Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Avronun sürətlə bahalaşmasının “sirri”

Tarix 10.08.17, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


“Əslində normal üzən məzənnə olsaydı, paralel olaraq dollar ucuzlaşmalı idi”

Son bir neçə ayda ölkədə avronun dəyəri sürətlə bahalaşmağa başlayıb. Məsələn, əgər aprel ayında Mərkəzi Bankın mzənnəsi ilə 1 avro almaq üçün 1.80 manat ödəmək lazım gəlirdisə, indi 1.9965 manat ödəmək lazım gəlir. Hətta bəzi banklarda qiymət 2.02 manata qədər çatır. Beləliklə, ekspertlərin rəyinə görə avro manatın qarşısında 12 faizə qədər bahalaşıb.

Bir çox iqtisadçılar Avropa pulunun bahalaşması avrozona ölkələrinin iqtisadi göstəricilərinin yaxşılaşması və eləcə də ABŞ ixracatını artırmağa çalışan Ağ Evin dolların ucuzlaşmasını hədəfləməsi ilə bağlayır. İqtisadçı Vüqar Bayramov bu haqda sosial şəbəkədə öz şərhini bildirib:“Dollar yalnız avroya nisbətən deyil, digər əksər aparıcı valyutalara nisbətən də dəyər itirməkdədir. Bu ilin ikinci rübü İspaniya daxil olmaqla əksər avrozona dövlətləri üçün nikbin sonluqlarla yekunlaşıb. 0.9 faizlik artım ilə İspaniya böhrandan əvvəlki vəziyyətinə qayıtmaqdadır. Fransadakı son prezident seçkilərindən sonra Avropa Birliyi daha möhkəm təsir bağışlayır ki, bu da avronun xeyrinə işləyən faktorlardandır. Bu həftə avrozonada infilyasiya daxil olmaqla bir neçə əsas göstəricilər elan ediləcək. Əgər bu göstəricilər də birlik iqtisadiyyatına pozitiv notlar əlavə edəcəkəsə o zaman avronun möhkəmlənməsi davam edə bilər”.

natiq_3478576714855055471485771738

İqtisadçı Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlama verərək bildirib ki, avronun bahalaşması dollar məzənnəsi ilə bağlıdır:“Son zamanlarda avronun dolların qarşısında bahalaşmasını müşahidə edirik. Cəmi 2-3 ay öncə bir dollar 10 sent 1 avroya bərabər idisə, bu gün artıq 1 dollar 18 sent 1 avroya bərabərdir. Azərbaycanda da Mərkəzi Bankla hökumət əsas dollar məzənnəsinə nəzarət edir. Valyuta kimi əsas dollar qəbul edilir. Dolları sabit saxlayıb əvəzində yaranan fərqə görə avro məzənnəsinin bahalaşmasını seçdilər. Əslində normal üzən məzənnə olsaydı, paralel olaraq dollar da ucuzlaşmalı idi və bu zaman avro bu qədər bahalaşmazdı. Amma bizdə inzibati və idarə olunan məzənnə prinsipi olduğuna görə, Mərkəzi Bankın dediyinə əksinə olaraq o zaman dolların məzənnəsini ucuz, sabit saxlayıblar, 1,07 civarındadır və demək olar ki, dəyişmir. Amma bunun qarşılığında avronun məzənnəsində dəyişiklik oldu. Təqribən son həftələrdə avronun manat qarşısında 12-13 faizə yaxın bahalaşmasını gördük. Bu da qeyd etdiyim kimi, dünyada baş verən proseslərin Azərbaycanda ”azərbaycansayağı” tədbirindən irəli gəlir”.

Natiq Cəfərli dünyada dolların zəifləməsi səbəblərini də şərh edib:“Ümumilikdə götürdükdə dünyada dolların ucuzlaşmasının əsas səbəbi Amerikadakı siyasi vəziyyətlə bağlıdır. Yəni Tramp administrasiyasında istefalar, Trampa qarşı prokurorluğun təyin olunması və araşdırmalar davam etməsi, seçki prosesi və sairədir. Həmçinin Trampın verdiyi vədlər var idi, hansı ki, ilk aylarda 300 milyard dollara yaxın yeni investisiya layihələrin həyata keçirilməsi idi və bunların da heç biri baş vermədi. Və bu da dolların zəifləməsinə səbəb oldu. Çox böyük ehtimalla bu vəziyyət Federal Ehtiyat Sisteminin sentyabr ayında keçiriləcək toplantısına qədər davam edəcək”.




Xəbərin oxunma sayı : 187




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap