Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Kreml Milli Şuranı “Oğuzeli” ilə əvəzlədi? - Fotolar

Tarix 09.08.17, 16:44

Font ölçüsü : - / +
bitmap-img6


Cəmil Həsənli Moskvada nə axtarır?

Rusiyadakı Azərbaycan diasporunun bir qrup təmsilçisi “Oğuzeli” adlı təşkilat təsis edib.

Yenicag.Az xəbər verir ki, Milli Şuranın sədri Cəmil Həsənlinin “Oğuzeli” təşkilatının təsis toplantısına qonaq qismində dəvət olunması Kremlin Azərbaycanla bağlı ciddi siyasi planlarının həyata keçirilməsində bu təşkilatdan istifadə edəcəyini söyləməyə əsas yaradır.



Cəmil Həsənlinin Moskvaya gedərək “Oğuzeli” təşkilatının təsisçiləri ilə bir araya gəlməsi Kremlin 2013-cü ildə formalaşdırdığı Milli Şuranın 2018-ci il prezident seçkiləri ərəfəsində “ölü nöqtə”dən çıxarılmasına cəhd kimi qiymətləndirilə bilər.

Açıq görünür ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) dövlət qeydiyyatının ləğvindən sonra Rusiyadakı Azərbaycan diasporunun pərakəndə vəziyyətə düşməsi Milli Şurada toplananların diqqətini şimala yönəldib.

Milli Şura sədrinin Rusiyaya şəxsən yollanmasının əsas səbəblərindən biri də yəqin ki, təşkilatın fəaliyyəti üçün xaricdən ayrılan vəsaitlərin ötürüldüyü Gürcüstan “tranzit kanalı”nın bağlanmasından sonra yeni “iqtisadi baza”nı məhz Rusiyada formalaşdırmaq cəhdidir.

Yəqin, Rusiyadakı Azərbaycan diasporunun indiki durumu Həsənlini oradakı soydaşlarımız vasitəsilə Milli Şuranın iqtisadi dayaqlarını formalaşdırmağın mümkünlüyünə inandırıb.



Lakin əlbəttə ki, Həsənlinin Moskvaya səfəri qeyd olunan səbəblə məhdudlaşmır. Milli Şuranın 2013-cü il prezident seçkilərinə cəmi bir neçə ay qalmış məhz Kreml ideoloqlarının pərdəarxası iştirakı ilə yaradıldığı siyasi aksiomdur.

Bu iddia 4 il əvvəl Milli Şuraya qoşulan və özlərini “milli-demokratik” düşərgəyə aid edən siyasətçilər tərəfindən də inkar olunmur. O baxımdan, Həsənlinin Moskvada “Oğuzeli”nin formal təsisçiləri ilə bir sırada dayanması bəzi dairələrin 2018-ci il prezident seçkilərinə yönəlik Azərbaycana ilk ciddi mesajı da sayıla bilər.

Görünən budur ki, Həsənli və onun Milli Şuradakı həmfikirləri 4 il əvvəl olduğu kimi, Rusiyanın bəzi qaranlıq dairələrinin Azərbaycandakı 2018-ci il prezident seçkiləri ilə bağlı hazırladığı plan(lar)ın icrasında iştiraka artıq razılıq veriblər.



Yeri gəlmişkən, 2006-cı ildə deputat mandatı alınaraq həbs olunan, azadlığa buraxıldıqdan sonra isə mühacirətə yollanaraq, qatı müxalifətçiyə çevrilən sabiq deputat Hüseyn Abdullayevin yaratdığı təşkilatın adı da “Oğuz eli” idi…

Təsadüfdürmü?




Xəbərin oxunma sayı : 724




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap