|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Hikmət Hacıyev: “Nalbəndyan məsələyə Leninin prinsipi ilə yanaşır”
Tarix 04.09.17, 20:55 |
|
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər nazirinin Bosniya və Herseqovinanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərlə əlaqədar AZƏRTAC-a müsahibə verib.
AzFakt.com müsahibəni oxucularına təqdim edir
-Ermənistanın xarici işlər naziri Bosniya və Herseqovinanın xarici işlər naziri ilə birgə keçirdiyi mətbuat konfransında yenə münaqişənin həlli prosesinə, ABŞ-dan olan həmsədr Riçard Hoaqlandın bəyanatına toxunub. Aydın şəkildə görünür ki, Ermənistan tərəfində ciddi təlaş və narahatlıq var. Bu təlaşın səbəbi nədir?
-Ermənistanın xarici işlər naziri artıq dördüncü dəfədir ki, eyni mövzuya toxunur və hər dəfə bir-birindən fərqli və biri digərini inkar edən açıqlamalar verir. Aydındır ki, danışıqlar prosesinin mahiyyəti barədə Ermənistan ictimaiyyətini daim aldadan Ermənistanın xarici işlər naziri düşdüyü çətin vəziyyətdən çıxmaq üçün indi müxtəlif bəhanələr və yalanlarla özünə bəraət qazandırmağa çalışır. Ermənistan tərəfi gah ABŞ-dan olan həmsədr Riçard Hoqlandın səsləndirdiyi bəyanatların yeni olmadığı, gah artıq bu prinsiplərin aktuallığını itirdiyi, gah Ermənistanın buna razı olduğu, gah da ki, bunun bütün həmsədrlərin mövqeyini əks etdirmədiyi kimi cəfəng və ziddiyyətli bəyanatlar verir.
Əslində bununla Ermənistan özü-özünü ifşa edir. Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarında əks olunan, ABŞ-dan olan həmsədr R.Hoaqland tərəfindən bir daha səsləndirilən və digər həmsədrlər tərəfindən dəstəklənən bu prinsiplər əsasında münaqişənin həlli üzrə ciddi danışıqlara konkret cavab vermək əvəzinə söz oyunu ilə məşğuldur. Nə zaman ki, münaqişənin həlli ilə əlaqədar konkret məsələlər gündəmə gəlir, o zaman Ermənistan siyasi avantüraya, tavtoloji söz oyununa və onun ardınca hərbi təxribatlara əl atır. Ermənistan tərəfinə çox yaxşı aydındır ki, danışıqlar masasında olan təkliflərin mahiyyətini və məğzini Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Ermənistanın məqsədi isə danışıqların mahiyyətindən yayınmaq, hər vəchlə danışıqlara texniki xarakter vermək və danışıqların imitasiyası yolu ilə işğala əsaslanan status-kvonu saxlamaqdır. Hətta Ermənistan tərəfi texniki məsələləri hədəf seçərək danışıqlara qeyd-şərt qoymağa belə çalışırdı. Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin “substantiv danışıqlar” sözünə qarşı xüsusi fobiyası var. Substantiv danışıqları bütün beynəlxalq ictimaiyyət dəstəkləyir. Bu danışıqlar R.Hoqland tərəfindən səsləndirilən və ATƏT-in Minsk qrupunun digər həmsədrləri tərəfindən dəstəklənən münaqişənin həlli prinsiplərinin ciddi müzakirəsini və nəticə etibarilə, münaqişənin həllini nəzərdə tutur.
Ona görə də məsələyə Vladimir İliç Leninin “kəmiyyət də keyfiyyətdir” prinsipi ilə yanaşan Ermənistan xarici işlər naziri gülünc şəkildə indiyə qədər keçirilən görüşlərin statistikasını verir və Ermənistanın qəsdən imitasiya etdiyi görüşlərin də substantiv olduğunu iddia edir. Məqsəd görüşlərin sayı deyil, münaqişənin həll edilməsi və regionda davamlı sülhün təmin edilməsidir. Ermənistan yürütdüyü işğalçı və destruktiv siyasətə görə buna hələ də nail olunmayıb.
-Ermənistan xarici işlər naziri həmin mətbuat konfransında yenə hansısa prinsiplərdən danışır, atəşkəs rejiminə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Azərbaycanın münaqişənin həlli prinsiplərinə seçimli yanaşdığını iddia edir.
-Yalançını axıra qədər qovarlar məntiqi ilə yanaşaraq, Ermənistan xarici işlər nazirinin təqdim etdiyi ardıcıllığa uyğun olaraq onun yalanlarını ifşa etmək lazımdır.
Birincisi, Ermənistan XİN rəhbəri tərəfindən Helsinki Yekun Aktına və ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində verdikləri açıqlamalara zidd olaraq, güc tətbiq etməmək və güc tətbiq edərək hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək prinsiplərinin ardıcıllığı qəsdən təhrif olunmuş formada təqdim edilir və öz müqəddəratını təyin etmək ərazi bütövlüyündən əvvələ qoyulur. Xatırlatmaq istərdik ki, həmsədr ölkələrin prezidentlərinin Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarında münaqişənin həllinə dair prinsiplər də Helsinki Yekun Aktına uyğun olaraq bu ardıcıllıqla verilib: güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə.
Helsinki Yekun Aktının 8-ci bəndində yazılır: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsipləri və beynəlxalq hüququn müvafiq normaları, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər.
Eləcə də Helsinki Yekun Aktında dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri bir daha təsdiq olunaraq, güc vasitəsilə ərazi əldə edilməsinin qəbuledilməzliyi vurğulanır. Bununla bərabər, dövlətlərin ərazi bütövlüyü və ya siyasi suverenliyinə qarşı gücdən istifadənin nəticəsində yaranmış vəziyyətin hüquqi qəbul edilməməsinə dair dövlətlərin öhdəliyi var. Beləliklə, Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan məhz Ermənistandır.
İkincisi, Ermənistan xarici işlər naziri atəşkəs rejiminin mahiyyətini təhrif etməkdə, sənədləri kontekstdən çıxararaq yalnız öz maraqlarına uyğun olaraq təqdim etməkdə davam edir. Atəşkəs sülh deyil və ola da bilməz. Atəşkəs davamlı sülhə nail olmaq üçün bir imkandır.
Ümumiyyətlə, atəşkəs haqqında sənədlər siyasi vakuum şəraitində meydana gəlməyib və ondan əvvəl və sonra münaqişə ilə əlaqədar bir sıra sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, ATƏT-in Budapeşt sənədi qəbul olunub.
Ermənistanın istinad etməyi çox sevdiyi 1994-cü il 4-5 may tarixli Bişkek protokolunda deyilir: ən intensiv şəkildə hərbi əməliyyatların başlamamasını, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasını və qaçqınların geri qayıtmasını təmin edən hüquqi sənədin hazırlanması üçün iş başlanılsın və danışıqlar prosesi davam etdirilsin.
1994-cü il Budapeşt Sammitində üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində qəbul olunmuş sənəddə isə deyilir: “Onlar (ATƏT üzv ölkələrinin dövlət və hökumət başçıları) BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə öhdəliklərini təsdiq edərək tərəfləri intensiv substantiv danışıqlara;….silahlı münaqişənin dayandırılması üçün siyasi sazişin bağlanması məqsədilə sürətli şəkildə danışıqların davam etdirilməsinə çağırdılar”.
Qeyd olunanlarla bərabər, 1994-1995-ci il atəşkəs haqqında müzakirələrin tərkib hissəsi olan1995-ci il 5 noyabr tarixli “Xüsusilə işğal olunmuş ərazilərdə vəziyyətin tənzimlənməsinə dair tədbirlərin vaxt cədvəli” adlı II saylı əlavəni qeyd etmək istərdim. Bu sənəddə konkret olaraq müvafiq vaxt cədvəlinə uyğun olaraq Azərbaycanın işğal edilmiş Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın rayonlarından qoşunların çıxarılması və minalardan təmizləmə əməliyyatı barədə tədbirlər var.
Ermənistan bu sənədləri inkar etməyə və yalnız atəşkəs rejiminin bəzi epizodlarını gündəmə gətirməyə çalışır.
Üçüncüsü, Ermənistan xarici işlər naziri ölkəsinin BMT Nizamnaməsi ilə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini təhrif edir, Ermənistan diplomatiyasına məxsus məntiqsizliklə onların artıq qüvvədən düşdüyünü iddia edir və guya həmsədrlərin onlara istinad etmədiyini deyir.
BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını təşkil edir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 1995-ci il 23 mart tarixli sənədə əsasən həmsədrlər öz fəaliyyətlərində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, ATƏT-in Budapeşt Sammitinin qərarlarını əsas götürməli, BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının prezidentinə qətnamələrin icrası haqqında hesabat verməlidirlər.
BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir. Heç bir dövlətə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib.
874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan və onun bütün üzvləri tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli” adlı sənəd alqışlanılır və təqdir olunur. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur.
BMT baş katibinin 1994-cü il 31 oktyabr tarixli SG/SM/5469 nömrəli açıqlamasında aydın şəkildə bildirilir: “BMT-nin mövqeyi dörd prinsipə əsaslanır ki, bunlar da BMT Təhlükəsizlik Şurasının müxtəlif qətnamələrində qeyd olunub. Birinci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. İkinci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. Üçüncü prinsip ərazi əldə edilməsi üçün gücdən istifadənin qəbuledilməzliyidir. Dördüncü prinsip Azərbaycanın işğal olunmuş ərazilərindən bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz çıxarılmasıdır”.
Ermənistan xarici işlər naziri o qədər tavtologiyaya yol verir ki, onun sıralamasında dördüncü və beşinci iddialara birlikdə cavab vermək məcburiyyətindəyəm. Ermənistan xarici işlər nazirindən fərqli olaraq Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrlərinin sözlərini və bəyanatlarını təhrif etmir və Minsk qrupunun həmsədr ölkələrinin adından danışmır.
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli ilə əlaqədar təqdim edilən prinsiplər və hazırda danışıqlar masasında olan təkliflər Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrindən irəli gələrək münaqişənin mərhələli həllini nəzərdə tutur. Burada birinci addımın icra olunması növbəti addımların həyata keçirilməsi üçün zəmin hazırlayır. Yəni, ilk addım kimi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərindən çıxarılması təmin olunmalıdır ki, məcburi köçkünlər geri qayıtsın və digər təhlükəsizlik tədbirləri həyata keçirilsin. Ermənistan tərəfi isə arabanı atın qarşısına qoymaq prinsipi ilə məsələlərə yanaşır.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, həmsədrlər tərəfindən irəli sürülən və hazırda danışıqlar masasında olan təkliflər əsasında münaqişənin həlli üzrə substantiv danışıqlara hazırdır. Necə deyərlər top Ermənistanın meydanındadır. Ermənistan beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri və Azərbaycanın mövcud təkliflər əsasında ciddi danışıqlara başlamaq barədə çağırışlarına konkret cavab verməlidir. Əks təqdirdə, bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir.
Xəbərin oxunma sayı : 277
Müsahibə
Xəbərlər
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Münasibətlərimizin inkişafına yeni təkan verəcək görüş
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Azərbaycan-Rusiya əlaqələri daha da güclənəcək
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
TOP 10
ARXİV