Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kreml elitasında parçalanma? – İqor Seçin hər an Putinin əsas rəqibinə çevrilə bilər - TƏHLİL

Tarix 10.09.17, 3:35

Font ölçüsü : - / +
bitmap-img6


"Apostrof" (Ukrayna), 08.09.2017


Son illərdə Rusiyanın energetikadan gəlirləri azaldıqca, “Rosneft” öz mövqelərini təcavüzkarcasına möhkəmləndirir. Neft nəhəngi energetika sektorunda bölgünü dəyişdirmək, rəqibi “Qazprom”un təbii qaz ixracatına monopoliyasının axırına çıxmaq üçün öz nüfuzundan yararlanmağa ümid edir.

“Rosneft”in artan nüfuzu onun başçısı İqor Seçinə şəxsi rəqibləri ilə münaqişəyə başlamaqla energetika siyasəti hüdudlarından kənara çıxmaq imkanı verib ki, bu da Rusiya prezidenti Vladimir Putinin reaksiyasını doğura bilər.

Lakin Putin Seçini vəzifədən götürməyi qət etsə, nəticələr RF energetika sektorundan kənara çıxaraq tamamilə başqa miqyaslar qazanacaq.

Amerikanın "Stratfor" özəl kəşfiyyat-analitika şirkətinin “Apostrof”un sərəncamında olan hesabatında bundan danışılır.

Rusiya prezidenti Valdimir Putin 2000-ci illərin əvvəli-ortasında hakimiyyəti möhkəmləndirməyə başlayanda həm də ölkənin energetika sektorunu bərkidib. Putin iki böyük energetika şirkəti – “Rosneft” və “Qazprom”un yaradılmasına hamilik edib. Onlar meydana çıxıdğı andan bəri Kremlin ən qiymətli aktivi olub, gəlirləri Rusiya dövlət büdcəsinin yarısını bağlayıb və yanacaq qiymətinin yüksək olduğu dövrlərdə ÜDM-in 25%-ni təşkil edib.

Hətta 2014-cü ilin ortalarında neft qiymətləri düşdükdən sonra “Rosneft” və “Qazprom”un gəlirləri azalsa da, RF-nin strateji aktivi olaraq qalır.

Ancaq gəlirin azalması Kreml elitasını piroqun ən böyük tikəsini əldə etmək uğrunda rəqabətə məcbur edib. Və ən təcavüzkar rəqib iddialı menecer İqor Seçinin rəhbərliyi altındakı “Rosneft” olub. “Rosneft” öz rəqibi “Qazprom”u hər cür qabaqlamağa cəhd edib ki, energetika sektorunda və bütünlükdə Rusiyada nüfuzunu gücləndirsin.


“Rosneft”in inkişafı


“Qazprom” uzun müddət Kremlin energetika tərəfdaşı olub, Rusiya təbii qazının ixracatında monopoliyanı saxlayıb. “Qazprom”un qaz ixracatı bazarındakı hakim durumu keçmiş sovet respublikaları, həmçinin Avropa və Türkiyə ilə münasibətlərdə Moskvanın səmərəli aləti olub. Lakin qazın dünya qiymətlərinin düşməsi, həmçinin Avropada, Avrasiyada və Yaxın Şərqdə energetika tədarüklərinin şaxələndirilməsi üzrə bir sıra layihələr “Qazprom”un bu bölgələrdə işlərin durumuna təsir qabiliyyətini məhdudlaşdırıb ki, bu da öz növbəsində Kremlin mövqeyini zəiflədib.

Və “Rosneft” yaranmış durumdan faydalanıb. İndi rəqibi zəifləyərkən şirkət yeni aktivləri ələ keçirməyə başlayıb. “Rosneft” hətta Putin ictimai şəkildə çəkindirəndən sonra da 2016-cı ilin oktyabrında böyüklüyünə görə ölkənin altıncı şirkəti “Başneft”i  almaq üzrə saziş bağlayıb. Nəhayət, “Rosneft” “Başneft”i  almaq icazəsinin əvəzində öz aktivlərinin böyük qismini özəlləşdirməkdə Kremlə razılıq verməklə qalib gəlib.

“Rosneft” “Qazprom”la rəqabətini sürətlə inkişaf etdirib. İyunda direktorlar şurasının iki üzvünü “Qazprom”a loyal, yeni səhmdarlar içindən seçilmiş iki adamla əvəzləyib. Və indi daha öz energetika zonasında qalmağa marağı olmayan neft şirkəti “Qazprom”un uzun müddət yönəltdiyi təbii qaz sektoruna göz dikib. “Rosneft” qaz hasilatını 2012-ci ildəki 2 milyard kubmetrdən 2016-cı ildəki 67 milyard kubmetrədək artırıb. Bu rəqəm 2020-ci ilə doğru isə 100 milyarda yetəcək. Bu, “Qazprom”un hasilat həcminin dörddə birindən hələlik azdır, amma “Qazprom”un qaz hasialtı sektorunda bölüşməyə hazır olduğu paydan xeyli çoxdur. Bundan başqa, “Rosneft” öz rəqibinin Rusiya və xaricdəki müştərilərini şirnikləndirmək üçün qiymət təyinində daha çevik mexanizmlər təklif edir ki, bu da “Qazprom”u əsəbiləşməyə və bu nümunəni izləməyə məcbur edir.


Boru kəmələrinin gücü və siyasi rıçaqlar


“Rosneft”in strategiyası siyasi mövqeyi möhkəmlətmək üçün özünün yüksələn statusundan yararlanmaqdan ibarətdir. Şirkət Misir, Liviya, Hindistan, Venesuela, Almaniya, Suriya və Çin kimi xarici ölkələrlə getdikcə daha fəal əməkdaşlıq edir. “Rosneft”in Kremlin xahişi ilə bu cür davrandığı və yaxud şəraitin bu cür uğurlu biçimləndiyi hələlik aydın deyil, amma necə olur-olsun, indi “Rosneft”in fəaliyyəti Moskvanın xarici siyasət hədəfləri ilə əsaslı şəkildə üst-üstə düşür və ona siyasi təsir rıçaqları verir.

“Rosneft”in əsas hədəflərindən biri “Qazprom”un boru kəmərləri üzrə təbii qaz ixracatına son qoymağa Kremli inandırmaqdır. Həm də şirkət Seçinin başçılığı ilə müəyyən tərəqqiyə nail olub. Rusiya KİV-ləri avqustun əvvəlində xəbər verib ki, “Rosneft” Rusiya Təhlükəsizlik Şurasının iqtisadi və sosial sahələrdə təhlükəsizlik üzrə komissiyası ilə qapalı görüş keçirib. Komissiya qaz ixracatını liberallaşdırmağı tövsiyə edib, Rusiya Federal Antimonopoliya Xidməti isə təxmin edir ki, bu cür liberallaşdırma artıq 2018-ci ildə baş verə bilər, amma Energetika Nazirliyi 2020-ci ilə işarə edir.

Qaz ixracatının mərhələli liberallaşdırılması “Rosneft” üçün son dərəcə sərfəli olar, ona əvvəlcə diqqəti Asiyaya gedən boru kəmərləri ilə ixracata cəmləşdirmək imkanı verərdi. “Qazprom” indi Çinə mavi yanacaq tədarükü üçün inşa edilən “Sibirin gücü” boru kəmərini istifadə edəcək yeganə şirkət olmaq cəhdində qətiyyətlidir.  Lakin Pekin Rusiyanın energetika nəhəngləri arasındakı rəqabətdən uduşu hesablayır. “Rosneft” son aylarda təbii qaz sahəsində Çin şirkətləri ilə bir sıra sazişlər imzalayıb və bölgədə bütün bölgələrdə tam liberallaşmaya qapı açacaq liberallaşdırmada qəti addıma ümid edir. Yuksələn rəqabət çinlilər, avropalılar və türklərə səmərə gətirir.


Seçin şəxsiyyətlərə keçir


“Rosneft”in bir sıra maliyyə və siyasi uğurlarını onun rəhbərinin özünəinamı möhkəmləndirib. Rusiyanın ağırçəkili siyasiləri ilə çoxillik münasibətlər saxlayan və FTX ilə güclü ittifaqa malik olan Seçin indi artan nüfuzundan istifadə edir ki, düşmənlərini nişangaha götürsün. 2016-cı ildə Rusiya iqtisadiyyat naziri Aleksey Ulyukayev rüşvətxorluq və şantaj ittihamı ilə həbs edilib – ola bilsin, postsovet Rusiyasında ən səs-küylü həbs idi.

Ulyukayev Seçin və “Rosneft”lə uzun illər mübarizə aparan Putin tərəfdarlarının böyük düşərgəsinə mənsub idi. Ulyukayev məhkəmədə iddia edib ki, Seçin və FTX ona badalaq gəliblər (tərəfdarının, ehtimal ki, Seçinin quraşdırdığı  həbsinə münasibətdə Putinin mövqeyi aydın deyil).

Seçin bu yaxınlarda Putinin başqa bir silahdaşı – “Rosneft”i Çeçenistanda zavod inşası üzrə öhdəlikləri pozmaqda ittiham edən Çeçenistan başçısı Ramzan Kadırovla siyasi cəngə girişib. “Rosneft” ittihamı rədd edərək bildirib ki, texniki araşdırma aparır. Lakin münaqişə “Rosneft”lə yatırım olmaması səbəbindən “Rosneft”dən RF-nin bu bölgəsindəki aktivlərini respublika hökumətinə verməyi çoxdan tələb edən Çeçenistan arasında daha dərin qarşıdurmanı üzə çıxarıb.

Bu arada Seçinin FTX-dəki silahdaşları respublika təhlükəsizlik qüvvələrində daha nüfuzlu durum uğrunda mübarizə aparırlar.

Seçin “Başneft"in keçmiş sahibini – “Sistema” SMŞ yatırım şirkətini, guya, “Başneft”ə vurduğu ziyana görə məhkməyə verərək, bizneslə şəxsi qisası daha bir arenada qarışıq salıb. Məhkəmə avqustda “Sistema” SMŞ-i “Başneft”in yenidən qurulması zamanı aktivlərini ondan götürdüyünə görə, “Rosneft”ə 2,3 milyard dollar ödəməyə məcbur edib.


“Neft çarı” çox uzağa gedib?


“Rosneft”in nüfuzunun sürətlə genişlənməsi və bir sıra qələbələri Seçinin öz üzərinə gücüyetməz vəzifə götürüb-götürmədiyi haqda suallar doğurur. “Rosneft”in Rusiya energetika sektorunda önəmli payı və Seçinin FTX-də və oliqarxlarla çoxsaylı əlaqələri nəzərə alınmaqla, ola bilsin, “neft çarı” Putindən sonra böyüklüyünə görə ikinci adamdır. Müxtəlif səbəblərə görə isə – iqtisadi geriləmədən tutmuş siyasi mübarizə və sosial problemlərədək – Putin Rusiya daxilində müxtəlif qruplar tərəfindən getdikcə daha çox təhlükə duyur. Öz iddiaları xatirinə çox şeyə getməyə hazır olan Seçin bu qrupların arxasında duran əsas mühərriklərdən birinə çevrilir.

Putin artıq göstərib ki, Kreml elitasının önəmli təmsilçilərini, hətta on illər boyu Seçin kimi onun tərəfində olanları da aradan götürməyə hazırdır. Lakin Seçin güclü müttəfiqləri və geniş nüfuzu ilə həmin güc strukturlarıyla əlaqəli oliqarxdır ki, yıxılmaq üçün son dərəcə böyük çıxa bilər. Onun çöküşü “Rosneft”dən və şəxsi əlaqələrindən çox uzaqlarda əks-səda verərək, bütünlükdə Rusiyada sabitliyi təhdid edə bilər.  

ABŞ özəl kəşfiyatı qeyd edir ki, Rusiya KİV-ləri və müşahidəçilərin məlumatına görə, Putin nüfuzlu tərəfdarlarından öz ətrafında divar ucaldır – Kadırov, “Rostex”in başçısı Sergey Çermezov,  prezident köməkçisi Vladislav Surkov, baş nazir Dmitri Medvedyev, Dövlət Duması spikeri Vyaçeslav Volodin, maliyyəçi Yuri Kovalçuk və başqaları bunların içindədir. Onun silahdaşlarının əksəriyyətinin Seçində olan güclü aktivləri olmasa da, hər halda Putinə əlavə imkanlar verirlər. Məsələn, Rusiya prezidenti zəifləyən “Qazprom”un başına siyasətcə güclü Medvedyevi qoya bilər. O, artıq yeni yaradılmış və birbaşa Putinə tabe olan Milli Qvardiyanı inkişaf etdirir və son nəticədə FTX-yə əks-tarazlıq ola bilər.

Bütünlükdə Seçin və “Rosneft” Kreml daxilində hakimiyyət uğrunda daha böyük mübarizənin tərkib hissəsidir. Rusiya getdikcə daha da qeyri-sabit olur və buna görə də Putini onun idarəçiliyini təhdid edə biləcək gerçək siyasi rəqibi qarşısında görmək getdikcə daha çox qorxudur. Seçinin intişar tapan nüfuzu və “Qazprom”la “Rosneft” arasındakı qarşıdurma siyasi təhlüklələrin qaranquşu ola bilər.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 517




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap