Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Türk Şurasının zirvə toplantısı Bişkekdə keçiriləcək” – Numan Kurtulmuş

Tarix 10.08.17, 3:47

Font ölçüsü : - / +
bitmap-img6


Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin dövlət başçılarının zirvə toplantısı yaxın gələcəkdə Bişkekdə keçiriləcək.

Bunu APA-nın Türkiyə bürosunun sualına cavabında Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş deyib. Xatırladaq ki, keçən il Bişkekdə keçirilməsi planlaşdırılan zirvə toplantısı Türkiyə ilə Qırğızıstan arasındakı soyuqluğa görə baş tutmamışdı.

“Qırğızıstanın baş naziri ilə bizim baş nazirimiz arasında dünən Ankarada keçirilən rəsmi görüşdə bu məsələ müzakirə edildi. İnşallah, ən yaxın gələcəkdə Qırğızıstanın paytaxtı Bişkekdə Türk Şurası dövlət başçılarının zirvə toplantısı keçiriləcək”, – deyə N. Kurtulmuş söyləyib.

2016-cı ildə Rusiyanın boykotu ilə əlaqədar Türkiyə turizminin məruz qaldığı təxminən 2 milyard dollarlıq zərərin kompensasiya edilib-edilmədiyi barədə sualı nazir belə cavablandırıb: “Bilirsiniz ki, qısa müddət əvvəl Antalyada turizmçilərlə toplantı keçirdik. Orada gördük ki, bu il Rusiyadan Türkiyəyə gələn turistlərin sayında 571% artım var. Köhnə səviyyəsinə hələ gəlməsə də, vəziyyət düzəlməyə doğru gedir, sürətlə düzələcək. Builki düzəlmə gələcəkdə daha sürətlə yolumuza davam etməyə səbəb olacaq”.



Xəbərin oxunma sayı : 145




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap