Azərin: “O sevgini yaşamıram” Ferhat Göçer Ququşla duet oxuyacaq “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə Talıb Tale: “Orda telefonumu oğurladılar”
Axtar
 
  • / Maqazin / — 22 Noyabr 2017

    Azərin: “O sevgini yaşamıram”

  • / Maqazin / — 22 Noyabr 2017

    Ferhat Göçer Ququşla duet oxuyacaq

  • / Maqazin / — 22 Noyabr 2017

    “Görsə ki, əlimdə telefon var, evim yıxıldı” - Xatirə

  • / Maqazin / — 27 Oktyabr 2017

    Talıb Tale: “Orda telefonumu oğurladılar”

  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

Elza: “Bəziləriniz yerinizdə sayırsız, şükür edin ki, hələ də sizi sayırıq”

Tarix 12.09.17, 18:10

Font ölçüsü : - / +
bitmap-img6


Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın sonuncu şeiri ilə bağlı qalmaqal səngimir

Onun “Tikim sizin ağzınızı” şeiri və ARB TV-də yayımlanacaq “Xalqın şairi” layihəsində münsiflər kimi iştirak etməsi təkcə sosial şəbəkələrdə deyil, mətbuatda, televiziya proqramlarında müzakirə olunmaqdadır.

Buna görə tanınmış şair və yazarların da tənqidinə tuş gələn müğənni musavat.com-a danışıb:

- “Tikim sizi ağzınızı” şeirindən sonra ikincisini də yazdız. İkinciyə ehtiyac nədən yarandı?

- Elə həmin şeirdir. Sadəcə əvvəlcə şeirin bir bəndini, iki gün sonra isə bütöv şəkildə paylaşdım... Bu günlərdə sosial şəbəkələrdə “Fındığım” adlı şeir paylaşıb, mənim adıma çıxmışdılar. O şeir mənim deyil. Hazırda bu şeiri mənim adıma çıxanları məhkəməyə vermişik.

- Bundan əvvəl də sizin adınızdan şeir yazanları məhkəməyə verdiyinizi demişdiz. Amma nəticəsi barədə səs-soraq olmadı...

- Bəli, ilk gündən mənim adımdan şeir yazanların barəsində bütün sənədləri toplayıb məhkəməyə vermişik. Lakin mən humanist, sülhsevər insan olduğumdan adıma xələl gətirənləri bağışlayıram. Bir qız var idi, onu məhkəməyə vermişdik. Mənə zəng vurub dedi ki, 9-cu sinifdə oxuyur, ona nənəsi baxır, mənim adımdan şer yazmağı isə kiminsə tapşırığı ilə olub və s. Buna görə də vəkilimlə birgə bu məsələnin ardınca getmədik. Lakin həmin sənədlər əlimizdədir, bu gün də o qızı məhkəməyə verə bilərik. “Fındığım” şeirini isə hansısa saytın rəhbəri yazıb və buna görə cavab verməli olacaq. Əgər mən də öz şeirlərimlə poeziyamıza kiçik də olsa, rəng qatıramsa, burada qəbahətli bir şey yoxdur. Mən şeirlərimlə poeziyanı qırmıram, dağıtmıram.

- Amma sonuncu şeiriniz nəinki sosial şəbəkələrdə, yazılı mətbuatda, hətta televiziyalarda da müzakirəyə çıxarıldı, tənqid olundu...

- Demək ki, “tikilməyə” ehtiyac var. Doğrudur, son zamanlarda yeni binalar tikilir, amma ağızlar qalır. Əgər ağız açıqdırsa, bu, o demək deyil ki, ona hakim ola bilmərik, insanlara təhqiramiz sözlər deməliyik. Bizim bəzi yazarlarımız, hansı ki, xalqımızın onlara böyük ehtiyacı var, onlar gözəl məsləhətlər verməlidirlər, amma onlar bu cür işlər görürlər. Ona görə də mən də yazdım ki, “Tikim sizin ağzınızı”...

- Bəs kiminsə “ağzını tikə bildiz”?

- Əlbəttə ki, əgər tikməsəydim, bu qədər danışmazdılar. Mənə çox təəssüf edirəm ki, həmin şeirimdə çox hikmətli sözlər olduğu halda, hamı “tikim” sözündən yapışır. Demək ki, “tikilməyə” ehtiyac var.

- Sonuncu şeirinizə görə xeyli tənqidlərə tuş gəldiniz. Yenidən bu cür şeirlər yazacaqsızmı?

- Məni məyus edən bəzi şairlərimizdir, hansı ki, biz onlara xalq şairləri deyirik, bəzi yazarlarımızdır, hansı ki, deyirlər ki, “20 ildir ki, mətbuatdayam”. Halbuki onlar kütləni düzgün yönəltməli, poeziyanın dərinliklərini aşılamalıdırlar. Əgər xalq şairləri “Şah Abbası taxtda görüblərsə”, o demək deyil ki, onların sözləri düzdür. Bəzi xalq şairləri yerlərində sayanlardır. Bu günə qədər onların yazdıqları da, gördükləri işlər də göz qabağındadır. Şükür etsinlər ki, bizlər hələ də onları sayırıq. Bu günə qədər bir neçə şeir yazıblar, onları da yaşadan bəstəkarlardır. Əsl şair xalqı düzgün yola aparandır. Böyük meydanlarda insanlar şairlərin sözü qarşısında baş əyirlər. İndiki dövrdə mən o şairləri görmürəm. Bəziləri öz mənafeləri uğrunda çalışırlar. Mən isə sənətimə əminəm, çünki mənim dahi müəllimlərim, valideynlərim var. Təhsilimi və tərbiyəmi çox sağlam insanlardan almışam, buna görə məni heç nə qorxutmur. Ona görə də mən sözümün dalını-qabağını, işığını-qaranlığını bilirəm. Bu haqda şeirim də var, “Bir əlim dalımda, bir əlim qabağımda…” Mən bu şeirləri bir ünvanlı yazmıram. Musiqimi də bəşəri, hər kəsə yazıram. Hansı layihəmdə insanları pis tərəfə yönləndirmişəm? Tövsiyə etmişəm ki, insanları, heyvanları, təbiəti sevək. Mən ki, bu qədər insanlara sevməyi aşılayıram, Allah qoyarmı ki, bəzi suyun başında gələn çör-çöplər mənə xələl gətirsin? Bildiyiniz kimi, “Xalqın şairi” verilişinə münsif kimi dəvət aldıqdan sonra bəzi insanlar mənə nəsə demək istəyirdilər, amma öz qəmbər daşları öz başlarına düşdü. Onlar bundan sonra məndən  hörmət gözləməsinlər. Belə bir məsəl var, “döymə taxta qapımı, döyərlər dəmir qapını”... Mən isə deyirəm, “döymə taxta qapımı, sındırmayım dəmir qapını”...

- Verilişdən söz düşmüşkən, siz orada şair, yoxsa musiqiçi kimi münsif olacaqsız?

- Məni ora münsif kimi dəvət ediblər. Təbii ki, şeirdən anlayışım olmalıdır ki, şeirdən söz aça bilim. Şairlərə elə biz bəstəkarlar dəyər vermişik də... Bugünki gündə Nizaminin, Füzulinin sözləri bəyəm bəstəkarların sayəsində yaşamırmı? Onları ruhən kütbeyin, uğursuz, paxıl şairlər öldürüblər. İndi verilişə baxarsız, mənim yanımda əyləşəcək şairlərin hansından aşağı səviyyədə məsləhətlər verirəm? “Düz bazar” proqramında şairlərimizin qrimlənmiş obrazları var idi. Orada Mübariz müəllim Mirzə Ələkbər Sabirin qirmlənmiş obrazına sual verdi ki, “Elza Seyidcahanı necə görürsüz?” O da dedi ki, “Elza Seyidcahan poeziyaya yeni rəng qatıb, onun davamçıları olacaq”. Amma Baba Vəziroğlu dedi ki, “Mən nə “hə”, nə də “yox” deyirəm”. Həyatda müəmmalı insanlardan qorxmaq lazımdır. Bir insanın ki, deməyə “hə” və ya “yox” sözü   yoxdur, deməli, o insan çox qorxuludur. Əgər şair bir poeziyanın fəlsəfəsini aça bilmirsə, deməli, o, əsl şair deyil.

- Bəs siz öz şeirlərinizi yaşatmaq üçün musiqi bəstələməyi düşünürsüzmü? Çünki bildiyim qədər qalmaqallı şeirlərinizin heç birinə musiqi bəstələnməyib.

- “Tikim” şeirinin musiqisi gələcək. Çünki o gün maşında gedərkən bir az musiqisini mızıldadım. Bəli, o şeirə musiqi bəstələnəcək, çünki çoxlarının “ağzı tikilməlidir”. Bəziləri özləri elə öz “ağzını tikdilər”, özləri öz içlərini açıb-tökdülər.

Baba Vəziroğlu dedi ki, “Mən erməni ilə də yan-yana oturmuşam”. Bu, bilirsiz nə deməkdir? Erməni öz kişisinə, qadınına çox böyük dəyər verir. Sən isə burdan-bura mənim kimi əməkdar artistə, bəstəkara deyirsən ki, “mənim üçün ermənidən bir fərqi yoxdur”.  

Ona görə də deyirəm ki, hədlərini bilsinlər, birini deyəcəklərsə, mən beşini deyəcəm. Sənətkarlığı bir tərəfə qoyaq, mən ilk növbədə anayam, heç kimlə işim yoxdur, öz yaradıcılığımla məşğulam. Sizlərə isə cılız yaradıcılığınıza baxmayaraq, ehtiramla yanaşmışam, sözlərinizə musiqilər bəstələmişəm...



Xəbərin oxunma sayı : 286

loading...

Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda