Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur “Maşın” şoudan MTRŞ-yə cavab
Axtar
 
  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

  • / Maqazin / — 14 Oktyabr 2017

    Maral Tahirqızı həbsdən azad olundu

Suriyada terror aktı törədildi: 25 hərbçi həlak oldu

Tarix 12.08.17, 18:53

Font ölçüsü : - / +
bitmap-img6


Suriyanın cənubunda Deraa vilayətində hərbiçilərin təlim düşərgəsinə intihar hücumu olub.

Türkiyə mətbuatı xəbər verir ki, hücum zamanı 25 nəfər hərbçi ölüb və 40 nəfər yaralanıb. Dünən gecə baş verərən hücumun İŞİD silahlıları tərəfindən törədildiyi ehtimal edilir. Deraa vilayətinin Nəsib bölgəsinin fəallarından olan Əbül Müsənna Əl-Xalidinin verdiyi açıqlamaya görə, hücum hərbçilərin yataqxanasında baş verib: "Hərbi yataqxanada baş verən hücum zaman 40-dan çox əsgər yaralanıb və 25 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir. Hücumun İŞİD tərəfindən törədildiyi qənaətindəyik".

Əl-Xalidi həmçinin bildirib ki, hücum hərbçilərin gündəlik təlimlərindən sonra baş verib. Onun sözlərinə görə, hərbi düşərgəyə sadəcə təlim alanlar girə bilir. Terrorçu böyük ehtimalla qarşıdakı təpələrdən keçərək yataqxanaya girə bilib.

Deraanın təhlükəsizlik səlahiyyətlisi Amer Əbu Zeydin sözlərinə görə, hadisə yerinə gələn təhlükəsizlik əməkdaşları 40 nəfər yaralını xəstəxanalara çatdırıb.

Qeyd edək ki, hücumu hələ ki, heç bir terror təşkilatı boynuna götürməyib. 



Xəbərin oxunma sayı : 103

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda