Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Mingəçevirdə kranlardan palçıqlı su gəlir - Video

Tarix 13.09.17, 5:00

Font ölçüsü : - / +
bitmap-img6


Mingəçevirdə 5 yüzdən artıq ailənin yaşadığı şəhərciyə verilən su içmək üçün yararsızdır. Sakinlər bu suyun içməli yox, texniki su olduğunu iddia edirlər.

Xəzər TV xəbər verir ki, sakinlərin sözlərinə görə, evlərə gələn su həm rənginə, həm də dadına görə içməli sudan fərqlənir.

Ağdamdan məcburi köçkün olan sakinlər suyu süzdükdən sonra içə bildiklərini deyirlər.

10 ədəd doqquzmərtəbəli binanın yerləşdiyi şəhərciyə içməli su anbara toplanaraq nasoslar vasitəsilə verilir. 5 il öncə istifadəyə verilən şəhərciyin sakinləri bildirirlər ki, bu su içmək üçün yox, suvarma üçün yararlıdır. Çirklənməyə əsas səbəb kimi isə anbarın təmizlənməməsini göstərirlər.

Məsələ ilə bağlı "Azərsu" Açıq Səhimdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurum 2011-ci ildən Mingəçevir şəhərinin dövlət hesabına su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlayıb və bu məqsədlə yeni su şəbəkəsi tikilərək istifadəyə verilib . Buna baxmayaraq, şəhərin bir hissəsi, həmçinin məcburi köçkünlərin yaşadığı bu qəsəbədə köhnə mənbədən su alındığı üçün bu vəziyyət yaranıb. Bununla belə, Prezidentin sərəncamına əsasən, artıq problemin qarşısını almaq üçün işlərə başlanılıb.

Bütün işlərin isə bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.









Xəbərin oxunma sayı : 154




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap