|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
“İşdən çıxarılan polis qardaşım yox, qohumumdur“ - Tahir Kərimov
Tarix 13.08.17, 22:52 |
|
Salyan rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tahir Kərimov "Ölkə.Az” xəbər portalının suallarını cavablandırıb.
Sabiq icra başçısı müsahibə vermək istəməsə də, sonradan "Ölkə.Az" adını eşidəndən sonra suallarımızı cavablandırmaq qərarına gəldi. Qeyd edək ki, buna səbəb icra başçısının ağzından çıxan sözün olduğu kimi yayımlanacağına inamıdır. Tahir Kərimov fikirlərinin təhrif olunmayacağına inandığı üçün müsahibə verməyə razılaşdı. Həmin müsahibəni oxuculara təqdim edirik.
"Hara getsəm belə Azərbaycanla nəfəs alıram”
– Azərbaycandan getməyiniz və biznesini ölkə xaricinə köçürtməklə bağlı xəbərlər yayılıb. Bu cür xəbərlər nə qədər doğrudur?
– Bu cür xəbərlər tam yalandır. Hazırda mən Yeni Azərbaycan Partiyasının (YAP) Təhsil Komissiyasının üzvüyəm. YAP-ın siyasətinə xidmət edən adamam və bu gün də bu yolu davam etdirirəm. Mən hara getsəm belə Azərbaycanla nəfəs alıram. Azərbaycandan savayı gözəl ölkə və diyar, cənab Prezident İlham Əliyevdən savayı güclü lider tanımıram. Azərbaycanın təbiəti də, insanları da, Prezidenti də gözəldir. Ümumiyyətlə, mən heç kəsə müsahibə vermirəm. İndi siz zəng edib sual verirsiniz, mən də cavablandırıram. Haqqımda yazılan bu cür cəfəngiyyat məlumatlar da yalandır. Bəzi adamlar mənim işdən çıxarılmağıma görə cəfəng fikirlər səsləndirirlər. Mən cənab Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəyə təyin edilib və çıxarılmışam. İşlədiyim müddətdə bacardığım qədər xalqa, dövlətə sədaqətlə xidmət etmişəm. Cənab Prezidentin tələblərinə lazımi səviyyədə cavab vermədiyim üçün də sərəncamla vəzifədən azad edilmişəm. Ancaq ömrümün sonuna kimi hər zaman cənab Prezidentin yürütdüyü uğurlu siyasəti dəstəkləyəcəm.
"Hazırda evimdə nəvələrimlə bir yerdəyəm”
– Hazırda Azərbaycandasınız?
– Bəli, mən öz evimdəyəm, nəvələrimlə bir yerdəyəm. Təqribən iki ay öncə Rumıniyaya oğlumun yanına getmişdim. Hardasa 10 gün orada qaldım. Sonra xəbərlər yayıldı ki, Tahir Kərimov ölkədən qaçıb və sairə. Hər kəs xaricə istirahətə gedir. İndi mənim 5-10 günlük xaricə gedib oğlumu görməyə ixtiyarım yoxdur?
"Oğlumun vəzifədən çıxarılması yalan söhbətdir”
– Oğlunuzun da işdən çıxarılması barədə xəbərlər yayılmışdı. Məlumatlar doğru idi?
– Xeyr, bu da yalan söhbətdir. Oğlum hazırda da Rumıniyada öz vəzifəsinin başındadır, işdən çıxarılmayıb. Oğlum da dövlətimizə və cənab Prezidentin siyasətinə sədaqətlə xidmətini davam etdirir.
"Görünür ki, mən o qədər vacib adamam ki, jurnalistlər məndən yazırlar”
– Türkiyədə və digər xarici ölkələrdə daşınmaz əmlakınız var?
– Xeyr, mənim nə Türkiyədə, nə də digər ölkələrdə evim, biznesim yoxdur. Bu barədə yazılan xəbərlərin də hamısı cəfəngiyyatdır. Bilirsiniz, mən artıq vəzifədə deyiləm, işdən çıxmışam. Görünür ki, mən o qədər vacib adamam ki, jurnalistlər məndən yazırlar.
"Salyanda icra başçısı işləməyim ömrümün şərəfli tarixidir”
– Ən çox adınız başçı olduğunuz dövrdə iş adamlarına qarşı süründürməçilik yaratmaqda hallanır. Bu cür ittihamlarla razısınızmı?
– Mən Salyanda icra başçısı işləyəndə rayonda çox gözəl abadlıq və quruculuq işləri görülüb. İndi narazılıq edən iş adamları bəs mən icra başçısı olanda niyə səslərini çıxartmırdılar? Əgər belə pis icra başçısı idimsə, iş adamları narazılıq edərdilər. Hətta, abadlıq-quruculuq işləri aparılandan sonra da bizdə bir nəfər narazı adam olmayıb. İndi məni iş adamlarını incitməkdə ittiham edirlər. Bütün bunların hamısı boş-boş söhbətlərdir.
Bilirsiniz, hər rəhbər ilk növbədə dövlətin siyasətini dəstəkləməlidir və həmin siyasətə kölgə salınmasına imkan verməməlidir. Mənim də Salyanda gördüyüm işlər göz qabağındadır. Cənab Prezidentin rəhbərliyi altında biz Salyanı qurub yaratmışıq, inkişaf etdirmişik, rayonun 2800 illiyini qeyd etmişik, ölkə başçısının tapşırığı ilə Salyana yeni körpü çəkilib, rayon abadlaşdırılıb, zeytun ağacları əkilib, şəhərə güllər əkilib, küçələr asfaltlanıb. Bütün bunların hamısı cənab Prezidentin rəhbərləyi altında həyata keçirilib. Yəni, bunlar Tahir Kərimov olsa da, olmasa da görüləcəkdi. İndi bunu istəyən yaxşı, istəməyən isə pis qiymətləndirir. Mənim üçün əsas meyar insanın yolunda düz və sədaqətli olmasıdır. Şükürlər olsun ki, bu gün mən öz yolumda düzəm və cənab Prezidentə sədaqətliyəm. Mən Salyanda şərəflə işləmişəm, salyanlılara şərəflə xidmət etmişəm. Salyanlıları da çox istəyirəm. Doğrudan da salyanlılar çox qeyrətli, dövlətə sədaqətli və haqq-ədalətə qiymət verən adamlardır. Təbii ki, meşə çaqqalsız olmaz. İki-üç nəfərin nə deməsi ilə bir adama qiymət vermək olmaz. Salyanın 130 mindən çox əhalisi var. Gedin görün, ümumi Salyan camaatı mənim haqqımda nə düşünür. Salyanlılar dövləti, Vətəni sevən adamlardır. Salyan ötən əsrin əvvəlində Əli bəy Hüseynzadə, sonunda isə Xəlil Rza Ulutürk kimi dahilər yetişdirib. Yəni, Salyanın belə qeyrətli şəxsiyyətləri var. Mənim üçün də belə insanlara xidmət etməyim böyük şərəfdir. Salyanda icra başçısı işləməyim ömrümün şərəfli tarixidir.
"Yeni icra başçısı ilə münasibətlərimiz yaxşıdır”
– Salyanın indiki icra başçısı Sevindik Hətəmovla əlaqələriniz varmı?
– Yeni icra başçısına uğurlar arzu edirəm. Allah işini avand etsin, yaxşı işləyir. Bəzən yoldaşlardan onun işi maraqlandıram, hamı razılıq edir, yaxşı işləyir. Vaxtilə də onunla həmkar olmuşuq, münasibətlərimiz yaxşıdır.
"Güllərin altından keçmək ssenarisi rayon Təhsil Şöbəsi tərəfindən hazırlanmışdı”
– Vəzifədən azad olunanda çox adam sizin gül çələngi altından keçməyinizi əks etdirən fotoların buna səbəb olduğunu düşünürdü. Necə düşünürsünüz, gül çələngi olan fotoların vəzifənizi itirməyə təsiri oldumu?
– Bilirsiniz, məni istəyən adamlar onu düzgün qiymətləndirir, istəməyənlər isə buna don geyindirməyə çalışır. Həmin vaxtı gül bayramını qeyd edirdik. Gül bayramı münasibəti ilə Salyan rayon Təhsil Şöbəsi tərəfindən tədbir təşkil olunmuşdu. Tədbirdə iştirak edən Salyan camaatının əksəriyyəti mənim kimi o güllərin altından keçirdi. Tədbirin ssenarisinə uyğun olaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı kimi mən və kollektivim, rayon hüquq-mühafizə orqanları rəhbərləri də güllərin altından keçib. Yəni, tədbirin ssenarisi belə hazırlanmışdı. Hətta, tədbir başlayanda mən sual verdim ki, nə üçün bu qədər şagirdləri güllərin altından baş əydirərək keçirirsiniz? Çünki belə çıxırdı ki, biz həmin şagirdlərə təzim edərək, tədbirə cəlb edirdik. Sonradan buna məni istəməyənlər don geyindirməyə başladılar. Hər kəs öz bildiyi kimi qiymətləndirirdi. Halbuki, tədbirin təşkilatçısı və o gülləri hazırlayan rayon Təhsil Şöbəsi idi.
"Sosial şəbəkələrdə mənimlə bağlı kampaniya aparılırdı”
– Güllərin altından keçməyinizlə bağlı qalmaqallı xəbərlər yayılandan sonra sizə YAP-dan və ya Prezident Administrasiyasından irad bildirildimi?
– Əlbəttə ki, sosial şəbəkələrdə yazılan şərhlərdən sonra mənə fikir bildirilmişdi. Ancaq burada söhbət irad bildirilməkdən getmir. Mən özüm də anladım ki, gərək o tədbir belə formada təşkil olunmayaydı. Baxmayaraq ki, bəzi adamlar burada heç bir ajiotaj yaradacaq hal olmadığını söyləyərək, tədbiri yüksək qiymətləndirmişdi. Bəziləri isə mənfi qiymətləndirmişdi. Sosial şəbəkələrdə isə mənimlə bağlı kampaniya aparılırdı.
"O, polis mənim qardaşım deyil”
– Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi müavini, polis mayoru Azər Kərimzadə şiddətli töhmət verilməklə işdən çıxarılıb. Azər Kərimzadənin sizin qardaşınız olduğu deyilir...
– Xeyr, o polis mənim qardaşım deyil. Saytlar yazır ki, guya Azər mənim qardaşımdır və sairə. Bu doğru məlumat deyil. Düzdür, bizim onunla qohumluq əlaqələrimiz var, ancaq qardaş deyilik. Mən Kərimov Tahir Abuzər oğluyam. Yaxşı araşdırsalar, bilərlər ki, o adam mənim qardaşım deyil.
"Dövlətdən heç bir vəzifə gözləmirəm”
– Dövlətdən hər hansı vəzifə təklifi gözləyirsiniz?
– Artıq dövlətə öz xidmətimi etmişəm və hazırda ailəmlə, nəvələrimlə bərabər ömür sürürəm. Sonadək də cənab Prezidentin yanındayıq və o siyasəti dəstəkləyirik. Dövlətdən də heç bir vəzifə gözləmirəm. Ən əsası odur ki, bu gün hər birimiz dövlətə və dövlətçiliyimizə xidmət etməliyik, cənab Prezidentin yürütdüyü uğurlu siyasətə sadiq olmalıyıq. Bu gün Azərbaycan dövlətinin gələcək uğurları da ulu öndər Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu gün də bu siyasəti cənab Prezidentimiz çox uğurla həyata keçirir. Azərbaycan dövlətini və millətini sevən hər bir adam da bu siyasətin yanında olmalıdır.
Xəbərin oxunma sayı : 178
Müsahibə
Xəbərlər
-
Azərbaycanda daha bir bank bağlanır - Rəsmi açıqlama
-
Füzulidə səsucaldcı ilə başçını söyən şəxs həbs edildi - TƏFƏRRÜAT
-
İstanbulda Azərbaycan nömrə nişanı ilə “Niva” - qayda pozdu, görün nə dedilər- VİDEO
-
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar
-
Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?
-
Dostundan Mehinə dələduzluq - VİDEO
-
Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - VİDEO
-
Bakıda çörək zavodunda qətl - İş yoldaşını öldürdü
-
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
-
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA
-
Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - VİDEO
-
“Ukraynadakı müharibə daha bir neçə il davam edə bilər“ - Şolts
-
Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO
-
Şuşalılar doğma yurduna qayıdırlar - VİDEO
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
TOP 10
ARXİV