Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Myanmada müsəlman soyqırımının pərdəarxası:Çin harada fəallaşmaq istəsə, İŞİD orada qan tökür - TƏHLİL

Tarix 06.09.17, 5:20

Font ölçüsü : - / +
bitmap-img6


İqor Dimitriyev

vzqlyad.ru, 04.09.2017


Moskvanın mərkəzində sanksiyasız mitinqdir və onu heç kim dağıtmır. Kütlə bağırır: “Allahu Əkbər!” və “Buddaçılar terrorçudurlar!” Rusiya müsəlmanları Myanma səfirliyi yaxınlığında Arakan əyalətindəki müsəlman soyqırımına qarşı etiraz edirlər.

Mitinqə gəlmiş ahıl dağıstanlı deyir ki, bütün Qafqaz, sosial şəbəklələrin fotoşəkillərini yaydığı uşaqların dəhşətli edamından hiddətə gəlib. Ramzan Kadırov və icmanın başqa liderləri Moskvadan duruma müdaxilə tələb edirlər. Çoxları Myanmanın buddaçı hökuməti ilə döyüşə getməyə hazırdır.



Sanki bunun bizə nə dəxli varmış? Bu Myanmanı və yaxud əvvəlki Birmanı hər adam xəritədə tapa bilməz. Get, orada baş çıxart. Amma bu, son dərəcə kəskin durumdur və təkcə xarici siyasət münaqişələri ilə deyil, həm də Rusiyanın özündə millətlərarası toqquşmalarla təhlükəlidir.



Federasiyanın tərkibində, ən azı, üç buddaçı bölgə var: Buryatiya, müdadfiə nazirinin vətəni Tuva və Dağıstan sərhədində yerləşən və artıq millətlərarası toqquşmaya səhnə olmuş Kalmıkiya.

Belə ki, hamımızın durumdan baş çıxarmağı lazım gələcək.

Deməli, Myanma buddizm təməlçiliyinin vətənidir. Turistlər, o cümlədən Rusiyanınkılar ən yaddaqalanı qədim Paqo şəhəri olan Budda ziyarətgahlarını murdarlamağa görə dəfələrlə həbsxanaya düşüblər.

Bura sansara (Hindistan dinlərində ruhun hicrət silsiləsi-tərc.) və nirvananın (buddizmdə həyat qayğıları və cəhdlərdən qurtulmaq kimi anlaşılan müqəddəs durum-tərc.) Səudiyyə Ərəbistanıdır. Hər bir məhəllədə paqoda (Budda məbədi-tərc.) var. Hər bir ailənin öz paqodası var. Diqqətəlayiq yerlərin hamısı buddizmə aiddir – bu, əksərən “Buddanın dünyada növbəti ən böyük heykəlidir”. Həmçinin Buddanın ortabab və balaca heykəlləri. Balacası çoxdur – minlərlə, milyonlarladır. Orada artıq iki həftə olduqdan sonra bu Buddaya nifrət edirsən. Onun isə heç vecinə də deyil – o, kamil boşluğa gedən yoldadır. Söz düşmüşkən, Myanma dünyada ən mövhumatçı ölkədir. Onlar karmaya düzəliş etmək üçün qəfəsdə quş alır və azadlığa buraxırlar. Düzdür, quşlar sonra satıcının yanına qayıdır.



Birmalılar astrologiyaya aludədirlər. Onların tarixinin əsas olayları astroloji öncədeyimlərlə bağlıdır. Məsələn, paytaxtın dəfələrlə köçürülməsi. Bu səbəbdən paytaxtı həmişə köçürüblər.

Onlar həm də numerologiya (rəqəmşünaslıq – batini elmlərdən biri-tərc. ) fanatıdırlar. Tələbələr 1988-ci il avqustun 8-də üsyan qaldırıblar, çünki onların hərbi diktatoru doqquza bölünməyən bütün əskinasları ləğv etmişdi. Ancaq 45 və 90 kyatı (kyat – Myanmanın milli pul vahidi. Yerli adı ça və ya cadır-tərc.) saxlamışdı. Qısası, dörd səkkizliyin doqquza qarşı üsyanı.

Lakin bu qəşəng ölkənin dövlət quruluşunun məğzi soyqırımı, vətəndaş münaqişələri və separatizimdir. Birmalılar bütün tarixləri boyu xeyli kiçik və böyük xalqı udaraq məhv ediblər. Birma imperiyası XVI əsrdə indiki Tailand, Laos və Hindistanla Çinin bir hissəsinə yiyələnmişdi. Hazırda Birma birmalıların özlərinin məskunlaşdığı yeddi əyalət və mərkəzi hökuməti tanımayan yerli xalqların – şan, mon, karen və digərlərinin yaşadığı yeddi separatçı ştatdan ibarətdir. Bundan başqa, orada daha artıq tam ekzotik, nizə və uzun boyunlarında halqalı oğlanların məskunlaşdığı bir neçə dağlıq milli rayonlar var.

Separatçı orduların əksəriyyəti əvvəllər xaş-xaş tiryəki istehsalından pul qazanırdı. “Qızıl üçbucaq” haqda eşidibsiniz? Onun mərkəzi şanların ərazisindədir. İndi orada tiryək azdır. Lap qıtlıqdır. Ehtimal ki, yerli istehsalçılar taliblərdən azad edilmiş Əfqanıstanla rəqabətə tab gətirməyiblər.

Birmalılar, monlar, şanlar və qalanları bütün tarix boyu imkan düşən kimi bir-birini qırıb, qalan məsələlərdə isə olduqca xeyirxah, gülümsər buddistlərdir.

Yeri gəlmişkən, bu, buddaçı ölkələrdə tez-tez olur. Kambocada, Şri-Lankada, Vyetnamda, Tibetdə azlıqların nazı ilə çox da oynamırlar. Bax, məsələn, hələ bu yaxınlara qədər Vyetnamın güneyində kxmerlər, mərkəzində isə çamlar məskunlaşmışdılar. Onlar indi haradadırlar? Var idilər və yox olublar.

Birmalılar, vyetnamlılar qaniçən millətçidirlər. Bütün siyasət məhz millətin maraqlarına görə qurulur.

Birmada müsəlmanlar azdır və əsasən, Arakan əyalətində dəniz sahilində yaşayırlar. Lakin arakanlıların özləri müsəlman deyil, buddaçıdır və əlbəttə ki, separatçıdırlar. Amma bax, müsəlmanların isə – soyqırımına məruz qalan rohincalar – böyük qismi qonşu Banqladeşdən gələnlərdir. Hələ Britaniya hökuməti oradan Birmadakı plantasiyalara fəhlə benqalları köçürüb.

Banqladeş Hindistan bölündükdən sonra meydana çıxmış müsəlman ölkəsidir. Stavropol və Krasnodar vilayətləri qədər ərazisi olan ölkədə 170 milyon nəfərin əlindən tərpənmək olmur. Bura xalq yığınıdır. Dəmir təbəqədir!

Hindistanda gördüyünüz pisliklərin hamısı – canilər yuvası, qələbəlik, ac körpələr – Banqladeşdə daha tünddür. Və banqladeşli qaçqınlar bütün dünyaya bəs edir. Banqladeş qaçqınları sahilboyu Malayziyaya qədər uzanır.

2000-ci illərin əvvəlində onlara tutulan divanın qorxunc şəkilləri, sahilə çıxmağa çalışan, çimərliklərdə isə bir yığın yerli sakinin maçete (uzun, enli bıçaq) ilə doğradığı ac-susuz qaçqınların fotoşəkilləri yayılmışdı. Onlar qətlə yetirildikləri Birma Arakanından, sonra mühacirlərlə oxşar mübarizənin getdiyi Kra əyalətindən, daha sonra qaçqınları qəbul etməyən, lakin əhalisi müsəlman Malayziyadan keçməli olurlar.

İslam bölgədə bu cür yayılmanı Banqladeşdə yaşayan benqalların bir zamanlar kütləvi şəkildə islama keçidindən sonra başlanıb, çünki induist təbəqə cəmiyyəti çərçivəsində əksəriyyəti aşağı sosial statusa yiyələnmişdi. İslam onları tamdəyərli adam edib. Bu, digər induist ölkələrinə də aiddir. Orta əsrlərdə müsəlman sultanlıqlarının hakimiyyəti bunun sayəsində ildırım sürətilə induist ölkələrinin ərazilərinə yayılıb. Hazırda bütün bölgədə müsəlman anklavları var. Onlar imkan düşən kimi, səs çıxardırlar.

Rohincaların da Birma hökumətinə qarşı vuruşan döyüş dəstələri var və dinc arakanlılar onların əlindən möhkəm əzab çəkirlər.

Ümumiyyətlə, Birmada müsəlmanları çox da sevmirlər. İddia edirlər ki, onlar olan yerdə cinayətkarlıq, xüsusən də zorlamanın sayı çoxalır. Əlbəttə, yalan deyirlər. Amma məlumdur ki, banqladeşli cinayətkarlar tez-tez Birmaya qaçırlar.

Müsəlman icması köç və yüksək doğuş sayəsində durmadan artır. Və buddaçıların müsəlmanları sevməməyinin əsas səbəbi budur. Amma buddaçılar əqidəli müsəlmanları da sevmirlər – onlar islamda müşriklərdir (bütpərəstdirlər) və bundan da yaxşı heç nə gözləməyinə dəyməz.

Lakin ən maraqlısı, bax, budur: əvvəllər bu bölgədə müsəlman qaçqınlara sakitcə zülm edərdilər, indi isə birdən danışmağa başlayıblar.

İnternet şəbəkəsində əzab verilmiş uşaqların minlərlə fotoşəkilləri qanadlanıb və əksəriyyəti Birmaya aid deyil. (Yandırılan cəsədlərin artıq məşhurlaşmış fotoları, ümumiyyətlə, Nigeriyada müsəlman Boko Haramın qurbanları haqdadır.) Bu haqda Britaniya, Türkiyə diplomatları sinxron şəkildə danışmağa başlayıblar.

Kəskinləşmə keçən il rohinca yaraqlıları Səudiyyə Ərəbistanından, çox ehtmal ki, harada aş, orada baş Qətərdən yardım alıb Arakanda Birma polis bölmələrinə hücum edərkən başlanıb. Ardınca sərt cəza əməliyyatı gəlib.

Durumun kəskinləşmə səbəbi nədədir?

Birincisi, Suriya və İraqda islamçıların axırına çıxırlar və sponsorları fəallığı başqa bölgəyə keçirirlər. Hazırda Filippində İŞİD filialı ilə döyüşlərin qızğın çağıdır. Tailandın güneyində Malay separatçı müsəlmanları fəallaşıblar.

Yeri gəlmişkən, Tailand Amerikanın, rəsmi versiyaya görə, qaçqınlar və terrorizm məsələləri ilə uğraşmalı olan hərbi-hava qrupunu Тxuketedə yerləşdirməkdən imtina edib. Taylılar onlardan əşyalarını toplayıb evlərinə getməyi xahiş ediblər. Guya, biz sizin terorizmlə mübarzənizə bələdik. Üstəlik, Tailand əvvəllər, az qala, Amerika müstəmləkəsi sayılıb.

İkincisi, Myanma Pekinin müttəfiqidir. Çin onun ərazisindən Hind okeanına çıxmağa çalışır. Məlum olduğu kimi, Çinin harasa çıxmağa çalışdığı yerdə mütləq islam terrorizmi fəallaşacaq. Gah SUMB-də uyğurlar, gah da müttəfiq Pakistanda puştunlar. Ya da Çinin iki okean arasında kanal çəkməyi planlaşdırdığı Cənub Tailandda malaylılar.

Beləliklə, Rusiya hökuməti qarşısında çətin seçim durur: ya müsəlmanların etirazlarını dəstəkləmək və mahiyyətcə Çinin maraqlarına qarşı çıxış etmək, ya da bu etirazların qabağını alıb müsəlman bölgələrin əhalisini özünə qarşı kökləmək.

Bu yaxınlaradək Moskvanın hansı variantı nəzərdən keçirdiyindən bu fakt xəbər verir ki, ilin əvvəlində Rusiyanın BMT təmsilçisi Myanma üzrə qətnaməni rədd edib, yayda isə Sergey Şoyqu oranın müdafiə nazirini qəbul edib.

Uzaq bir ölkədəki hadisələr gözlənilmədən daxili-siyasi ölçü qazanarkən, indi nəsə dəyişəcəkmi?

Rusiya bu cür çağırışlardan gizlənə bilməz, təşəbbüsü öz əlinə almağa məcburdur. Suriyada olduğu və uğurla nəticələndiyi, Avrasiya qitəsinin istənilən başqa hissəsində baş verəcəyi kimi.

Tərcümə Strateq.az-ındır.






Xəbərin oxunma sayı : 1228




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap