“Mənim və atamın adının bu siyahıya salınması axmaqlıqdır...” Elgiz Əkbər verilişdən qovuldu - efirdə qalmaqal Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda İrem Derici reanimasiyaya yerləşdirildi
Axtar
 
  • / Maqazin / — 23 Sentyabr 2017

    “Mənim və atamın adının bu siyahıya salınması axmaqlıqdır...”

  • / Maqazin / — 23 Sentyabr 2017

    Elgiz Əkbər verilişdən qovuldu - efirdə qalmaqal

  • / Maqazin / — 20 Sentyabr 2017

    Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda

  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

Nazir öz qardaşının şirkətinə 5 milyon pay verib? – “Heydər Əsədov göstəriş verib ki…”

Tarix 06.09.17, 2:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində şübhəli maliyyə dövriyyəsi olması ilə bağlı icmal.az saytının redaksiyasına məlumatlar daxil olub. Sayt xəbər verir ki, faktı dəqiqləşdirmək üçün bir həftə öncə Kənd Təsərrüfatı Nazirliyinə, eləcə də nazir Heydər Əsədova və mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevə elektron qaydada sorğu göndərsə də, sorğuya hələ ki, cavab verilməyib.

Sayta daxil olan məlumatda qeyd edilir ki, bir fermer 2016-cı ildə taxilsəpən aqreqatı “Aqrolizinq” ASC-dən 6100 manata alıb. Bu il isə “Aqrolizinq” ASC həmin aqreqatı 9600 manata satır.



Təqdim edilən fotoda “Aqrolizinq” ASC-nin 2016 və 2017-ci illər üçün verdiyi alış-satış sənədini və bu il “Aqrolizinq” ASC-nin rəsmi internet səhifəsində göstərilən qiyməti görə bilərsiz. Diqqət yetirin, hər ikisi eyni modeldir (HBM-N24). Fərq yalnız istehsal illərindədir. Yəni, keçən il alınan 2016-ci ilin, bu il alınan isə 2017 il istehsalıdır.



Məlumatlı mənbə qeyd edir ki, “Aqrolizinq” ASC-nin işçilərinə sual verəndə ki, niyə eyni avadanlıqda 50 faizdən çox fərq var, deyirlər ki, köhnə dövrlərdən bütün avadanlıqlar açıq tenderlə alınırdı, ona görə ucuz olurdu. Bu il isə cənab nazir Heydər Əsədov göstəriş verib ki, nazirin qardaşının şirkətlərilə birbaşa müqavilə bağlansın. Nazirin qardaşının şirkətləri isə bu qiymətlərlə satır.

Nəzərə alsaq ki, tək bu il 1500 ədəd taxıl səpən avadanlıq alınıb və hər birinin qiymətində 3500 manat fərq var, belə çıxır ki, hörmətli nazirin qardaşı ancaq bir növ avadanlıqdan 5 milyon manat qazanıb… 

Hörmətli nazirin qardaşının şirkətlərinin bu il “Aqrolizinq” ASC ilə ümümilikdə 50 milyon manatlıq müqavilə bağladığı iddia edilir…

P.S. Yazıdakı iddialarıa bağlı Nazirliyin də mövqeyini açıqlamağa hazırıq. 





Xəbərin oxunma sayı : 550

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda