Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyanın ən təhlükəli qidaları - Amma hər gün istifadə edirik

Tarix 12.09.17, 3:00

Font ölçüsü : - / +
bitmap-img6


Moderator.az Avropa dietoloqlarının hazırladığı siyahıya əsasən, insan orqanizmi üçün ən təhlükəli qidaların siyahısını təqdim edir:

Dəniz canlıları- Amma təbii ki, hamısı yox. Elə dəniz balıqları, (eləcə də digər canlıları) var ki, onları yemək orqanizm üçün çox faydalıdır. Lakin az bişmiş və qabığı (bəzilərində dərisi) çiy olan dəniz canlıları isə birbaşa mikrob mənbəyidir. Amma bu gün dünyanın ən elit restoranlarında belə ikincilərə daha çox diqqət edilir. Dəniz məhsullarını, bitkilərini yaxşı qaynatmaq, dəniz canlılarını isə yaxşı qızartmaq gərəkir. Əks halda, onlar insan dərisində hətta ölümlə nəticələnə bilən allergiya yarada bilərlər;

Kartof fri – yəqin, hamınız təəccüblənəcəksiniz. “Bəşəriyyət üçün ikinci çörək sayılan və dünyada ən çox yayılan bitkilərdən olan kartofun ziyanı nədir ?” sualı yaranacaq. Əslində, bu arqument də doğrudur. Lakin cüxi bir detala diqqət edək: üstü cücərməkdə olan kartoflar (əsasən, çox qaldıqda, rütubətli yerlərdə çox saxlandıqda bu kimi hallar baş verir) ən təhlükəli toksin mənbəyidir. Həmin toksinlər hər gün sevə-sevə istifadə etdiyimiz kartof cipsləri və kartof fridə də ola bilər. Qaynadılmış kartof soyutması da bu zərərdən xali deyil.

Sosiskalı sendviç- Təbii ki, digər fast –food qidaları kimi bu cür sendviçlərin də orqanizmə zərəri çoxdur. Xüsusən də mədə-bağırsaq sisteminə... Lakin bu yeməyi təhlükəli edən tamam başqa səbəb var: Xüsusən də Avropada yeddi yaşlı uşaqlar arasında sosiskalı sendviçdən boğulma halları bir neçə dəfə yaşanıb. Ona görə də, sosikalı sendviç məhz bu xüsussiyyətinə görə təhlükəli qidalar sırasında daxile dilib;

Albalı- Nə qədər qəribə də olsa, həm özünü, həm mürəbbəsini,həm şirəsini sevdiyimiz albalı sən demə, boyatlaşdıqca insan orqanizmi üçün zərərverici aqreqata çevrilir. Albalı getdikcə xüsusi zəhərli maddə olan hidrogen siorum maddəsini özünə çəkir ki, bu da orqanizm üçün çox zərərlidir.



Xəbərin oxunma sayı : 235




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap