yadından çıxarmayıb. Siyasi komandanın yenilənməsi və refreş olunması çərçivəsində komitədə sədr dəyişikliyi gözləniləndir. Əgər ƏMDK-nə yeni rəhbər gətirilərsə, F.Əliyevin “vurulmuş” K.Həsənovdan intiqam alacağı da son dərəcə mümkündür.
Xəbərin oxunma sayı : 4408
Gündəm
Xəbərlər
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
-
Yenidən qurulan Qarabağdan son görüntülər - VİDEO
-
Başlıbel qətliamından 31 il ötür
-
Bu gün instaqramda olanlar - Fotolar
-
“Real“dan zəng gələndə iki dəfə fikirləşmədim“ - Cud Bellingem
-
“Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik” - Hakan Fidan
-
Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA
-
Bayden Trampı geridə qoydu - SORĞU
-
Urmiya gölünün son peyk görüntüsü - FOTO
-
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən açıqlama - VİDEO
-
Pakistanda güclü yağışlar: Ölənlərin sayı 65-ə çatıb
TOP 10
ARXİV