Azərin: “O sevgini yaşamıram” Ferhat Göçer Ququşla duet oxuyacaq “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə Talıb Tale: “Orda telefonumu oğurladılar”
Axtar
 
  • / Maqazin / — 22 Noyabr 2017

    Azərin: “O sevgini yaşamıram”

  • / Maqazin / — 22 Noyabr 2017

    Ferhat Göçer Ququşla duet oxuyacaq

  • / Maqazin / — 22 Noyabr 2017

    “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə

  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

Mövsümovdan 100 milyon geri istənilir – “Təcili qaytar!”

Tarix 07.09.17, 21:12

Font ölçüsü : - / +
bitmap-img6


“Bank Standard” Qapalı Səhmdar Cəmiyyəti Kreditorlar Komitəsinin bugünkü iclasında sensasiyalı informasiya səslənib.

“Report”un  xəbərinə görə, Azərbaycandakı dövlət fondlarından birinin rəhbərinin qardaşı ləvğetmə prosesində olan "Bank Standard" QSC-dən girovsuz olaraq 100 milyon  manatdan çox kredit götürüb.

Bunu qurumun sədri, hüquqşünas Əkrəm Həsənov deyib.

Bununla belə, Əkrəm Həsənov kimdən söhbət getdiyini dəqiqləşdirməyib. Amma virtualaz.org-un mənbələri bildiriblər ki, söhbət Azərbaycanın dövlət xadimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru (Vikipediya onu məhz belə təqdim edir) Şahmar Mövsümovun qardaşı - növbəti "kredit oliqarxı", biznesmen Şahin Mövsümovdan gedir.

shahin_movsumov_040517_2

Virtualaz.org-un mənbələri onu da bildiriblər ki, bu kreditin alınmasında Azərbaycan Mərkəzi Bankından yüksək vəzifəli məmur da öz rolunu oynayıb. Amma indi, yeri gəlmişkən,  bir az əvvəl "Tərəqqi" medalı almış Şahin Mövsümov qarşısında qəti şərt qoyulub: “100 milyondan çox manatı təcili  qaytar!”



Xəbərin oxunma sayı : 1102

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda