Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Nəvənin maşın kolleksiyası: “Niva”dan tutmuş “Bentley”ə qədər

Tarix 07.08.17, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun 23 yaşlı nəvəsi Nail Allahverdiyevin ötən həftə törətdiyi dəhşətli avtoqəzadan sonra məmurlar və onların ailə üzvləri mövzusu yenidən bir nömrəli ictimai müzakirə mövzusuna çevrilib. Çünki bu, adi, ehtiyatsızlıqdan törədilmiş avtomobil qəzası deyildi və yüksək vəzifəli məmurun orta məktəb skamyasının arxasından duran kimi sürətlə milyonçuya çevrilən, çoxsaylı superkarlardan ibarət kolleksiyaya malik olan ailə üzvünün başgicəlləndirici sərvətin təsiri ilə harınlamasından doğan hadisə idi.

Virtualaz.org qeyd edir ki, mətbuat növbəti dəfə yüksək vəzifəli məmurun ailə üzvlərinin dəbdəbəli həyat tərzini nümayiş etdirmək üçün uzağa gedəsi olmayıb. Çünki digər məmur övladları kimi Nail Allahverdiyev də özünün dəbdəbəli həyat tərzini sosial şəbəkələrdə geniş reklam edirdi. Və bu gəncin İnstagram, Facebook hesablarında onun ümumi dəyəri milyonlarla hesablana biləcək çoxsaylı avtomobillərdən ibarət kolleksiyasına dair çoxsaylı fotolar yer alırdı.



Həmin fotolara əsasən bu gəncin kolleksiyasında son vaxtlar Bakı “avtoş”ları arasında dəbdə olan “Niva”dan tutmuş (sovet avtomobil sənayesinin bu məşhur yolsuzluq modelinin konstuksyasında müəyyən dəyişiklik edən avtoxuliqanların Bakı küçələrində onunla hansı təhlükəli manevrlər etməsinə dair çoxsaylı görüntülərə internetdə rast gəlmək olar ) “Bentley”ə qədər ən müxtəlif modellərdən avtomobillər var. Üstəlik belə məlum olur ki, nəvə bəzən eyni modeldən ağ və qara rəngli iki avtomobilə malikdir.

Məsələn, onun kolleksiyasında ötən həftə qəzada darmadağın olan və yanan 10 PP 203 dövlət nömrə nişanlı, qara rəngli, tüninq olunmuş “Mercedes Gelandewagen”lə yanaşı eyni modeldən, 10 HH 203 dövlət nömrə nişanlı ağ avtomobil də var. Lakin sosial şəbəkələrdə yayılan görüntülərə əsasən həmin ağ rəngli, 10 HH 203 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” də nə vaxtsa qəzaya uğrayıb, arxası üstə aşıb. Görünür nəvə arxası üstə aşan həmin avtomobili daha sürmək istəməyib və biz kadrlarda onun kolleksiyasında ağ rəngli, bu dəfə 10 VV 003 dövlət nömrə nişanlı başqa “Mercedes Gelandewagen” görürük.



Yaxud gənc milyonçu tünd qara rəngli, 10 YY 203 dövlət nömrə nişanlı “Porshe Cayanne” avtomobilinə malikdir. Lakin bu, nəvəyə həmin modeldən, bu dəfə 10 MM 203 dövlət nömrə nişanlı, ağ rəngli ikinci avtomobilə də sahib olmağa maneə yaratmayıb.

Eləcə də biz nəvənin kolleksiyasında dövlət nömrə nişanı 10 VV 203 olan “Audi Q7” markalı cipi görürük. Həmin kadrda Nail Allahverdiyev 99 AL 398 nömrə nişanlı “Bentley” avtomobilinin sükanı arxasındadır. Yaxud kadrlara əsasən nəvənin kolleksiyasında 10 00 014 dövlət nömrə nişanlı “Mercedes McLaren” sürət avtomobilini və 10 OO 203 dövlət nömrə nişanlı “Niva”nı da görə bilərik. Başqa sözlə, fotolar da təsdiq edir ki, “203” Nail Allahverdiyev tərəfindən “özəlləşdirilib” və nəvənin kolleksiyasındakı avtomobillərin əksəriyyətinin dövlət nömrə nişanı həmin rəqəmlə bitir.

Törətdiyi əmələ görə artıq həbs edilmiş Nail Allahverdiyevin kolleksiyasındakı bu avtomobillərə xərclənən sərvət haradandır? Bu suala cavab tapmaq üçün çox baş sındırmağa ehtiyac yoxdur, qaçqın və məcburi köçkünlərin ehtiyacı üçün büdcədən ayrılan vəsaitlərin necə xərclənməsinə nəzər salmaq kifayət edər...














Xəbərin oxunma sayı : 1552




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap