Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub Hüseynin anası Rozanı məhkəməyə verir Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu” Azərbaycanlı model ilk onluğa düşdü – FOTO
Axtar
 
  • / Maqazin / — 17 İyun 2018

    Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub

  • / Maqazin / — 17 İyun 2018

    Hüseynin anası Rozanı məhkəməyə verir

  • / Maqazin / — 06 İyun 2018

    Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu”

  • / Maqazin / — 04 İyun 2018

    Azərbaycanlı model ilk onluğa düşdü – FOTO

  • / Maqazin / — 04 İyun 2018

    Özünüz soyunursuz cəhənnəmə, üzümüzün abrını soyundurmayın!

  • / Hadisə / — 03 İyun 2018

    Yarım milyonluq üzüyünü restoranda unutdu

Neftçi”yə yeni baş məşqçi təyin olundu

Tarix 11.09.17, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


"Neftçi”nin əsas komandasına yeni baş məşqçi təyin olunub.

AzFakt.com bildirir ki, bu barədə paytaxt təmsilçisinin saytı xəbər yayıb. Bildirilir ki, “ağ-qaralar”a Tərlan Əhmədov rəhbərlik edəcək. Təcrübəli mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

T.Əhmədov bu gün saat 17:00-da komandanı məşqə çıxaracaq.

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində sentyabrın 16-da baş tutacaq "Neftçi” – "Zirə” oyunundan bir gün əvvəl 45 yaşlı yeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, T.Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib. 1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib.

2011-2013-cü illərdə "Neftçi”də məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə komandamız Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub, futbol tariximizdə ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).



Xəbərin oxunma sayı : 130

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda