Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda İrem Derici reanimasiyaya yerləşdirildi Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm” "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi
Axtar
 
  • / Maqazin / — 20 Sentyabr 2017

    Dirijor Bərdia Kiyarəs Musiqili Teatrda

  • / Maqazin / — 19 Sentyabr 2017

    İrem Derici reanimasiyaya yerləşdirildi

  • / Maqazin / — 16 Sentyabr 2017

    Emin Ağalarov: “Mən prezidentə kömək etməyə layiq deyiləm”

  • / Maqazin / — 14 Sentyabr 2017

    "Şəkilləri silmək üçün 100 min təklif etdilər" - Edanın eks sevgilisi

  • / Maqazin / — 12 Sentyabr 2017

    Müğənni Nüşabə Ələsgərli qəza törədib

  • / Maqazin / — 12 Sentyabr 2017

    Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

Deputat hökumətə çağırış etdi:“Dollarla olan kredit məsələsi həll edilsin”

Tarix 11.09.17, 19:04

Font ölçüsü : - / +
bitmap-img6


“Artıq Azərbaycanda insanların banklara olan kredit borcu 1,8 milyard manata yaxınlaşıb. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Deyirlər ki, banklarda sağlamlaşdırma prosesi, sağlamlaşdırılma aparılır. Amma mən onu görmürəm. Çünki banklar bu gün də 28-30 faizlə kredit verirsə, hansı sağlamlaşdırmadan söhbət gedə bilər?”.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən işlər görür. Amma bunun effekti yox səviyyəsindədir: “Effekt o zaman olardı ki, keçmiş kreditlərin həcmi azalardı. Həmçinin, insanlar normal kredit ala bilərdilər. Banklar da insanlara müəyyən güzəştlərə gedə bilərdi. Düzdür, müəyyən banklar var ki, güzəştlər edirlər. Biz o vaxt bununla əlaqədar müəyyən təkliflər verdik. Bildirdik ki, dollarla olan kreditlərin qaytarılmasını 4 tərəf bölüşdürsün. Bununla da dollarla olan kreditlərin məsələsi həll edilsin. Çox təəssüflər olsun ki, təkliflərimiz qəbul edilmədi”.

V.Əhmədov qeyd edib ki, insanların banklara kredit borcları azalmaq əvəzinə artır: “Bu rəqəm getdikcə azalmaq əvəzinə, artır. Bir il bundan əvvəl  kredit borcu 1,6 milyard manat idisə, hazırda 1, 8 milyard manatdır. Bu da maliyyə, kredit bazarına çox ciddi təsir göstərəcək. Hesab edirəm ki, dövlət orqanları, Maliyyə Bazarlarına Nəzarət Palatası, banklar bir araya gəlib, müəyyən addımlar atmalıdırlar. Banklarda ölmüş kreditlər var. Banklar da bilir ki, həmin kreditlər qaytarılmayacaq. Banklar insanları məhkəməyə verir, onların əmlaklarını əllərindən alırlar. Bu gün girov məsələsi çox ciddidir. Hesab edirəm ki, bu məsələlər dövlət səviyyəsində öz həllini tapmalıdır”.



Xəbərin oxunma sayı : 208

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda