Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Təranə ilə Renka qalmaqalının əsl səbəbi: “Kişi davası edir“

Tarix 19.08.17, 4:52

Font ölçüsü : - / +
bitmap-img6


Prodüser Təranə Səmədova ilə rəqqasə Renka (Rəna Ağamuradova) arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, şou-biznes nümayəndələri ATV-də yayımlanacaq “Top ulduzlar” adlı proqram üçün Şamaxıya yollanıblar. Verilişlə bağlı keçirilən mətbuat konfransında Təranə ilə Renka dalaşmağa başlayıb. Onların həmin an lentə alınan videoları sosial şəbəkədə yayılıb.

Məsələ ilə bağlı T.Səmədova saytımıza açıqlama verib. O bildirib ki, davanın səbəbi əslində başqa bir problem olub. Təranə Renka ilə illərdir küsülü olduqlarını etiraf edib:

“Mətbuatda elə təqdim olunub ki, guya mən tədbirdə çox danışmışam, aparıcı Azər İsmayılov da mənə sakit dayanmağımı deyib. Amma mən ona əhəmiyyət vermədiyim üçün Renka dönüb məni sakitləşdirmək istəyib. 

Əslində qalmaqalın səbəbi bu deyildi. Bizim onunla davamız bir ildən çoxdur ki, davam edir. Dava kişi davasıdır. Mən o tərbiyənin sahibi deyiləm ki, olduğum məkanda narahatlıq yaradım. 

Renkanın keçmiş sevgilisi mənim dostumun dostudur, münasibətlərimiz var. Bu da məndən inciyib ki, keçmiş sevgilimlə niyə dostluq edirsən. Bir il əvvəl Sayqa Cahidin oğlunun yığıncağında bununla üz-üzə gəldik. Görüşmək istəyəndə mənə üzünü çevirdi. Şoka düşdüm. Keçmiş sevgilisini ona görə tanımamışam ki, indi də münasibəti kəsim. Mən prodüserəm, bizim işbirliyimiz ola bilər".

Təranə rəqqasə ilə dəfələrlə münasibətləri düzəltməyə çalışsa da, qarşı tərəfdən sərt cavab aldığını söyləyib:

"Dəfələrlə məclislərdə üz-üzə gəldik, mən böyüklük etməyə çalışdım. Hər dəfə bu davanı zarafata salırdım. Amma bu qız kobud cavab verirdi. İndi başa düşdüm ki, şou-biznesdə hansı iki qadın arasında davanı araşdırsan, kökündə kişi söhbəti çıxar. Onun tərbiyəsiz şəkildə mənimlə kişi davası etməsinə təəccüblənirəm. 

Bu yaxınlarda da bir məclisdə dedim ki, gəl görüşək. Üzünü çevirib getdi, hamı şoka düşdü. Dedim, fikir verməyin, mənimlə kişi davası aparır. Orada əxlaqsız sözlər işlətdi. Dedim ki, bu cür danışmaq üçün yeddi başın olmalıdır. Həmin gündən onu sildim, görəndə görməməzlikdən gəldim".

Prodüser realiti-şouda Renkanın yer alacağından xəbərsiz olduğunu deyib:

"Bundan avtobusda xəbər tutdum. Otelə gələndə zarafatla dedim ki, bizi bir otağa salın, səhərə kimi dalaşaq. Ona barışıq üçün şans yaratmaq istədim. Mən prodüserəm, ona lazımam. O, mənə lazım deyil. İclas zalında isə dönüb mənə ağız əydi, qayıtdı ki, "sus, danışma". Dedim ki, sən bunu mənə deyəcək insan deyilsən. Ağzımı nə vaxt açıb, bağlayacağımı səndən soruşmayacam. Rəqqasəsən, mənə niyə ağalıq etməlisən? Mənə orta barmağını göstərdi. Kameralar da məni çəkir. Deyirəm ki, məni yox, onun tərbiyəsiz hərəkətlərini çəkin. 

Adım çıxıb ki, qalmaqallı biriyəm. Amma haqsızlıq qarşısında susmayacam. Mənə qayıtdı ki, içib sükan arxasında oturursan. Bu yaxınlarda isə onunla çimərlikdə üz-üzə gəlmişdik. Məni orada yaxşı izləyib. Davada çimərlik geyimimə söz atırdı. Kökəm deyə, çimərliyə kürk geyinməliydim? Bir qadının başqa qadına belə sözlər deməsi ayıbdır".



Xəbərin oxunma sayı : 1015




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap