Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Məni tutanda dedilər ki, getməlisən…” – “Lotu Quli”nin kirvəsi məhkəmədə

Tarix 13.09.17, 17:40

Font ölçüsü : - / +
bitmap-img6


Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid qismində Daxili İşlər Nazirliyinin əməkdaşı Sərxan Kamalov dindirilib.

O bildirib ki, keçən il mart ayında Nəsimi rayon ərazisində əməliyyat məlumatı daxil olub: “Mməlumat gəldi ki, həmin şəxs narkotik alveri ilə məşğul olub. Biz əməliyyat keçirdik. Saxladıq. Cibindən “İphone” markalı telefon və bükümdə 200 qramdan çox narkotik maddə aşkarladıq, protokollaşdırdıq. Sonra maşınında axtarış apardıq. Avtomobildən 16 ədəd patron, 300 qram narkotik maddə aşkarlandı. Həmin vaxt vəkil və hal şahidləri vardı. Bizim qrupdan başqa Nəsimi rayon Polis İdarəsinin əməkdaşları da axtarışda iştirak edib. Ona heç bir təzyiq, işgəncə olmayıb”.

Vəkilin suallarını cavablandıran polis əməkdaşı hadisənin üzərindən uzun müddət keçdiyindən bəzi detalları xatırladamadığını deyib.

Təqsirləndirilən Namazov şahidin sözlərinə münasibət bildirib: “Mənim gülməyim gəlir. Baxın, mənim maşınımdan, evimdən patron çıxır. Bəs silah hanı? bir kəlmə demək istəyirəm ki, kişi kişinin üzünə durmaz. Məni tutanda dedilər ki, sifariş yuxarıdandır, getməlisən”.

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun idarə etdiyi avtomobildən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub.

Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən də xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.



Xəbərin oxunma sayı : 145




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap