Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Limonun indiyədək bilinməyən faydalı xüsusiyyətləri – Mütəxəssis rəyi

Tarix 14.08.17, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


Limonun indiyədək bilinməyən faydalı xüsusiyyətləri aşkarlanıb.

Mütəxəssislər insanın yatarkən yaxınlığında dörd hissəyə bölünmüş və içərisinə duz səpilmiş limon qoymasının onun sağlamlığı üçün faydalı olduğunu bildirirlər. Belə ki, limon gərginlik vəziyyətində yuxusuzluq problemi yaşayan insanın beynini sakitləşdirir. Psixoloqlar davamlı olaraq yuxusuzluq problemi olan insana özünü həmişə müsbət fikirlərə cəmləşdirməyi məsləhət görürlər. Bu işdə limon qoxusu əvəzsiz rol oynayır.

Limon həm də ağcaqanadların, böcəklərin sevmədiyi və həmişə ondan uzaq durduğu sitrus meyvəsidir. Limonun daha bir faydalı xüsusiyyəti isə səhər tezdən oyanmaqda çətinlik çəkən insanlara kömək etməsidir. Limon qoxusu beyindəki serotonin səviyyəsini artırır. Ətrafa xoş qoxu verən limon, həmçinin havanı təmizləyir. Hətta otaqdan boya qoxusunu tez çıxarmaq üçün limondan istifadə etmək olar.

Bir sözlə, mütəxəssislər hər bir insana yatarkən yaxınlığında olan stulun üzərinə dörd hissəyə bölünmüş və içərisi duzlanmış limon qoymağı məsləhət görürlər.

Ətri belə insandakı qan təzyiqini azaldan limon iştah açır, həzmi asanlaşdırır. Limon həm də damar sərtliyininin qarşını alır, soyuqdəymə, qrip və öskürək hallarını azaldır, mikrobları öldürür, qida zəhərlənmələri zamanı faydalıdır. Ürək-damar problemləri olan insanlar üçün də faydalı olan limon rahatlaşdırıcı təsiri ilə bədəndəki ağrıları yüngülləşdirir. (Azərtac)
 



Xəbərin oxunma sayı : 307




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap