Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO Həyat yoldaşına 300 minlik avtomobil aldı Kənan Doğulu Bakıda konsert verdi Elgiz əməkdar artistin görünüşünü lağa qoydu
Axtar
 
  • / Maqazin / — 21 May 2018

    Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO

  • / Maqazin / — 20 May 2018

    Həyat yoldaşına 300 minlik avtomobil aldı

  • / Maqazin / — 20 May 2018

    Kənan Doğulu Bakıda konsert verdi

  • / Maqazin / — 18 May 2018

    Elgiz əməkdar artistin görünüşünü lağa qoydu

  • / Maqazin / — 17 May 2018

    Məryəm libası ilə ulduzları geridə qoydu - Foto

  • / Maqazin / — 05 May 2018

    Nadir Qafarzadə əməliyyat olunacaq

Elman Rüstəmov da girovsuz kredit götürübmüş – 700 milyon, hələ də qaytarmayıb

Tarix 10.09.17, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Bankı və ölkənin başqa əsas banklarını dağıtmış kredit oliqarxları ilə bağlı məsələ hələ öz həllini tapmayıb. Xatırladaq ki, “böyük neft pulu illəri”ndə bir çox banklar maliyyə-kredit sisteminə məsuliyyətsiz münasibət nəticəsində talanıb və boşaldılıb.

Virtualaz.org indiyədək bank sektorunun problemlərinə, əsas emissiya, maliyyə-kredit institutu və bankların fəaliyyətinin nizama salınması səlahiyyəti verilmiş qurum kimi Mərkəzi Bankın məsuliyyətini ayrıca vurğulayaraq, bir neçə analitik yazı həsr edib.

Son illərdə prezident İlham Əliyev də həm hökumətin iclaslarında, həm də ictimaiyyət nümayəndələri ilə görüşlərində çıxışları zamanı bank sektorunun ən sürətli şəkildə sağlamlaşdırılması zərurətinə, eləcə də Azərbaycan biznesinə və iqtisadiyyatına kreditlərin ayrılması məsələsinə tez-tez toxunur.

Ancaq bank ekspertləri virtualaz.org-un redaksiyasına həyəcan və təəccüb doğuracaq informasiya veriblər. Qeyd edək ki, bu mənbələrin etibarlılığına heç bir şübhə yoxdur.

Beləliklə, verilən xəbərdən məlum olur ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov özü də kredit oliqarxı hesab edilə bilər. Demə, E.Rüstəmov birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub. Devalvasiyadan əvvəlki məzənnə ilə bu təxminən 1 milyard dollar təşkil edir.

Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün “Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb.

Azərbaycan iqtisadiyyatının kreditləşməsinə və yeni layihələrin həyata keçirilməsinə xüsusi ehtiyac duyulduğu, iqtisadi və maliyyə böhranının yaşandığı bir dövrdə Mərkəzi Bank başçısının təşəbbüsü çox qəribə görünür və təəccüb doğurur.

Yaxın vaxtlarda biz məsələ ilə bağlı Mərkəzi Bank rəhbərinin nöqteyi-nəzərini təqdim etməyə və bu problemə yenidən qayıtmağa çalışacağıq.



Xəbərin oxunma sayı : 532

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda