Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

AFFA-nın bilet qanunsuzluğu - FOTO

Tarix 11.09.17, 14:07

Font ölçüsü : - / +
bitmap-img6


AFFA Azərbaycan millisinin oyunlarına satdığı biletlərdə ciddi nöqsana yol verir. Həmin biletlərdə qanunsuzluq var.

Məsələ burasındadı ki, AFFA ciddi hesabat blankı sayılan biletləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2005-ci il 22 dekabr tarixli əmri ilə çap edir. Bu isə artıq qüvvədən düşüb və 2016-cı il aprelin 4-də nazirliyin yeni qərarı qüvvəyə minib. Hazırda bütün biletlər məhz həmin qərara uyğun çap olunmalıdı. AFFA-nın qüvvədən düşmüş əmri əsas götürməsi isə qanunsuzluqdu.

Burda formanın dəyişdirilib-dəyişdirilməməsindən söhbət getmir. Əgər biletin çap forması ötən il qəbul edilən qərarda 2005-ci il əmrində olduğu kimi saxlanılıbsa belə, üzərində yeni qərarın adı qeyd olunmalıdı, qüvvədən düşmüş əmrin yox.

Kiçik araşdırma apardıq və məlum oldu ki, həm klubların oyunları, həm də bu il Bakıda təşkil edilən İslam Oyunlarının biletlərinin üzərində hazırda qüvvədə olan qərar əks etdirilib. AFFA isə hətta millinin DÇ - 2018-in seçmə mərhələsində San-Marinoya qarşı oyunu üçün satdığı biletlərin üzərində də qüvvədən düşmüş əmri qeyd edib.

Biletlərin yeni qərara uyğun çap edilməməsinin qanunsuzluq olduğunu Maliyyə Nazirliyi də təsdiqlədi. Bildirdilər ki, birbaşa qanun pozuntusudu və cərimə tətbiq edilir. Cərimələri Vergilər Nazirliyi tənzimləyir. Vergilər Nazirliyindən aldığımız məlumata görə, həqiqətən də buna görə cərimə nəzərdə tutulub. Məbləğ açıqlanmasa da, hər dəfə cərimənin miqdarının artdığını söylədilər.

AFFA isə artıq neçənci dəfədi ki, ya məlumatsızlıqdan, ya da bilərəkdən eyni qanunsuzluğa yol verir.

Yazdıqlarımızın sübutu olan fotoları təqdim edirik.

"FutbolPress"






Xəbərin oxunma sayı : 346




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap