Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Korlanmış Tacikistan-İran münasibətləri: Ər-Riyad durumdan yararlanmağa can atır – Təhlil

Tarix 08.08.17, 4:47

Font ölçüsü : - / +
bitmap-img6


Aydın Mehdiyev

pravda.ru, 07.08.2017


2017-ci il avqustun 5-də Tehranda ikinci müddətə sseçilmiş prezident Həsən Ruhaninin andiçmə mərasimi olub. Mərasimə dünyanın 92 ölkəsindən hörmətli qonaqlar qatılıb, lakin Tacikistan prezidenti İmomali Rahmon onların içində yox idi. Bu, Tehran-Düşənbə münsibətlərində 2013-cü ildən müşahidə olunan soyuqluqla bağlı idi. İkitərəfli münasibətlərdəki böhran nədən doğub?

Düşənbənin aprıcı KİV-lərinin qeyd etdiyi kimi, İmomali Rahmonun tapşırığı ilə Tehran andiçmə mərasiminə gəlmiş Taciksitan enregetika və su ehtiyatları naziri Usmonali Usmonzoda ikitərəfli münasibətlərin böhrandan çıxması yolunu tapmaq üçün iranlı həmkarları ilə danışıqlar aparıb.

Taciksitanın keçmiş İran səfiri Ramazon Mizoyevin sözlərinə görə, Düşənbə və Tehran münasibətləri tam həcmdə bərpa etmək üçün mübahisəli problemlər üzrə güzəştlər tapa bilər.

Diqqətçəkəndir ki, iki ölkə liderinin son görüşü 2014-cü ilin sentyabrında İran prezidenti Həsən Ruhani Düşənbə səfərində tacik həmkarı İmomali Rahmonla hökumətlərarası sazişlər zərfi imzalayarkən baş tutub. Lakin bu səfər 2013-cü ilin dekabrında baş vermiş xoşagəlməz hadisə ilə təlx olub – Tacikistan hökuməti ilə korrupsiya əlaqələrində ittiham edilən iranlı biznesmen Babək Zəncani həbs edilərək sonradan ölüm cəzasına məhkum ediləndə. İran məhkəməsi iddia edib ki, Zəncani İran neft nazirliyindən oğurladığı iki milyad dolları Tacikistan Milli Bankına ödəyib.  

Lakin rəsmi Düşənbə Tehranın bu ittihamnı rədd edərək iranlı oliqarxla korrupsiya əlaqəsi imkanını inkar edib.

Düşənbə-Tehran münasibətləri 2015-ci ildə daha bir faktla korlanıb: İmomali Rahmon terrorçu təşkilat kimi tanınmış İslam Dirçəliş Partiyasının fəaliyyətini yasaqlayıb.

İran hökuməti Düşənbəyə pislik etmək üçün artıq yasaqlanmış partiyanın lideri Muhiddin Kəbirini Tehrana “İslam birliyi” adlı konfransa dəvət edib. Rəsmi Düşənbə qəzəbə gəlmiş tacik islamçının İran islam inqilabının ruhani lideri Əli Xamenei tərəfindən şəxsən qəbul edilməsindən şoka düşüb. Tacikistan XİN bununla bağlı İranın Düşənbə səfirliyinə etiraz notası göndərib.

İki paytaxt arasındakı siyasi böhran biznesdə də əksini tapıb.  İmomali Rahmon tezliklə İrandan idxalı məhydudlaşdırıb: Tacikistanda İran şirkətlərinin filialları dalbadal bağlanmağa başalyıb, Düşənbə aeroportunda isə İran vətəndaşlarına güzəştli şərtlərlə viza verməyi dayandırıblar.

Tacikistan nəqliyyat nazirliyi İranı bunda ittiham edib ki, Çin-Qırğızıstan-Tacikistan-Əfqanıstan dəmiryol magistralının inşası üzrə layihəyə təmənnasız əsasda bir milyon dollar yatırmaq haqda vədini yerinə yetirməyib.

2017-ci ilin aprelində Mərkəzi Asiya ölkələri üzrə turneyə çıxmış İran xarici işlər naziri Məhəmməd Cavad Zərif qrafik sıxlığına isnadla  Düşənbəyə səfərdən nümayişkaranə şəkildə imtina edib. Baş verənləri İran XİN mətbuat xidmətində dumanlı şəkildə izah ediblər: “İran xarici işlər nazirinin Tacikistan daxil olmaqla Mərkəzi Asiya ölkələrinə planlaşdırılan səfəri gündəlikdədir və müəyyən edilmiş vaxtda həyata keçiriləcək”.

İkitərəfli münasibətlərin soyumasının daha bir nişanəsi Tehranın Tacikistandakı İranın bölgə təmsilçiliyini bağlamaq qərarı olub. Düşənbə öz növbəsində İranın İmam Xomeyni “İmdad” xeyriyyə komitəsi filialının fəaliyyətini qadağan edib.

İran 2017-ci Tacikistan iqtisadiyyatına yatırımı ildə praktik olaraq dayandırıb, iki ölkə arasında mal dövriyyəsi isə iki dəfədən çox azalıb: 2013-cü ildəki 290 milyon dollardan 2016-cı ildəki 115 milyon dollara qədər.

İranın Mərkəzi Asiyada nüfuzunu nəyin bahasına olur-olsun zəiflətməyə çalışan Səudiyyə Ərəbistanı Düşənbə-Tehran münasibətlərinin mürəkkəbləşməsindən istifadə etməyi qərara alıb. Ər-Riyad İmomali Rahmona Roqun SES-in inşasını başa çatdırmaq üçün Düşənbəyə uzunmüddətli kredit verməyə hazır olduğunu bildirib, həmçinin yeni məktəblərin inşası üçün Tacikistana 35 milyon dollar həcmində qrant ayırıb.

Bununla belə, ekspertlər hesab edirlər ki, İran və Tacikistan arasında indiki mürəkkəbləşmə müvəqqəti xarakter daşıyır. Tehranda ümidlərini ifadə edirlər ki, ŞƏT-in ən yaxın sammitində İranın bu bölgəsəl təşkilata daxil olması məsələsində səsvermə zamanı Tacikistan veto hüququndan istifadə etməyəcək.

İranda hesab olunduğu kimi, Tehranın ŞƏT-ə girməyində Düşənbənin “yaşıl işığı” ikitərəfli münasibətlərin tam normallaşmasını ifadə edən xeyirxah jest olardı.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 352




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap