Bu gün Barışla Sanqu Bakıya gəlir “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad Aygünün toy tarixi açıqlandı Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir
Axtar
 
  • / Maqazin / — 13 Dekabr 2017

    Bu gün Barışla Sanqu Bakıya gəlir

  • / Maqazin / — 09 Dekabr 2017

    “Elektrik və su pulumu ödəsəm bəsimdir” - Murad

  • / Maqazin / — 09 Dekabr 2017

    Aygünün toy tarixi açıqlandı

  • / Maqazin / — 09 Dekabr 2017

    Gülbeni ölümlə hədələdiyi üçün keçmiş ərini 5 ilədək həbs gözləyir

  • / Maqazin / — 30 Noyabr 2017

    Tarkan həyat yoldaşını klipinə çəkəcək

  • / Maqazin / — 28 Noyabr 2017

    Emin Ağalarovun anası ilə bu görüntüsü rekord qırır - Video

Yevlaxda xəstəxana ağır xəstəni qəbul etmədi: “Bizim rayondan deyilsən”

Tarix 11.08.17, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


Şəkidən Yevlaxa qonaq gedən vətəndaşın vəziyyəti qəfildən pisləşib. Onu xəstəxanaya aprasalar da Yevlax rayon Ailə Sağlamlığı Mərkəzində xəstəni qəbul etməyiblər. Səbəb kimi isə onun başqa rayonda qeydiyyatda olmasını göstəriblər. Ağır vəziyyətdə olan xəstəni başqa rayona aparılmasını məsləhət görüblər.

Xəstənin yaxınları bu barədə "XəzərXəbər”ə müraciət edib. Onlar hətta baş verən bu hadisənin videosunda göndəriblər.

Yaxınlarının iddiasına görə, hadisə ötən gün axşam saatlarında Yevlax rayonunda baş verib. 22 yaşlı Şəki sakini Əmrah Əşirli dayısı evinə qonaq gəlib. Bir müddət sonra gənc oğlanın börəyindən kəskin sancı tutub. Qohumları onu dərhal Yevlax rayon Mərkəzi Xəstəxanasına aparıblar. Kadrlardan da göründüyü kimi, xəstə ağrı içində qıvrılır. Əlacsız qalan qohumları isə xəstəxananın qarşısında vurnuxurlar.

Çəkilişi edən xəstənin yaxını içəri daxil olduqda isə xəstəxananın əməkdaşları gizlənməyə cəhd edirlər.

Qohumları həkimin ilkin yardımından sonra başqa xəstəxanaya aparacaqlarını desələr də, bir həkim belə xəstəyə yaxın durmayıb.

Xəstəxanadan bildiriblər ki, Əmrah Əşirlini Mingəçevir şəhər xəstəxanasına aparsınlar. Xəstənin dayısı xəstəxanadan təcili yardım maşını istəsə də, onlar buna da məhəl qoymayıblar.

Bu səbəbdən kəskin ağrılar içində olan Əmrah Əşirlini qohumları Ağdamın Quzanlı xəstəxanasına aparıblar. Orda ilkin yardım edilib, hazırda vəziyyəti normaldır.

Xəstə yaxınlarının dediklərinə inansaq, Yevlax Mərkəzi Xəstəxanasının münasibətindən belə çıxır ki, hər kəs yalnız qeydiyyatda olduğu rayonda xəstələnməlidir. Xəstəxanadan isə yalnız bu məlumatı veriblər ki, xəstəxana Səhiyyə Nazirliyinin deyil, İcbari Tibbi Sığorta Agentliyin tabeliyindədir. Adı çəkilən qurumdan ``Xəzər Xəbər``ə bildiriblər ki, məsələ ilə bağlı yalnız bazar ertəsi açıqlama verə bilərlər. Halbuki elə bu gün də iş günü idi. 







Xəbərin oxunma sayı : 154

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda