Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Yaşlı kafedra müdirləri yola salınır

Tarix 13.09.17, 21:19

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunacaq.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu sırada adları çəkilən Urologiya, Oftalmologiya, Onkologiya , Travmatologiya və ortopediya, Uşaq cərrahlığı kafedralarının müdirlərinin vəzifədən kənarlaşdırılması gündəmdədir. Urologiya kafedrasının hazırkı rəhbəri sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyevdir. O, 1990-cı ildən ATU-da kafedra müdiri kimi fəaliyyət göstərir.

Oftalmologiya kafedrasının hazırkı müdiri tibb elmləri doktoru, məşhur oftalmoloq Paşa Qəlbinurdur. O, 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərir.

Travmatologiya və ortopediya kafedrasına hazırda travmatoloq-ortoped Əhməd Əhmədzadə rəhbərlik edir. O, 1998-ci ildən kafedra müdiri vəzifəsində işləyir.

Bu kafedranın rəhbərliyinə tibb elmləri namizədi, məşhur travmatoloq-ortoped Cəfər Nəsirlinin gətiriləcəyi gözlənilir.

Uşaq cərrahlığı kafedrasının hazırkı rəhbəri Çingiz Quliyev 1995-ci ilin may ayından bu postu tutur.

Sayt yazır ki, yeni kafedra müdirinin tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq cərrahı Ramiz Poluxovun olacağı gözlənilir.

Onkologiya kafedrasının hazırkı rəhbəri deputat, cərrah-onkoloq Əhliman Əmiraslanov da uzun illərdir bu vəzifədə çalışır. O, 1993-cü ildə kafedra müdiri vəzifəsinə seçilib.

Kafedranın yeni müdirinin qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı Yusif Hacıyevin olacağı bildirilir.

Sayt kafedra müdiri vəzifəsinə gətiriləcəyi bildirilən namizədlərlə əlaqə saxlayıb. Travmatoloq-ortoped Cəfər Nəsirli kafedra ilə bağlı şərh verməyin düzgün olmadığı qeyd edib. Lakin ümumi olaraq bildirib ki, travmatologiya istiqamətində dünyada olan bir sıra gəlişmələri kafedrada da tətbiq etmək olar.

Uşaq cərrahı Ramiz Poluxov da ümumi danışıb. O, kafedrada iş getdiyini, yeniliklərin, kadr dəyişikliklərinin olduğunu, kafedra olaraq çox yeniliklərə imza atdıqlarını deyib. Eyni zamanda, yeni texnologiyaların, avadanlıqların nəzərə alınmalı olduğunu vurğulayıb. Cərrahın sözlərinə görə, əsas önəmli məsələ vətəndaşlara düzgün cərrahi xidmət göstərməkdir.




Xəbərin oxunma sayı : 289




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap