Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Avropa İttifaqı ilə yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əminəm”

Tarix 12.09.17, 20:37

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib

APA-nın məlumatına görə, səfir bildirib ki, qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcək:

 "Bu, təkcə enerji sahəsi deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi, müasir dövlət və cəmiyyət qurulması kimi sahələri əhatə edir. Biz Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndiririk. Cənab prezident, mən əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsi işində Sizinlə qarşılıqlı etimada əsaslanan əməkdaşlığı səbirsizliklə gözləyirəm”.
 
Ölkəmiz və əməkdaşlığımızın perspektivləri ilə bağlı xoş sözlərə görə minnətdarlığını bildirən dövlət başçısı qeyd edib ki, biz Avropa İttifaqı ilə tərəfdaşlığımızın səviyyəsindən çox məmnunuq və Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır: "Əlbəttə ki, əməkdaşlığımız yalnız ticarət və energetika sahələri ilə məhdudlaşmır, geniş sahələri əhatə edir".
 
Brüsselə son səfərini uğurlu səfər kimi dəyərləndirən dövlət başçısı qeyd edib ki, səfərindən dərhal sonra Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni sənədin üzərində fəal danışıqlar prosesi başlanılıb və bu danışıqlar hazırda uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın çox geniş gündəliyə malik olduğunu qeyd edərək siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, multikulturalizm ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələrin aparıldığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. Prezident İlham Əliyev bildirib ki, biz bu əməkdaşlığa önəm veririk və Avropa İttifaqına üzv dövlətlərin üçdəbirindən çoxu ilə artıq strateji tərəfdaşlıq haqqında sənədlər, bəyannamələr imzalanıb və ya qəbul olunub.
 
Bunun əməkdaşlıq üçün çox gözəl əsas olduğunu deyən prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında yeni müqavilənin yaxın zamanlarda imzalanacağına əminliyini bildirib.
 
Dövlət başçısı Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz qalacağına ümidvar olduğunu ifadə edib.
 
Prezident İlham Əliyevin ifadə etdiyi fikirlərə görə minnətdarlığını bildirən Kestutis Yankauskas uzun illər təhlükəsizlik siyasəti ilə məşğul olduğunu vurğulayaraq, bu sahədə əldə etdiyi bilik və təcrübəsindən Azərbaycanın ərazi bütövlüyü kimi çox mühüm məsələnin həllində də istifadə edəcəyini deyib. Prezident İlham Əliyevin Brüsselə səfərinə və tərəfdaşlıq əlaqələrini özündə əks etdirən sənədə toxunan səfir bunun əhəmiyyətini vurğulayıb və müqavilə ilə bağlı Brüsseldə fəal iş aparıldığını deyib.
 
 
***
 
 
Prezident İlham Əliyev sentyabrın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın etimadnaməsini qəbul edib.
 
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.



Xəbərin oxunma sayı : 124




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap