Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO Həyat yoldaşına 300 minlik avtomobil aldı Kənan Doğulu Bakıda konsert verdi Elgiz əməkdar artistin görünüşünü lağa qoydu
Axtar
 
  • / Maqazin / — 21 May 2018

    Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO

  • / Maqazin / — 20 May 2018

    Həyat yoldaşına 300 minlik avtomobil aldı

  • / Maqazin / — 20 May 2018

    Kənan Doğulu Bakıda konsert verdi

  • / Maqazin / — 18 May 2018

    Elgiz əməkdar artistin görünüşünü lağa qoydu

  • / Maqazin / — 17 May 2018

    Məryəm libası ilə ulduzları geridə qoydu - Foto

  • / Maqazin / — 05 May 2018

    Nadir Qafarzadə əməliyyat olunacaq

Lütfi Zadənin nəşi Azərbaycana gətirilir

Tarix 13.09.17, 11:14

Font ölçüsü : - / +
bitmap-img6


“Baş Konsulluğumuz görkəmli alim Lütfi Zadənin həyatının son anlarınadək onun səhhəti ilə yaxından maraqlanıb, həm özü, həm oğlu, həm də yanındakı şəxslərlə daim əlaqədə olub”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikasının Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib.

Baş konsul qeyd edib ki, hazırda Lütfi Zadənin arzusuna uyğun olaraq, onun nəşinin Azərbaycana göndərilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir: “Ən yaxın günlərdə professorun nəşinin Bakıya göndərilməsi nəzərdə tutulur”.

N. Ağayev Lütfi Zadənin vəfatının həm Azərbaycan, həm də dünya elmi üçün böyük itki olduğunu deyib: “Onun elmi kəşfləri və nəzəriyyələri alimə qlobal miqyasda böyük şöhrət qazandırıb. Təsadüfi deyil ki, ABŞ-ın ən tanınmış qəzetlərindən olan “New York Times” alim haqda dərc etdiyi məqaləsində Lütfi Zadənin “qeyri-səlis məntiq” nəzəriyyəsinin linqvistika, iqtisadiyyat və təbabətdən tutmuş məişət cihazlarının inkişafınadək müxtəlif sahələrə böyük təsir göstərdiyini qeyd edib. Hələ həyatda ikən onunla dəfələrlə ünsiyyətdə olmaq xoşbəxtliyinə malik olmuş şəxslərdən biri kimi söyləyə bilərəm ki, Lütfi Zadə nəinki dahi alim, həm də öz təvazökarlığı, sadəliyi və xeyirxahlığı ilə seçilən böyük insan idi”.

N. Ağayev Lütfi Zadənin həmişə Azərbaycanın uğurları üçün sevindiyini də dilə gətirib: “O, daim söhbətlərimizdə Azərbaycanın bugünkü inkişafı, prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin günü-gündən daha da qüdrətlənməsinin onu bir azərbaycanlı kimi olduqca sevindirdiyini vurğulayırdı. Professor Lütfi Zadə tez-tez “Azərbaycanın mənim qəlbimdə xüsusi yeri var” deyirdi.

2016-cı ilin sentyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl Medalının Lütfi Zadəyə təqdim olunması üçün Baş Konsulluğumuz onun işlədiyi Kaliforniya Berkli Universiteti ilə birgə təntənəli tədbir keçirmişdi. Professor Zadə həmin tədbirdə çıxışında Azərbaycan rəhbərliyi tərəfindən ona daim göstərilən diqqəti yüksək qiymətləndirdiyini və Azərbaycanın müstəqil dövlət kimi uğurları ilə fəxr etdiyini bildirmişdi”.




Xəbərin oxunma sayı : 136

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda