Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Elmar Məmmədyarov Aİ Nümayəndəliyinin yeni rəhbərini qəbul edib

Tarix 12.09.17, 1:30

Font ölçüsü : - / +
bitmap-img6


Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskası qəbul edib

XİN-dən verilən məlumata görə, Elmar Məmmədyarov Səfir Kestutis Yankauskası Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Səfir Kestutis Yankauskas fəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti mərhələsi ilə bağlı müzakirə aparılıb. Danışıqlar prosesinin konstruktiv və qarşılıqlı anlaşma şəraitində aparılmasından məmnunluq ifadə olunub. Aİ ilə Azərbaycan arasında enerji, nəqliyyat, mülki aviasiya və humanitar sahədə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin region üçün əsas təhdid olduğunu deyən Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verib.




Xəbərin oxunma sayı : 124




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap