Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Sovet pilotu sirli qırıcını ABŞ-a necə qaçırdı?

Tarix 11.09.17, 6:32

Font ölçüsü : - / +
bitmap-img6


Bu əhvalat 1976-cı ildə baş verib. SSRİ Hərbi Hava Qüvvələrinin pilotu ultra-modern MiQ-25 təyyarəsini ölkədən qaçırır. Təyyarə Yaponiyada yerə enir və bundan sonra pilot ABŞ-dan sığınacaq istəyir. Sovet İttifaqında isə onun bir daha heç vaxt görə bilməyəcəyi həyat yoldaşı və övladları qalır.

O, təlim uçuşu zamanı qaçmağa qərar verir. Viktor Belenkonun təyyarəsi tamamilə gözlənilməz şəraitdə radarlardan itir. Yerdə hər kəs onun birbaşa dənizə çırpıldığını düşünür. Sonradan pilotun aşağı hündürlükdə uçuş həyata keçirərək hər kəsi aldatdığı bəlli olur. Sovet hərbçiləri dərhal qaçağın yaxalanması üçün yaponlarla əlaqə saxlayır, ancaq təqibə başlayan kimi təyyarə yenidən radarlardan yoxa çıxır. Belenkov mülki aerodromlardan birinə eniş edir və onu gizlətmələrini xahiş edir.

Bu yolla 40 il əvvəl Viktor Belenko sirlərlə dolu MiQ-25 təyyarəsini Qərbə çatdırır.

"Qaynarinfo" axar.az-a istinadən Soyuq müharibənin bu möhtəşəm epizodunun hərbi aviasiyanın inkişafında daşıdığı önəm barədə “BBC Future”nin yazısını təqdim edir:

6 sentyabr 1976-cı ildə Hokkaydo adasının Hakodate şəhəri üzərindəki bulud təbəqəsində qeyri-adi bir təyyarə görünür. Böyük, ikimühərrikli reaktiv maşın şəhər sakinlərinin görməyə adət etdiyi yerli sərnişin təyyarələrinə bənzəmirdi. Təyyarənin boz gövdəsi üzərində beşguşəli qırmızı ulduz çəkilmişdi. Qərbdə hələ heç kəs belə bir uçan aparatı müşahidə etmək imkanı əldə etməmişdi.

Təyyarə yerli aerodromda enişə keçir, ancaq eniş zolağı bunun üçün olduqca qısa olur. Zolaqdan çıxan təyyarə hava limanının bitiş nöqtəsinə çatana qədər onlarla metr torpaq yolda sürüşür. Pilot kabinədən çıxaraq tapança ilə artıq maşınlarını tərk edərək baş verənlərin şəkillərini çəkmiş hava limanının şossesində hərəkət edən sürücüləri qorxutmaq üçün havaya 2 dəfə xəbərdarlıq atəşi açır.

Hava limanının təmsilçilərinin hadisə yerinə gəlməsinə qədər bir neçə dəqiqə keçir. Bu zaman 29 yaşlı leytenant Viktor İvanoviç Belenko təslim olmaq niyyətində olduğunu bildirir.

Belenkonun qaçışı kifayət qədər qeyri-adi oldu. O öz vətənində heç bir xarici səfirlikdən sığınacaq istəmədi və xarici limana daxil olarkən də qaçmadı. 600 km-dən çox uçduğu və indi əyilmiş təkərləri ilə bir yapon əyalətində aerodromda dayanan təyyarəsi o dövr üçün ən gizli sovet hərbi maşını sayılırdı. Belenko onu Yaponiyaya qaçırdıqdan sonra isə hər şey dəyişdi.

Qərbdə MiQ-25 barədə ilk dəfə təxminən 1970-ci illərdə öyrənildi. Sovet hərbi aerodromlarını müşahidə edən kəşfiyyat peykləri xaricdən nəhəng ölçülü qırıcını xatırladan yeni tip təyyarə aşkarladı.

Qərbi hərbi ekspertləri tərəfindən gizli obyektin qanadının böyük ölçüləri xüsusilə həyəcana səbəb oldu. Bir qırıcı üçün böyük ölçülü qanadlar kifayət qədər faydalı sayılmalıdır. Onlar daha çox yüksəliş gücü yaradır, bundan əlavə təyyarənin çəkisi daha böyük daşıyıcı səthə yayılır ki, bu da ona geniş manevr imkanları yaradır.

MiQ-25 tərəfindən yaradılan xəyali təhlükə ABŞ-ın yüksək sürətli və yüksək manevr imkanlarına sahib yeni bir döyüş təyyarəsi - “F-15 Eagle”ı- yaratmasına səbəb oldu. 40 il keçməsinə baxmayaraq, ABŞ Hərbi Hava Qüvvələrinin sıralarında F-15 qırıcı təyyarələri hələ də xidmət aparır. Qərbin bu qədər narahatlıq keçirdiyi MiQ-25 təhlükəsinin isə daha çox uydurma olduğu ortaya çıxır. Sovet qırıcısının radarı Amerikada bundan illər əvvəl istifadə olunmuş texnologiyaya əsaslanaraq hazırlanmışdı: tranzistorlar yerinə təyyarədə vakuum borularından istifadə olunmuşdu (bunun sayəsində radar nüvə partlayışı zamanı elektromaqnit dalğalarının müdaxiləsinə dözümlü olur).

Nəhəng yanacaq sərfiyyatı təyyarənin uçuş aralığını ciddi şəkildə məhdudlaşdırırdı. MiQ-25 təyyarəsinin qadir olduğu yeganə şey havalandıqdan sonra cəld şəkildə sürətlənməsi, təcavüzkar və ya kəşfiyyat məqsədləri ilə hava sahəsini pozan təyyarələri yaxalamaq üçün olduqca yüksək sürətli uçuş qabiliyyətidir.

Belenkonun qismən yığılmış təyyarəsi gəmiyə qoyularaq SSRİ-ə geri qaytarıldı. Yaponiya MiQ-25 təyyarəsinin çatdırılması və eniş zolağından çıxan zaman Hakodate aerodromuna vurduğu ziyana görə SSRİ hökumətindən 40 min dollar tələb etdi.

Belenko SSRİ-ə geri dönmədi. Ona ABŞ-a getməyə şərait yaratdılar. ABŞ Prezident Cimi Karter tərəfindən Belenkoya ABŞ vətəndaşlığı verilməsi barədə qərar şəxsən təsdiqləndi. Belenko daha sonra ABŞ Hərbi Hava Qüvvələrində aviasiya mühəndisi və məsləhətçisi oldu.

Belenkonun hərbi bileti və Yapon dənizi üzərində uçuş zamanı etdiyi qeydlər indiyə qədər Vaşinqtonda MKİ muzeyində sərgilənir.

(Qaynarinfo.az)



Xəbərin oxunma sayı : 457




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap