Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

ABŞ-ın yeni Əfqanıstan strategiyası:Tramp “terror cini“ni şüşəyə qaytara biləcəkmi? - Təhlil

Tarix 05.09.17, 3:20

Font ölçüsü : - / +
bitmap-img6


Şahid Cavid Burki

“Project Syndicate” (Çexiya)


Virciniya ştatının Fort Mayer şəhərində müraciətində prezident Donald Tramp öz administrasiyasının Əfqanıstandakı gələcək fəaliyyətinə dair strategiyasını açıqlayıb. Tramp bu çətin ölkədə ABŞ qoşunlarının sayının artmasına icazə verdiyini açıqca etiraf etməyib, bunun əvəzinə, hərbi liderlərin belə qərarlar qəbul edəcəyini söyləyib. Lakin onun planı artıq 16 il davam edən hərbi missiyasında Amerikanın iştirakını daha da dərinləşdirəcək.

ABŞ-ın xaricdəki münaqişələrdən qurtulmasına dair vəd verən Tramp çıxışında böyük enerji, vəsait və çox sayda insan bahasına yürüdülən xarici siyasətlə bağlı ABŞ xalqının məyusluğunu bölüşdüyünü bir daha təkrarlayıb.

O bildirib ki, yeni strategiya milli təhlükəsizlik qrupunun dərin düşüncənin məhsuludur. Məqsəd, 11 sentyabr 2001-ci ildəki kimi, Əfqanıstanın yenidən ABŞ-a qarşı terror hücumunun qaynağına çevrilməsinin qarşısını almaqdır.

Eks-prezidentlər Barak Obama və Corc Buş da eyni məqsədi güdürdü. Əslində, Tramp öz strategiyasının sələflərinin strategiyasından fərqləndirməyə çalışsa da, elan etdiyi addımların bir çoxu artıq sınaqdan çıxarılıb. Ancaq Trampın strategiyasında Əfqanıstan üçün ciddi, uzunmüddətli nəticələrə səbəb olacaq fərqli yanaşmalar var.

Birincisi, Tramp Amerikanın Əfqanıstan strategiyasındakı "milli quruluş" elementini azaldıb. Tramp “başqa ölkələri sahmana salmaq” cəhdləri ilə Amerikanın öz imicinin zərər çəkdiyini, ABŞ-ın təhlükəsizliyinin arxa plana salındığını əsas gətirərək, çox-çox əvvəlki səylərini tənqid edib. Onun iddiasına görə, ABŞ-ın bölgədə varlığı nisbətən müasir siyasi və iqtisadi ölkə olmağı üçün Əfqanıstana dövlət quruculuğunda kömək məqsədi daşıyır. Bununla birlikdə, Əfqanıstan hökumətindən korrupsiya ilə effektiv məşğul olması, idarəetməni yaxşılaşdırması və əldə etdiyi resursları beynəlxalq birliyin daha yaxşı istifadə etməsi tələb olunacaq.

İkincisi, Tramp, Buş və ya Obamadan fərqli olaraq, Pakistana öz Əfqanıstan siyasətini daha açıq göstərib və iddia edib ki, bu ölkənin sərhədində yerləşən “terrorçu ziyarətgahları”ndan üsyançılar Əfqanıstan və NATO qüvvələrinə hücumlar həyata keçirir. ABŞ-ın bu məsələdə Pakistana təzyiqi artacaq. Əgər Pakistan bu hücumların qarşısını almazsa, "itirəcəyi çox şey var". Tramp ABŞ və NATO-nun Əfqanıstandakı qüvvələrə xidmətlərin təmin edilməsi üçün Pakistana ödənişlər edilməsinin qarşısını alıb, halbuki artıq böyük ödəmələr həyata keçirilib.

Nəhayət, Tramp Hindistanı Əfqanıstanda daha böyük rol oynamağa dəvət edib. Halbuki Hindistanı cənub qonşusu – Pakistan ilə tarixi mübarizədə ikinci cəbhə riski yarana bilər. Tramp Hindistanın bölgədə artıq etdiyini yüksək qiymətləndirir, amma Əfqanıstan iqtisadiyyatını bərpa etmək üçün ABŞ-a ixracdan qazandıqlarını daha səxavətlə xərcləməyə çağırır. O, həmçinin Hindistana Hind-Sakit okean hövzəsində təhlükəsizlik zonası yaratmaq üçün ABŞ ilə geniş əməkdaşlıq təklif edib. Hər halda, görünür ki, ABŞ-Hindistanda təhlükəsizlik sahəsində əməkdaşlıq potensialı var və Trampın işarələrindən artıq iki hökumət arasında bu məsələnin müzakirə olunduğu aşkarlanır.

Trampın çıxışı, göründüyü kimi, Amerikanın Əfqanıstandakı siyasətindən kənara çıxır. May ayında Səudiyyə Ərəbistanına səfərində və iyul ayında Polşada "Tramp doktrinası" adlandırılacaq strategiyanın konturları açıqlanıb.

Prezident Tramp, deyəsən, Qərb və "yerdə qalan" dünya arasında münaqişəni labüd hesab edir. Səudiyyə Ərəbistanında o, “İslam radikalizmi”nin tərəfdarlarını aradan qaldırmaq üçün müsəlman ölkələrini qərblilərə qoşulmağa dəvət edib. Polşada iradəli çıxışla, Qərb düşmənlərinin fiziki və fəlsəfi təsirlərinə meydan oxuyub.

Tramp yalnız müsəlman dünyasını hədəfə almayıb. Əfqanıstan ilə bağlı çıxışında o, həmçinin Çinin qarşısını almaq səyləri göstərib. Tramp Çin hökumətinin Şimali Koreyaya dair köməyinə daha çox maraq göstərdiyinə işarə etsə də, görünür, yalnız Şimali Koreyanın doğurduğu nüvə böhranı aradan qaldırıldıqdan sonra Asiya nəhənginə diqqət yetirəcək.

Ancaq Tramp doktrinası Qərbə qarşı terror təhlükəsinin aradan qaldırılması ilə müqayisədə, Çini məhdudlaşmağa qadir deyil. Əslində, uzunmüddətli zaman çərçivəsində Fort Mayerdə ortaya qoyulan strategiya əks-təsirə malik olacaq.

Əgər hərbi qüvvələr son 16 ildə Əfqanıstanın sabitləşdirməyə nail olmayıbsa, strategiyanın işlək olacağı şübhəlidir. Lazım olan şey – Trampın rədd etdiyidir: Əfqanıstanda davamlı dövlət və iqtisadiyyat quruculuğu, Əfqanıstanın gənc əhalisinə ümid vermə. Gənclər (bu ölkədə orta yaş 18,6-dır) gələcəyə güvənsə, silahı yerə qoyacaq.

Bununla yanaşı, terrorun kökünü kəsmək üçün Pakistan hökuməti NATO və Əfqanıstan qüvvələri ilə döyüşən “Haqqani” şəbəkəsi kimi aktyorların yaratdığı partizan qrupları ilə daha açıq mübarizəyə məcbur edilməlidir. Bu, sərhəd bölgələrinə nəzarəti gücləndirəcək, Əfqanıstan və Pakistan arasında effektiv bufer zonası yaradacaq.

ABŞ-ın maliyyə dəstəyi azaldıqca, Pakistan da, güman ki, Çinlə əlaqələrini dərinləşdirəcək. Rəsmi İslamabad çinli vəzifədaşı ilə görüşmək üçün artıq xarici işlər nazirini Pekinə göndərib. Görüşdən sonrakı açıqlamada Çinin Pakistana tam və qeyd-şərtsiz dəstək verdiyi bildirilib.

Tramp doktrinasının məqsədi ABŞ-ın öz maraqlarını həyata keçirə bilməsi üçün sabit qlobal fon yaratmaqdırsa, o, uğursuzluğa məhkumdur. Əslində, qeyri-sabitlik cinini şüşənin içərisinə qaytarmaq mümkün olmayacaq.

 

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 319




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap