“Məni milyonçu hesab edirlər” - Vasif “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası Elnarə ilə Tolik arasında dava Elza Seyidcahan polisə şikayət etdi
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2018

    “Məni milyonçu hesab edirlər” - Vasif

  • / Maqazin / — 16 Fevral 2018

    “O səhnələrə baxanda gözlərim dolur” - “Karadeniz”in aktrisası

  • / Maqazin / — 09 Fevral 2018

    Elnarə ilə Tolik arasında dava

  • / Maqazin / — 07 Fevral 2018

    Elza Seyidcahan polisə şikayət etdi

  • / Maqazin / — 06 Fevral 2018

    Tanınmış müğənni 3-cü ərindən də boşandı

  • / Maqazin / — 05 Fevral 2018

    Məşhur verilişlə bağlı qalmaqal – “Birinciliyin mənə verilməsi üçün Mübariz Əsgərovla anlaşmışdıq”

“Çelsi” ilə oyunda “Qarabağ” hücum edəcək” – Qurban Qurbanov

Tarix 11.09.17, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


“Çelsi” dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, London klubu ilk dəqiqələrdən onları müdafiədə oturtmağa cəhd edəcək: “Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa, “Çelsi”ni təmsil edir”.

Q.Qurbanov “Çelsi”nin baş məşqçisi və futbolçuları haqda müsbər fikirlər səsləndirib: “Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi”nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.



Xəbərin oxunma sayı : 145

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda